Gundemxeber.az » GündəmXəbər » Heydər Babayevin həyat yoldaşı Vaşinqtondakı villasını satıb - Fotolar
Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva ABŞ-ın paytaxtı Vaşinqtondakı villasını satdığı məlum olub.
Bu barədə araşdırmaçı-jurnalist Cavanşir Həsənli məluumat yayıb.
O, bildirib ki, sabiq nazirin həyat yoldaşı Vaşinqton ətrafındakı 4609 CHARLESTON TER ünvanındakı villasını 2020-ci ilin mayında 1 milyon 860 min dollara satıb.
C.Həsənlinin araşdırmasına əsasən, villa 2008-ci ilin iyununda Kolumbiya ştatında keçmiş nazirin həyat yoldaşının təsis etdiyi "ALIYA BABAYEVA" LLC üzərindən alınıb.
Məlumata görə, şirkət 2011-ci ildə ləğv edilsə də əmlak iki il əvvəl satılıb. Satışın səbəbi bəlli deyil. Onun yeni sahibi amerikalı vəkil DECKELBAUM DAVID və THE CHARLESTON REVOCABLE TRUST-dır.
Sabiq nazirin 2011-ci ildə Lüksemburqda həyat yoldaşının adına MERCURY EUROPE HOLDINGS əmlak şirkəti təsis etdiyi məlumdur.
Qeyd edək ki, Heydər Babayev 1999-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmışıb. 2005-ci il 19 oktyabrda İqtisadi İnkişaf naziri təyin olunub. 2008-ci ilin 30 oktyabrında vəzifəsindən azad edilib./pia.az
Gundemxeber.Az
4-06-2020, 11:57
21-09-2021, 10:52
28-03-2016, 19:57
27-04-2020, 12:53
5-08-2020, 11:07
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?