GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gecə klubundakı partlayış və Tarif Şurası… - QİYMƏT məsələsi ciddi müzakirə olunmalı və Milli Məclis qərar qəbul etməlidir…

Gecə klubundakı partlayış və Tarif Şurası… - QİYMƏT məsələsi ciddi müzakirə olunmalı və Milli Məclis qərar qəbul etməlidir…

Tarix: 8-04-2022, 16:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 407

Oxucunu yormadan qısa məlumat üçün qeyd edək ki, QİYMƏT anlayışı mürəkkəb iqtisadi  məhfumdur.
 
Hətta uzun illər  yaşadığımız  Sovetlər Birliyində “Qiymət Komitəsi” ( Qostçen ) deyilən  böyük bir dövlət  qurumu  fəaliyyət göstərirdi.
Yəni istənilən məhsulun, ya da xidmətin maya dəyəri, real qiyməti və s  deyilən elementlər var.
Qiyməti süni şəkildə şişirtməklə deyil.
Ümumiyyətlə, bütün dünyada  qiyməti bazar,  daha doğrusu, TƏLƏB-TƏKLİF müəyyən edir. Yəni inzibati yolla qiyməti qaldırmaq və endirmək mümkün deyil.
Tələb artırsa, qiymət də artır, tələb azalırsa, qiymətlər də düşür.
Bu adına bazar iqtisadiyyatı dediyimiz liberal iqtisadiyyatın qanunudur.
Ancaq istisna hal kimi 70 il mövcud olan SSRİ-də dövlət qiymətlərə inzibati yolla müdaxilə edirdi.
Gundemxeber.Az gundelik-baku.com-a istinadla bildirir ki, çox vacib istehlak malları olan çörəyin, unun, yağın və məhsulların qiyməti dövlətin nəzarətində idi ki, əhalidə narazılıq olmasın.
Bir məsələni də loru dildə izah edək ki, problem tam aydın olsun.
Mixail Qorbaçovun 80-cı illərdəki  alkoqolla mübarizəsi zamanı  maraqlı bir məsələ ortaya çıxmışdı.
Belə ki, üzümçülüyə vurulan zərbədən sonra  spirtli içkilər bahalaşdı.
Və ruslar  QƏND və AGAC vasitəsilə  gizli yolla  SPİRT  çəkməyə başladılar.
Niyə..?
Bax, əsas məsələ budur.
Qəndin qiyməti ucuz olduğu üçün bunu görən  cinayətkar dəstə bu fürsətdən istifadə etməyə başladı.
Bəs  sonra nə oldu..?
Qəndin qiyməti qaldırılan kimi...artıq  bu proses söndü.
Yəni adamları tutmaqla, asmaqla deyil....sadəcə qəndin qiymətini qaldırmaqla...problem həll olundu.
Çünki ucuz yolla  spirt əldə etməyin “qapısı”  bağlandı.
Bütün bunları, hətta loru dildə yazmağımızın məqsədi odur ki, QİYMƏT məsələsi çox həssas məsələdir.
Bəli, hazırda  Azərbaycan dövlətinin siyasi kursu bəllidir ki, azad bazar və liberal iqtisadiyyat.
Amma dövlətimiz  müəyyən çətinlikləri nəzərə alaraq  kommunal xədmətlər ( qaz, işıq, su ), un və un məhsulları, yanacaq  və digər məhsulları hələ də inzibati yolla tənzimləyir.
Yəqin ki, nə zamansa, bu məsələ başa çatacaq, yəni qiymətlər tam liberallaşacaq.  
Ancaq hazırda  bu  məsələ reallıqdır.
Və bu  qiymət məsələsini  ildə bir neçə dəfə Tarif Şurası dediyimiz qurum yığışaraq  qərar verir və qiymətlər  dəyişdirilir.
Məlumdur ki,  «Azərbaycan Respublikasında antiinflasiya tədbirlərinin gücləndirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 31 may 2005-ci il  tarixli 242 nömrəli Fərmanın 4.2-ci bəndinin tələbləri nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə təsdiq edilmiş və Tarif (qiymət) Şurası (bundan sonra - Şura) dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların (bundan sonra - qiymət) dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı kimi müəyyənləşdirilmişdir.
Amma  son vaxtlar baş verənlər onu göstərir ki, bu məsələyə yenidən qayıtmaq və daha ciddi qərarlar qəbul etmək lazımdır. Əks təqdirdə  cəmiyyətimizi  daha ciddi problemlər gözləyir.
Belə ki, bir neçə gün əvvəl  Bakının mərkəzində Səbail rayonu  ərazisindəki  “Location”   gecə klubunda güclü partlayış oldu. Ölənlər və xeyli sayda yaralananlar var.
Güclü partlayışa səbəb nə idi ?
Gecə klubunda  propan qaz balonundan istifadə edilmişdi.
İndi keçək əsas mətləbə.
Sahibkar niyə mətbəxdə  ən rahat enerji növü olan elektrik enerjisindən, yaxud  təbii qazdan istifadə etmir..?
Axı, elektrik enerjisi  tam təhlükəsizdir.
Səbəb qiymətdir.
Sahibkar məcbur olur ki, ucuz, amma TƏHLÜKƏLİ propan-balon qazından mətbəxdə istifadə eləsin.
Bu isə ciddi  faciələrə  gətirib çıxarır.
Biz  yuxarıda  QƏND-SPİRT məsələsini əbəs yerə yada salmadıq ee...
İqtisadçılar  bu məsələni ciddi müzakirə etməlidirlər.
Ölkənin qanunverici orqanı olan Milli Məclis  iqtisadçıların iştirakı ilə bu məsələni müzakirə edib ciddi qərarlar qəbul etməlidir.
Yazıda müxtəlif saytların materiallarından istifadə edilmişdir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tarif Şurası: "Dizel yanacağının qiyməti dəyişməyəcək"

    Tarif Şurası: "Dizel yanacağının qiyməti ...

    16-07-2017, 11:08

  • 
  • Suyun da qiyməti bahalaşdı

    Suyun da qiyməti bahalaşdı ...

    12-12-2016, 21:36

  • 
  • “Kommunal xidmətlərdə qiymət artımı mütləq olacaq”

    “Kommunal xidmətlərdə qiymət artımı mütləq olacaq” ...

    11-01-2014, 11:34

  • 
  • Yanvar ayından yanacağ yenidən bahalaşacağ

    Yanvar ayından yanacağ yenidən bahalaşacağ ...

    20-12-2013, 11:10

  • 
  • Cənub rayonlarında maye qazın qiyməti qalxdı

    Cənub rayonlarında maye qazın qiyməti qalxdı ...

    3-01-2014, 00:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu