GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Azərbaycan Dövlət Aqrar Universiteti “cərimə batalyonu kimi”: Rektora talançılıq ittihamı-PREZİDENTƏ MÜRACİƏT!

Azərbaycan Dövlət Aqrar Universiteti “cərimə batalyonu kimi”: Rektora talançılıq ittihamı-PREZİDENTƏ MÜRACİƏT!

Tarix: 15-03-2022, 22:14 Bölmə :GündəmXəbər / Manşet Baxış: 320


Azərbaycan Dövlət Aqrar Universitetinin "Mühəndislik" fakültəsinin professor-müəllim heyəti adından "Yerüstü nəqliyyat vasitələri və texniki servis" kafedrasının professoru Əliyev Qurban İsa oğlunun Azərbaycan Respublikasının Prezidenti, cənab İiham Əliyevə ünvanladığı müraciətin surəti daxil olub. Müəllif müraciətində Azərbaycan Dövlət Aqrar Universitetində elmdən, təhsildən uzaq atmosferin formalaşmasından, rektor İbrahim Cəfərovun qanunazidd idarəçiliyindən və digər eybəcərliklərdən bəhs edir. Biz məlum qayda və prinsiplərə uyğun, səslənən ittihamlara universitet rəhbərliyinin mövqeyini öyrənməyə çalışdıq. Təəssüf ki, günlərlə çalışsaq da, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu: Universitetin saytında yer alan 3 elektron poçtun hər birinə sözügedən müraciəti əlavə etməklə göndərdiyimiz online məktublar cavabsız qaldı. Bütün telefon cəhdlərimiz də, eyni ilə…(?)

  Gundemxeber.az olaraq yenixeber.org-a istinadla aktuallığını nəzərə alıb, müraciəti müəyyən ixtisarla dərc edirik:

“Cənab Prezident, Azərbaycan Dövlət Aqrar Universitetində Azərbaycan aqrar elmini dünya elminə öz elmi əsərləri ilə inteqrasiya etdirən, aqrar sahədə tədris olunan fənlər üzrə tədris-metodiki işləri, o cümlədən, dərslikləri, dərs vəsaitləri və monoqrafiyaları olan bir qrup alimin əməyi qiymətləndirilmək əvəzinə hər bir iclasda rektor tərəfindən təhqir edilir və aşağılanır. Ona görə ki, aqrar universitetdə talançılıq edən rektor İbrahim Cəfərova savadlı, elmli, tədrisi bilən kadrlar yox, əksinə alveri, rüşvəti və korrupsiyanı bacaran insanlar, xüsusilə də gənclər lazımdır. Bir qrup rektora söz deyə bilən insanlar bu gün rektorun qarşısında gözükölgəlidir. Belə ki, həmin insanların oğlunu, qızını, gəlinini, qardaşını və yaxud qohumunu işə götürən rektor qəsdən onları susdura bilmişdir. Ona görə də bu gün İbrahim Cəfərov istənilən professoru, dosenti belə aşağılaya bilir və təhdid edir. Rektor universitetdə istədiyi alveri edə bilir, heç kim səsini çıxarda bilmir. Bəzi insanlar da səsini çıxarsa belə, ona dəstək olan yoxdur.

Bunlarla yanaşı, rektor İbrahim Cəfərov Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən də işdən qovulan insanları cərimə batalyonu kimi Aqrar Universitetdə kafedra müdiri və prorektor vəzifələrinə yerləşdirib. Sərbəst alver quran rektora “gözün üstündə qaşın var” deyən yoxdur. Bir müddət dekan və kafedra müdiri vəzifələrindən qazanc götürən rektor ənənəni daim davam etdirir.

Bir müddət bundan öncə rektor ADAU-nun "Kənd təsərrüfatı texnikası" kafedrasına ticarət yarmarkasında ayaqqabı satan Aydın İsayevi kafedra müdiri seçmişdir. Hansı ki, Aydın İsayev bir neçə il əvvəl korrupsiya ilə əlaqədar "Magistratura" şöbəsinin midiri vəzifəsindən qovulmuşdur. Buna baxmayaraq İbrahim Cəfərov onu və onun yaxın dostu olan Ayaz Həsənovu da kafedra müdiri vəzifəsinə təyin etmək üçün imkan axtarır. Aydın İsayevi kafedra müdiri kimi yerləşdirdi, indi də qarşıda yaxın günlərdə qəssablıq edib, ət və kartof satan Ayaz Həsənovu da "Yerüstü nəqliyyat vasitələri və texniki servis" kafedrasına müdir qoymaq istəyir. Halbuki, həmin kafedrada bu vəzifəyə daha layiqli kadrlar var. Ayaz Həsənov da 5 il öncə "Aqromühəndislik" fakültəsinin tələbələrinin hər birindən kurs işinə 60 manat pul almışdı. Bu hadisənin üstü komissiya və dekan Cəmaləddin Məmmədov tərəfindən açılanda İbrahim Cəfərov Ayaz Həsənovu müdafiə edə bilmədi. Bu gün kafedra müdiri olan təmiz, haqqın tərəfində olan Vaqif Mirzəliyevin qəti mövqeyindən sonra Ayaz Həsənovun fəaliyyətinin yoxlanılması ilə əlaqədar komissiya yaradılmış və nəticə olaraq yekunda kafedra müdiri vəzifəsindən uzaqlaşdırılmışdı. Vaqif Mirzəliyev kafedrada təmiz və tələbkar işgüzar şərait yaratmışdır. Eyni kafedrada çalışan bu iki dostdan Aydın İsayev kafedra müdiri asan seçildiyi kimi Ayaz Həsənov da "Yerüstü nəqliyyat vasitələri və texniki servis" kafedrasına maddi maraqlar əsasında kafedra müdiri seçilmək üçün hazırlaşıb. Bunlar bilir ki, kafedra müdiri seçilmək üçün, nə qanun, nə elmi tədqiqat işləri, nə də tədris-metodiki işlər lazımdır, ancaq rektor İbrahim Cəfərova pul lazımdır.

