Müharibə iştirakçılarına diqqət və qayğının Ukrayna və Azərbaycan modeli
12 gündür Ukraynada xalq azadlıq savaşındadır. Prezident Zelenski artıq müharibənin üçüncü günündə hərbçilərə aylıq 100 min qrivna (5,7 min manat) veriləcəyini açıqladı. Bizim hərbçilərə verilən onlarla dəfə az məbləğlə tutuşdurun. Heç Azərbaycanda generallar bu qədər aylıq təminat xərcliyi almır! Hələ onu demirik ki, hərbçilərin aylıq vəzifə maaşlarına prezident sərəncamı ilə əlavə olunan 20 faizlik artım ,“Əmək pensiyaları haqqında” qanunun 29.2 maddəsinə zidd olaraq, pensiyaçı hərbçilərə hesablanmır. Pensiyaçıların yarıqat 10 faizlik yardımla diqqətdə saxlanılması qərara alınıb.
Döyüşlərdə həlak olanların aillələrinə veriləcək pulun Ukraynada ortalıq 2 milyon qrivna ( bizim pulla 110 min manatdan çox) olacağı gözlənilir. Rusiya özü həlak olan Rusiya hərbçilərinin ailələrinə 5 milyon rubl ( ortalıq 80 min manat ) veriləcəyini açıqlayıb. Bizim şəhidlərin ailələrinə 30 ildən sonra prezident sərəncamı ilə verilən on dəfə az -11 min manatla tutuşdurun. Hələ də yaralanıb qazi olanlara 4400-8800 manat arası qanpulunun verilmədiyini də diqqətə alın, görün, bizdə şəhid və qazi ailələrinə necə diqqət və qayğı göstərilir? Hələ 14 aydan sonra verilməsi qərara alınan “müharibə veteranı” adından və təqaüdündən danışmırıq . Heç 12 min sinəsi döyüş medallı 2-ci Qarabağ döyüşçüsünün sənədlərinin hələ də “doğrulanmaması” absurdluğundan da danışmırıq. Qoy Ukrayna döyüşçüləri qədər aylıq əmək haqqı , Ukrayna şəhidləri qədər sığorta olunan Azərbaycan məmurları, deputatları danışsın. Bir ölkədə ki Heydər Əliyev mərkəzinin xadiməsi ayda 876 manat - Qarabağ qazisi -zabitdən bir yarım – iki dəfə çox, 8 qazi- əsgərin aylıq müavinəti (120 manat) qədər haqq alır, ümumiyyətlə danışmağa dəyərmi?
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?