Gundemxeber.az » GündəmXəbər » “City Garden”də uçqun niyə baş verdi: Şirkət prokurorluğu aldatmaq istədi?
Bir neçə gün əvvəl “City Garden Nərimanov” yaşayış kompleksində baş verən uçqunla bağlı bəzi təfərrüatlar məlum olub. Əldə etdiyimiz məlumata görə uçqunun baş verməsinə səbəb layihədə sonradan edilən dəyişiklik olub.
Gundemxeber.Az musavat.com-a istinadən xəbər verir ki, “City Garden Nərimanov” yaşayış kompleksi Azərbaycanın ən böyük tikinti şirkətlərindən olan “Kristal Abşeron”un yeni layihəsidir. Nəriman Nərimanov ərazisində 21 hektar ərazidə yeni yaşayış kompleksinin tikintisi bir neçə ay əvvəl başlayıb. Uçqun baş verən tikili isə satış ofisi kimi fəaliyyət göstərəcəkmiş.
Hadisədən bir neçə gün əvvəl layihədə əlavələr edilib və tikilinin ərazisini genişlədirmək nəzərədə tutulub. Şirkət də layihədən kənara çıxaraq əlavə tikinti işlərinə başlayıb. Lakin beton qəlibləmə işləri aparılan zaman səhlənkarlığa yol verilib və uçqun baş verib.
Hadisə baş verən gün şirkət tərəfindən ziddiyyətli açıqlamalar verildi. Əvvəlcə izah edildi ki, uçqun baş verən hissə bina yox, texniki təyinatlı tikili, yəni satış ofisidir.
Ardınca şirkətdən bildirildi ki, texniki təyinatlı qeyri-yaşayış binasında sonradan layihə üzrə köklü dəyişikliklər edildiyi üçün yığılmış beton qəliblər sökülüb. Yəni, söküntünü şirkət özü aparırmış. Şirkət onu da qeyd etdi ki, söküntü zamanı podratçı şirkətin işçilərindən 1 nəfər yüngül xəsarət alıb.
Amma prokurorluğun açıqlamasında qeyd edildi ki, uçqun zamanı xəsarət alan işçilərin sayı 4 nəfərdir. Buradan isə belə sual çıxır: Şirkət söküntünü hansı şəraitdə aparıb ki, işçilərinin 4 nəfəri xəsarət alıb?
Baş Porokurorluq qeyd edib ki, əlavə araşdırmalar aparılır və bu barədə ictimaiyyətə açıqlama veriləcək. Həmin açıqlamadan məlum olacaq ki, baş verən hadisə uçqundur, yoxsa şirkətin dediyi kimi söküntü. Əgər söküntüdürsə, 4 nəfərin yaralanmasına səbəb olanlar kimlərdir?
Sonda “Kristal Abşeron" şirkətindən verilən son açıqlamanı təqdim edirik:
“Nərimanov rayonunda inşa olunan “City Garden Nərimanov” yaşayış kompleksi haqqında Kütləvi İnformasiya Vasitələrində inşası davam edən yaşayış binasının uçması ilə bağlı yayılan məlumatlar tam əsassızdır: Belə ki, qeyd edilən ərazidə inşa edilməkdə olan texniki təyinatlı qeyri-yaşayış binasında sonradan layihə üzrə köklü dəyişikliklər edildiyi üçün yığılmış beton qəliblərinin sökülmə prosesi başladılıb. Sökülmə zamanı podratçı şirkətin işçilərindən 1 nəfər yüngül xəsarət alıb”.
Gundemxeber.Az
5-02-2016, 15:18
8-09-2020, 11:43
24-10-2018, 10:00
26-02-2016, 12:31
28-12-2013, 03:12
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?