Bir qədər öncə İbrahim Cəfərov 240 elmi əsərin müəllifini, bir çox dərslikləri, dərs vəsaitləri olan kafedranın professorunu kənara qoyub ayaqqabı satan, bu gün informasiya texnologiyalarından (kompyuterdən) başı çıxmayan Aydın İsayevi müdir qoyduğu kimi Ayaz Həsənovu da kafedra müdiri qoymaq istəyir. Ayaz Həsənov bu gün Aydın İsayevin məsləhətçisi olub deyir ki, sən o kafedrada ol, mən də bu kafedrada olum. Ayaz Həsənovun da informasiya texnologiyalarından təsəvvürü yoxdur, əlavə heç bir dil bilmir, elektron yazışmanı belə dərk edə bilmir, heç bir tədris metodiki işlə məşğul olmur. Əgər bu gün bu kafedra müdirləri, elekton kitabxanaya girə bilmirsə, elektron resurslardan istifadə etməyi bacarmırsa, adi belə məktubu göndərə bilmirlərsə universitetdə əmək bazarına çıxarılacaq hansı mütəxəssis hazırlığından danışmaq olar? Belə çıxır ki, ancaq ayaqqabı, ət və kartof satan yetişdirmək olar.

Ümumiyyətlə, hal-hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyində sivil elmli, tədrisi və elmi bilən qabiliyyətli mütəxəssislər vəzifələrdən kənarlaşdırılır. Burada idarəçilik zorakılıq və müəyyən maraqlar çərçivəsində, üzdə vətən, arxada şəxsi maraq siyasəti çərçivəsində aparılır. Rektorun professor-müəllim kollektivinə qarşı təhqiramiz kobud rəftarı dözülməzdir. Bunlarla yanaşı məlumunuz edirik ki, Dövlət Qulluğuna və Dövlət İmtahan Mərkəzində imtahan verib keçə bilməyən, ixtisasını bilməyən kadrlar gənc müəllimlər kimi universitetdə kafedralara maddi maraqlar əsasında işə götürülür. Əgər həmin müəllimlərin əksəriyyətinin savadını yoxlasalar onlar attestasiyadan belə keçə bilməzlər. Müasir dünya standartlarına cavab verən auditoriya və laboratoriyalarda bu formada təhsil ilə yüksək peşəkar mütəxəssis hazırlığı aparmaq mümkün deyildir. Savadlı, qabiliyyətli, xarici ölkə alimləri və universitetləri tərəfindən beynəlxalq təhsil sistemində və elmində sözünü deyən və tanınan alimlərin əməyi qiymətləndirilmir.

Cənab Prezident, bu məsələ ilə bağlı müvafiq tədbir görməyinizi Sizdən xahiş edirik”.

Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Dövlət Aqrar Universitetinin ( ADAU ) rektoru İbrahim Cəfərov öz tay-tuşları kimi orta məktəbi bitirəndə ali məktəbə daxil ola bilməyib.

    Azərbaycan Dövlət Aqrar Universitetinin ( ADAU ) ...

    19-05-2021, 11:55

  • 
  • Aqrar Universitetdən qalan İsmət Abbasov

    Aqrar Universitetdən qalan İsmət Abbasov ...

    6-04-2014, 13:53

  • 
  • İbrahim Cəfərov sədaqətinin bəhrəsini gördü - İDDİA

    İbrahim Cəfərov sədaqətinin bəhrəsini gördü - ...

    12-11-2020, 15:45

  • 
  • Rektordan Nazirlər Kabinetinin qərarına hörmətsizlik - İLGİNC FAKT

    Rektordan Nazirlər Kabinetinin qərarına ...

    12-12-2020, 20:43

  • 
  • Gəncə Dövlət Universitetindən prezidentə şikayət olundu - Müraciət

    Gəncə Dövlət Universitetindən prezidentə şikayət ...

    21-09-2018, 11:52


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu