GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Astara sakinləri ÇARƏSİZ DURUMDA - "Həyətə düşəndə uzunboğaz çəkmə geyməli oluruq"

Astara sakinləri ÇARƏSİZ DURUMDA - "Həyətə düşəndə uzunboğaz çəkmə geyməli oluruq"

Tarix: 16-03-2022, 17:05 Bölmə :GündəmXəbər / Manşet Baxış: 304

Son günlər intensiv yağan yağış Astara şəhərində fəsadlar törədib. Şəhərin Nizami adına küçəsində evləri su basıb. Həmin ərazi Xəzər dənizinin kənarında yerləşir. Dəniz səviyyəsindən aşağıdır, ən çökək yer hesab olunur.

GundemXeber.Az DİA.AZ-a istinadla bildirir ki, evini su basan Əbülfəz Həsənov deyir: "Neçə gündür ki, yağış yağır. Suyun axıb getməsi üçün yol yoxdur. Bura çökək olduğu üçün şəhərin bütün suları bura axır. Bu istiqamətdə yüzə yaxın ev var. Yoldaşım və mən əlilik. Ayaqyolumuz, hamam həyətdədir. Hər dəfə həyətə düşəndə uzunboğaz çəkmə geyməli oluruq. Belə iş olarmı?!".

Onun evinin altına su dolub. Həyətinin bir hissəsində göl əmələ gəlib. Ə.Həsənovun sözlərinə görə, həyətin səviyyəsini qaldırmaq üçün hər il ora torpaq gətirib səpir: "Boğazımızdan kəsib buraya 50 maşın torpaq tökmüşəm. Hər maşına 50 manat pul vermişəm. Amma su çəkilmir, çünki suyun yolunu kəsiblər".

Yaxınlıqdan İrana asfalt yol çəkilib. Yolun dənizə tərəf hissəsində restoranlar, istirahət yerləri, park tikilib. Yolun əks tərəfində hündürmərtəbəli evlər və mehmanxanalar ucalır. Oranı Dubaya da oxşadırlar. Yerli sakinlərin deməsinə görə, bu tikintiləri apararkən heç kim su və çirkab sularının axdığı xətləri fikirləşməyib.

Şəhər sakini Vüqar Əliyev orada ekoloji fəlakətin olduğunu deyir: "Evin içi sudur. Qrunt suları ilə çirkab suları qarışıb. Üfunət iyi basır ətrafı. Nəmişlikdən xəstəlik tapırıq. Evlərin hamısında çat var. Evdə yata bilmirik, yorğan nəm olur. Astara şəhərinin mərkəzinə yaxınıq...".

Onun əlavə etməsinə görə, kimin pulu var, istədiyini edir: "Şəhərin dənizkənarı hissəsində torpaqların qiyməti qat-qat bahadır. Biz qalmışıq ortada. Onlar torpağı qaldırıblar, biz qaldıra bilmirik. Kasıb adamlarıq".

Vüqar Əliyevin anası Tarifə Əliyeva: "Heç vaxt bu vəziyyətə düşməmişik. Arada belə vəziyyət yaranmışdı sovet dövründə. Gəldilər, kanal çəkdilər... Buradan İranla sərhəddə yerləşən Astaraçaya kanal da gedirdi, onu doldurub park etdilər. Hər tərəfi su tutur, evlərimiz adaya oxşayır. Allahın bizə yazığı gəlir ki, sel gəlmir".

Astara şəhərin digər sakini Novruz Paşayev isə deyir ki, bəzi binalar kanalın üstündə tikilib. Onun vurğulamasına görə, xətlər dağıdılanda onların ərazisi su altında qalır: "Bu problemi yerli icra orqanına, bələdiyyəyə çatdırmışıq. Prezidentdən tutmuş, aşağı məmurlara qədər rəsmi müraciət etmişik. Sanki gücsüzdürlər. Yağış bir az səngiyib, bəzi yerlərdən su çəkilib. Astara şəhərində kanalizasiya yoxdur, çirkab suları da bura axır. Fəlakətdir. Həyətdə əkin mümkün deyil. İki ildir torpaq əkilmir. Bələdiyyə, şəhər icra nümayəndəsi dəfələrlə gəlib baxıblar".

Novruz Paşayevin qonşusu Gülər Nəhmətova söhbətə qoşulur: "Həyətdə əkdiyim meyvə ağacları bu suyun altında qalıb məhv olur. Prokurorluğa, polisə getmişəm. Nəticə yoxdur. Bir qalır məhkəmə. Bayramı yola verəndən sonra məhkəməyə müraciət edəcəyik".

Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov da sözügedən ərazidə problemin olduğunu deyir: "Arxitektor, şəhər icra nümayəndəsi, mən özüm də həmin ərazidə olmuşuq. Orada altı ailədir. Fransada yaşayan birinin də orada evi var. Ana kanalı təmizləmək üçün texnika gətirdik. Kanal fərdi həyətlərin arasından keçir. Suyu çəkmək üçün oraya borular da gətirildi. Sakinlər icazə vermədilər, qoymadılar həyətlərinə girməyə. Amma Əbülfəz Həsənovun həyətindən suyu çəkmək üçün iş görüləcək. Yağış imkan vermədi. Bir sahibkar orada obyekt tikib, onu bəhanə edirlər".

Müavinin vurğulamasına görə, tikintiyə icazəni Dövlət Şəhərsalma və Arxitektora Komitəsi verir: "Bütün sənədləşmələr orada gedir. O sənədlər əsasında da başçı sərəncam verir. Onlar sənədləri birbaşa reyestrə otuzdururlar. Obyekti tikəndə sənədi bizə verirlər ki, müəyyən edilmiş yerdə obyekt tikiləcək. Sahibkardır, şəxsi həyətidir, icazəsi var, obyekt tikib".

A.Mahmudov Astara şəhərində kanalizasiyanın çəkilməsi barəsində isə bunları bildirdi: "Bizdə içməli su xətti çəkildi, qalıb kanalizasiya. Layihə hazırdır. Vəsait ayrılan kimi kanalizasiya xəttinin çəkilişinə başlayacaqlar. Rayon icra hakimiyyəti başçısının diqqətindədir. Yenidən müvafiq orqanlara müraciət olunacaq. Bu işdə maraqlıyıq. Rayonda çoxmənzilli yaşayış binalarının sayı artır. Bu işlərlə "Azərsu" ASC məşğul olur".

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektora Komitəsi və "Azərsu" ASC ilə danışmaq mümkün olmayıb.

Astara şəhəri Azərbaycanın şərqə açılan qapısı hesab olunur. Bir çox beynəlxalq layihələr bu ərazidə həyata keçirilir. Şəhərin 20 minə yaxın sakini var.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda FHN su basan ərazilərdən əhalini təxliyə edir

    Bakıda FHN su basan ərazilərdən əhalini təxliyə ...

    17-10-2016, 23:50

  • 
  • Abşeronda evləri su basıb

    Abşeronda evləri su basıb ...

    19-02-2017, 20:16

  • 
  • Goranboyda çay daşdı, 10 kəndi su basdı

    Goranboyda çay daşdı, 10 kəndi su basdı ...

    5-10-2015, 13:08

  • 
  • Bakının küçə və prospektlərindən sel suları axır (VİDEO)

    Bakının küçə və prospektlərindən sel suları axır ...

    17-10-2016, 19:50

  • 
  • “Baksol”da çirkab suları sakinləri cana yığıb: “Borular üçün ayrılan vəsaiti mənimsədilər”

    “Baksol”da çirkab suları sakinləri cana yığıb: ...

    28-10-2017, 15:58


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu