GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qarabağ qazisi olan ana kimlərdən GİLEY EDİR - MÜRACİƏT

Qarabağ qazisi olan ana kimlərdən GİLEY EDİR - MÜRACİƏT

Tarix: 2-03-2022, 10:38 Bölmə :GündəmXəbər / Manşet Baxış: 278

Gundemxeber.Az “Təzadlar”a istinadən bildirir ki, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsindəki Yüngül Sənaye Konstruksiyaları müəssisəsində sığınacaq tapan Qarayeva Məryəm Nəbi qızı Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevdən kömək istəyir.


Ananın Baş Prokurora ürək dağlayan müraciətinin bir surəti “Təzadlar”a təqdim edilib. Aşağıda kiçik ixtisar və düzəlişlərlə təqdim edirik:

Hörmətli Kamran müəllim!
Kəlbəcər rayonunun ilk qadın qazisi, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin üzvü, II qrup əlil və oğul həsrəti ilə bu dünyadan köçmək istəməyən bir ananın acı fəryadı olaraq Sizə artıq neçənci müraciətimdir.
Mən bu dövlətin müstəqilliyinin, suverenliyinin, xalqın və Prezidetimin uğrunda bir ana olaraq ailəmi qışın soyuq çağında, körpələrimi isti yeməyə, ana qayığısına ehtiyac və göz yaşı içində qoyub cavan canımı qurban verdim. Ancaq etdiklərimin qarşılığında bəzi dövlət məmurları öz şəxsi maraqlarına görə məni bu yaşımda oğul həsrəti çəkməyə vadar etdilər. İki qadın və üç uşağı himayəsində saxlayan cavan oğlumu Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Şirinov Şəhriyar Bədirxan oğlunun və Ceyhun adlı polis əməkdaşlarının birlikdə qurduqları oyuna Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin müstəntiqi Vəliyev Təqan Eldar oğlu öz şəxsi maraqlarına qurban verməkdədirlər. Ola bilər mənim icra məmuru Şirinov Şəhriyar Bədirxan oğlu və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin müstəntiqi Vəliyev Təqan Eldar oğlu kimi vəzifəm, oturmağa isti kreslom olmasın, amma Şəhriyar Şirinov və Təqan Vəliyev unutmasın ki, mən təməli Ulu öndər, ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və onun sadiq davamçısı İlham Əliyevin Prezidenti olduğu Azərbaycanın vətəndaşıyam. Məmləkətin vətəndaşı olmaq isə ən ümdə vəzifəmdir və hər an həmişə olduğu kimi bu yaşımda da bu məmləkətin hizmətindəyəm.
Ulu öndər Heydər Əliyev Azərbaycan adlı bir ailəni, dövləti və xalqı İlham Əliyev kimi liderə əmanət etdi və sağlığında Heydər Əliyev cənabları deyirdi ki, dövlət iki şeydən sarsılır: “Günahkar cəzasız qalanda və günahsız cəza alanda”.


Hörmətli Kamran müəllim! Neçə aylardır ki, Sizin qəbulunuza nədir, heç Baş Prokurorluğun binasına belə yaxın düşə bilmirəm və düşünürəm ki, bu müraciətimdən sonra Sizin dəstəyiniz və köməkliyiniz nəticəsində mənə Sizin qəbulunuza düşmək imkanı yaradılacaq. Əvvəlcədən deyim kimi, görünür müraciətlərimin heç biri Sizə çatdırılmır.

Məlumat üçün bildirim ki, Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Şirinov Şəhriyar Bədirxan oğlunun oğlum Qarayev Zamin Elburus oğluna qarşı etmiş olduğu qanunsuz hərəkətləri barədə oğlum və mənim tərəfimdən edilən şikayətlərə düşünürəm ki, Şəhriyar Şirinovun havadarlarının təsiri nəticəsində tam əksinə olaraq baxılmışdır. Nəticədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin müstəntiqi Vəliyev Təqan Eldar oğlu tərəfindən ehtimallara əsaslanan, lakin həqiqət olmayan və tam təhrif olunmuş məlumatalar əsasında qərar qəbul edilmişdir. Eləcə də müstəntiqin mülahizələrindən başqa bir şey olmayan qanunsuz və əsassız olaraq, şişirdilmiş rəqəmlərlə oğlum Zamin Qarayevin vəziyyətinin ağırlaşdırımasına səbəb olan Azərbaycan Respublikası CM-nin 29, 178.3.2, 178.3.2 və 32.4, 312.2.-ci maddələləri ilə nəzərdə tutulan ağırlaşdırıcı hallarda 23 oktyabr 2021-ci il tarixdə təqsirli bilinib, oğlum Zamin Qarayevin istər Binəqədi rayon Prokurorluğunda, istərsə də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin istənilən çağırışlarına gəlməsinə və oğlum Zamin Qarayev tərəfindən dəymiş maddi ziyanın 32000 manatının ödənilməsinə, himayəsində Kəlbəcər rayonunun ilk qadın qazisi, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin üzvü, II qrup əlil anasının və ailə üzvlərinin göz yaşlarına baxmayaraq, evin dolanışığı bilavasitə ondan asılı olan oğlum Zamin Qarayevə müstəntiq Təqan Vəliyevin dediyim kimi, ehtimallara əsaslanan, lakin həqiqət olmayan və tam təhrif olunmuş məlumatalara söykənən cinayət işi üzrə vəsatəti əsasında Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan təbdiri seçilmişdir. Bununla da müstəntiq Təqan Vəliyev bizə məlum olamyan səbələr üzündən Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Şirinov Şəhriyar Bədirxan oğlunun və Şəhriyar Şirinovun dostu və keçmiş polis əməkdaşı olan Ceyhun adlı şəxsi cinayət məsuliyyətindən kənarda saxlamış və nədənsə müstəntiq işdə olan sübutlara əsaslanmayaraq gerçəkliyi üzə çıxarmaqdan çəkinərək tək oğlum Zamin Qarayevin cinayət məsulyyətinə cəlb edilməklə həbsinə nail olmuşdur. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin müstəntiqi Vəliyev Təqan Eldar oğlu tərəfindən qəbul edilmiş və nədənsə üzərində qeydiyyat nömrəsi olmayan 23 oktyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarı əldə etdikdən sonra müstəntiqin ehtimallara əsaslanan, lakin həqiqət olmayan və tam təhrif olunmuş məlumatalara əsasən şişirdilmiş rəqəmlərlə oğlum Zamin Qarayevin vəziyyətinin ağırlaşdırımasına səbəb olan Azərbaycan Respublikası CM-nin 29, 178.3.2, 178.3.2 və 32.4, 312.2.-ci maddələləri ilə yalnız oğlum Zamin Qarayevi təqsirli bilməsi məni bir ana kimi hiddətləndirməyə bilməzdi. Müstəntiq tərəfindən oğlum Zamin Qarayevin əməli heç də düzgün qiymətləndirilməmişdir və görünür ki, müstəntiq Təqan Vəliyevin Cinayət Məcləlləsindən və Cinayət Prosessual Məcəlləsindən xəbəri yoxdur. 23 oktyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərara nəzər yetirilsə, bəlli olar ki, müstəntiq qeyd edib ki, oğlum “...Zamin Qarayev 01 sentyabr 2020-ci il tarixdə tanışı İsmayılov Qalib Vaqif oğluna Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Şirinov Şəhriyar Bədirxan oğlunun icraatında olan icra işi üzrə “Bağlan Group” MMC-yə məxsus, üzərinə həbs qoyulmuş “Asfaltbasan” texnikanın icra məmuru Şəhriyar Şirinov tərəfindən guya hərraca çıxarılmadan dəyərindən ucuz qiymətə satılmasını təşkil edəcəyini aralarında olan telefon danışıqları zamanı yalandan Qalib İsmayılova bildirib. Və həmin məsələnin müsbət həlli üçün guya icra məmuru Şəhriyar Şirinova xidməti vəzifəsinin icrası ilə əlaqədar Qalib İsmayılovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə maddi nemət olan 20000 manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət verməsi qismində verilməsinin zəruri olmasını Qalib İsamyılovu aldadıb bildirməklə Qalib İsmayılovu həqiqətdə olmayan texnikanı almağa razı salıb sövədələşdikdən sonra 20000 manat pul almaqla dələduzluq etməklə yanaşı, Qalib İsmayılovu icra məmuru Şəhriyar Şirinova rüşvət verməyə təhrik etmişdir”.

Hörmətli Kamran müəllim, Siz peşəkar prokurorsunuz, ədalətli insansınız, bu qərardan göründüyü kimi, guya oğlum Zamin Qarayev 01 sentyabr 2020-ci il tarixdə tanışı İsmayılov Qalib Vaqif oğluna Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Şirinov Şəhriyar Bədirxan oğlunun icraatında olan icra işi üzrə “Bağlan Group” MMC-yə məxsus üzərində həbs qoyulmuş “asfaltbasan” texnikasının icra məmuru Şəhriyar Şirinov tərəfindən guya hərraca çıxarılmadan satılması üçün Qalib İsmayılova bildirir və buna görə Qalib İsmayılovu icra məmuru Şəhriyar Şirinova 20000 manat rüşvət verməsinə məcbur edir.

Qeyd edim ki, oğlum Zamin Qarayev 2018-ci ildən başlayaraq Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Şirinov Şəhriyar Bədirxan oğlu ilə müxətlif instansiya məhkəmələri tərəfindən qət edilmiş qətnamələrə əsasən borclu tərəfdən alınaraq iddiaçıya ödənilən nəqliyyat vasitələrinin və texniki vasitələrin formal xərracını təşkil etməklə müxtəlif şəxslərə satışını təşkil etməklə, birlikdə qazanc əldə etmişlər. Bununla bağlı zəruri sənədlər istintaq idarəsinə təqdim edilmişdir. Oğlum Zamin Qarayev Ədliyyə Nazirliyində və ona tabe olan qrumlarda hər hansı bir vəzifəli şəxs və həmçinin xüsusi səlahiyyəltəri olmayan, həmçinin məhkəmə sistemində işləyən şəxs və həmçinin maddi məsul şəxs olmadığı halda, heç bir rəsmi sənədlərə imza etməmişdir. Belə olan surətdə Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Şirinov Şəhriyar Bədirxan oğlunun icraatında olan icra işləri üzrə olan məhkəmə qətnamələri, icra məmurları Şəhriyar Şirinov və Nəbi Allahverdiyev tərəfindən imza edilmiş nəqliyyat vasitələrinin təhvil təslim aktları, nəqliyyat vasitləri barədə rəsmi məlumatlar, nəqliyyat vasitələrinə aid qeydiyyat şəhadətnamələrinin kserosurətləri və Baş Dövlət Yol Polisi İdarəsinə Binəqədi rayon İcra və probasiya şöbəsindən göndərilmiş nəqliyyat vasitələrinin qeydiyyata alınması ilə bağlı məktubların kserosurətlərinin hansı yolla və hansı məqsədlə oğlum Zamin Qarayevdə olması necə mümkün olmuşdur? Yaxud, həmin rəsmi sənədlərin icra məmuru Şəhriyar Şirinov tərəfindən nəyə görə oğlum Zamin Qarayevə verilməsi Sizdə şübhə doğurmurmu? İcra məmuru niyə onun çalışdığı idarəyə heç bir aidiyyəti olmayan şəxsə bu sənədləri verirmiş? Beləliklə, həmin cinayətlərin bir qrup şəxs tərəfindən törədilməsinə dəlalət edən bu kimi sübutlar ola-ola, icra məmuru Şəhriyar Şirinovun və onunla əlbir Ceyhun adlı keçmiş polis əməkdaşının cinayət məsuliyyətinə cəlb edilməmələrinin səbəbi nədir?

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin müstəntiqi Vəliyev Təqan Eldar oğlu tərəfindən qəbul edilmiş 23 oktyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda “həqiqətdə olmayan texnikanın” satışı fikirinə gəlməyə müstəntiq T.Vəliyevi vadar edən səbəb nə olmuşdur???

Hörmətli Kamran müəllim!

Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Şirinov Şəhriyar Bədirxan oğlunun icraatında olan icra işi üzrə “Bağlan Group” MMC-yə məxsus üzərində həbs qoyulmuş “asfaltbasan” texnikanın icra məmuru Şəhriyar Şirinov tərəfindən hərraca çıxarılması və həmin texnikaya görə alıcı tapması təklifi və bu işi 20000 manat müqabilində həll edə biləcəyi oğlum Zamin Qarayevə təklif olunur. Bundan sonra bu təklif Qalib İsmayılova bildirilir, buna görə də icra məmuru Şəhriyar Şirinovun tələbindən sonra oğlum Zamin Qarayev Qalib İsmayılovdan 20000 manat pulu alıb icra məmuru Şəhriyar Şirinova rüşvət kimi verir!

Elə isə, İcra məmuru Ş.Şirinovun və Ceyhun adlı keçmiş polis əməkdaşının cinayət məsuliyyətinə cəlb ediləməsinin səbəbi nədir onda?

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin müstəntiqi Vəliyev Təqan Eldar oğlu tərəfindən qəbul edilmiş, üzərində qeydiyyat nömrəsi olmayan, ehtimallar üzərində qəbul edilmiş 23 oktyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarından da aydın görünür ki, müstəntiqin mülahizəsinə görə oğlum “...Qarayev Zamin Elburus oğlu 2020-ci ilin dekabr ayında tanışı Çıraqov Rəhman Əflatun oğlunun vasitəsilə sonuncunun tanışları Cəbiyev İslam Cəlil oğlu, Göyüşov Eynur Qulu oğlu və Sariyev Bayram Novruz oğluna Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Şirinov Şəhriyar Bədirxan oğlunun icraatında olan icra işi üzrə “Bağlan Group” MMC-yə məxsus üzərində həbs qoyulmuş 1 ədəd sepli və 1 ədəd təkərli ekskavator texnikasının icra məmuru Şəhriyar Şirinov tərəfindən guya hərraca çıxarılmadan dəyərindən ucuz qiymətə satılmasının təşkil edilməsini Rəhman Çıraqov vasitəsilə Cəbiyev İslam Cəlil oğlu, Göyüşov Eynur Qulu oğlu və Sariyev Bayram Novruz oğluna bildirib. Həmin məsələnin müsbət həlli üçün icra məmuru Şəhriyar Şirinova xidməti vəzifəsinin icrası ilə əlaqədar onların xeyrinə edəcəyini bilə-bilə qanunsuz hərəkətə görə hər bir texnika üçün 31000 manat, iki ədəd ekskavator texnikası üçün isə 62000 manat məbləğində maddi nemət olan pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət verməsi qismində verilməsinin zəruri olmasını aldadıb bildirməklə onları həqiqətdə olmayan texnikanı almağa razı salıb sövədələşdikdən sonra 2020-ci ilin dekabr ayının sonlarında 2000 manat, 2021-ci ilin yanvar ayının 4-5 tarixlərində 13000 manat pulu Bayram Sarıyevdın almış, daha sonra qeyd edilən şəxsləri həqiqətən pul vəsaitinin Şəhriyar Şirinova çatmasını əmin etmək, həmçinin törətdiyi cinayəti pərdələmək məqsədi ilə 23 yanvar 2021-ci il tarixdə icra məmuru Şəhriyar Şirinova çatdırması üçün cinayətdən xəbərsiz icra məmuru Allahverdiyev Nəbi Zəki oğluna 46000 manat pul verməsini tapşırıb həmin məbləğdə pulu Eynur Göyüşov vasitəsilə Nəbi Allahverdiyevə verdikdən sonra onun özü 46000 manat pulu icra məmuru Nəbi Allahverdiyevdən geri almaqla Cəbiyev İslam Cəlil oğlu, Göyüşov Eynur Qulu oğlu və Sariyev Bayram Novruz oğluna 61000 manat olmaqla külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməklə yanaşı, zərərçəkmiş şəxsləri icra məmuru Şəhriyar Şirinova rüşvət verməyə təhrik etmişdir”.

Diqqətə çatdırım ki, bu epizod üzrə müstəntiq Təqan Vəliyevin mülahizəsinə görə, cinayətdən xəbərsiz icra məmuru Allahverdiyev Nəbi Zəki oğluna 46000 manat pul verilməsi barədə Nəbi Allahverdiyev nəyə görə bu barədə icra məmuru Şəhriyar Şirinova məlumat vermədiyi bəlli deyil. Və həmçinin o, pulun rüşvət olduğunu bildiyi halda bu barədə cinayət təqibinin həyata keçilməsinə görə müvafiq müraciətin nəyə görə edilmədiyi və aydınlaşdırılmadığı, Cəbiyev İslam Cəlil oğluna, Göyüşov Eynur Qulu oğluna və Sariyev Bayram Novruz oğluna dəymiş maddi ziyanın miqdarı müstəntiq tərəfindən ayrı-ayrılıqda dəqiqləşdirmə aparılmadan məbləğ ümumiləşdirilməklə Cəbiyev İslam Cəlil oğluna, Göyüşov Eynur Qulu oğluna və Sariyev Bayram Novruz oğluna ümumilikdə 61000 manat olmaqla külli miqdarda maddi ziyan vurulduğu göstərilməklə oğlum Zamin Qarayevə həmin hissədə ağırlaşdırıcı hallarda ittiham elan edilmişdir...

(Davamı var)

Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​İlham Əliyevdən Qarabağ əlilləri və şəhid ailələri ilə bağlı MÜHÜM SƏRƏNCAM

    ​İlham Əliyevdən Qarabağ əlilləri və şəhid ...

    14-03-2018, 00:11

  • 
  • Fevralın 17-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin

    Fevralın 17-də Türkiyə Respublikasının Prezidenti ...

    17-02-2021, 22:37

  • 
  • Övladı ölüm ayağında olan ananın fəryadı - Diqqət!

    Övladı ölüm ayağında olan ananın fəryadı - Diqqət! ...

    25-06-2018, 17:21

  • 
  • Kamran Əliyev Baş prokuror olacaq - Təcili

    Kamran Əliyev Baş prokuror olacaq - Təcili ...

    29-04-2020, 20:49

  • 
  • Bakı, Qarabağ və Zaqatala hərbi prokurorları təyin edilib - YENİLƏNİB

    Bakı, Qarabağ və Zaqatala hərbi prokurorları ...

    20-08-2020, 12:57


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu