GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Turizm və Menecment Universitetində nələr baş verir..? - Rektor İlham Mədətov və onun müavinlərinin korrupsiya şəbəkəsi…

Turizm və Menecment Universitetində nələr baş verir..? - Rektor İlham Mədətov və onun müavinlərinin korrupsiya şəbəkəsi…

Tarix: 13-04-2022, 12:28 Bölmə :GündəmXəbər / Manşet Baxış: 536

Universitetdə QONAQPƏRVƏRLİK fakültəsi var imiş….

Əvvəl Mədəniyyət və Turizm Nazirliyinin, sonradan isə Dövlət Turizm Agentliyinin tabeçiliyinə verilən Azərbaycan Turizm İnstitutu ilə bağlı yazmadan öncə  bəzi məsələlərə aydınlıq gətirək.
Birincisi, bir nazirliyin adı  3-4 ildə neçə dəfə dəyişər, axı..?
Əvvəl Mədəniyyət nazirliyi, sonra İdman və Gənclər nazirliyi, daha sonra İdman və Turizm nazirliyi  və s…
Belə  idarəçilik  olmaz ee…
Ona görə də haqqında bəhs edəcəyimiz Turizm və Menecment Universiteti ilə bağlı  onu deyə bilərik ki, bu ali  məktəb əvvəl Turizm İnstitutu adlanıb.
İnstitut  Prezidentin  25 avqust 2005-ci il tarixli 972 saylı sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli 45 saylı qərarı ilə təsis edilmişdir.
İnstitut dövlət təhsil sistemi standartına uyğun olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2006-cı il tarixli, 1556 nömrəli Sərəncamına əsasən Cəfər Məmməd oğlu Cəfərov Azərbaycan Turizm İnstitutunun rektoru təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2014-cü il tarixli, 945 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində Azərbaycan Turizm və Menecment Universiteti yaradılmışdır.
Universitetin ilk rektoru Cəfər Məmməd oğlu Cəfərov olmuşdur. O, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2014-cü il tarixli, 976 nömrəli Sərəncamına əsasən Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir
Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə İlham İsa oğlu Mədətov Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi  universitet artıq  nazirliyin deyil, dövlət agentliyinin nəzdindədir.
Sözün qısas  universitet uzun illər  sabiq Mədəniyyət  Naziri Əbülfəs  Qarayevin  “kuratsiyaslnda”  olub.
Gumdemxeber.Az gundelik-baku.com-a istinadla bildirir ki,  sabiq nazir  bu universitetə  özünün və Prezidentin sabiq köməkçisi Əli Həsənovun yaxın dostu Cəfər Cəfərovun  rektor  olmasına xeyir-dua  veriblər.
Cəfər Cəfərov hazırda  Azərbaycan Pedoqoji Universitetini əməlli-başlı  ailə kantoruna çevirib.
İkinci vacib məsələ odur ki, əvvəl adı Turizm Universiteti olan  ali məktəbin adı indi  Turizm və Menecment Universiteti adlanır.
Adamdan soruşarlar ki, nə dəyişib..?
Bəlkə təhsilin keyfiyyəti, səviyyəsi  yüksəlib, bəlkə ali məktəbdə rüşvət azalıb, bəlkə korrupsiya  halları aradan qalxıb..?
Belə məqamda yada başqa bir universitet düşür. 

Sabiq Ekologiya Naziri  Hüseynqulu Bağırova məxsus olan və bacısı tərəfindən idarə olunan Qərb universitetinin adını bir müddət əvvəl  dəyişib Qərbi Kaspi Universiteti qoydular.
Bir nəfər də soruşmadı ki, ay Hüseynqulu müəllim, ad dəyişməklə nəsə dəyişdimi..?  
İndi sabiq nazir  Əbülfəs Qarayevdən də soruşan lazımdır ki, universitetin adının dalına MENECMENT yazmaqla nəsə dəyişdimi..?
Təsəvvür edirsiniz, universitetdə  QONAQPƏRVƏRLİK fakültəsi var.
Vallah, dünyanın heç bir yerində belə mənasız işlər yoxdur.
Qonaqpərvərlik fakültəsinə daxl olan tələbə 4-5 il müddətində nə öyrənəcək..?
İndi isə universitetin yeni rəhbərliyinin fəaliyyətinə nəzər salaq.
Deməli, universitetin yeni rektoru İlham Mədətov ərəb dili tərcüməçisidir və ərəb ölkələrində vaxtilə tərcüməçi olub. Sonralar Yevlax rayon partiya komitəsində, daha sonra Yevlax icra hakimiyyətində müavin işləmişdir.
Adama deyərlər ki, ərəb dili tərcüməçisinin, partkomun, icra başçısının müavinin  Turizm  universitetinə rektor olması hansı məntiqə uyğundur..?
Onu da qeyd edək ki, İlham Mədətov universiteti sanki öz qaydaları ilə idarə edir, ali məktəbdə korrupsiya baş alıb gedir.
Rektorun müavini, yəni tədris işləri üzrə prorektor  Zaur Bağırov isə  kəsr, imtahan, qayıb məsələlərini əlində cəmləyib, özü üçün gəlir mənbəyinə çevirib.
Hətta deyilənə görə, elə tələbələr var ki, heç  5  gün də universitetə gəlməyiblər, sadəcə, hazır diplom alıblar.
Rektorun inkişaf məsələləri üzrə müavini, prorektor İranə Əliyeva da öz həmkarından geri qalmır.
Yeri gəlmişkən, İranə Əliyeva sabiq nazir Əbülfəs Qarayevin ən yaxın adamı olub. Bu xanım prorektor da rektorun tapşırığı ilə işə qəbul, işdən uzaqlaşdırma, tələbə qəbulu məsələlərini həll edir.
Rektorun müşaviri olan Elvin Yusifli universitetdəki  bütün qanunsuzluqlara  rektorun göstərişi ilə nəzarət edir, kadr məsələlərini yönəldir.
Bir sözlə,  Turizm və Menecment universiteti sözün əsl mənasında rektorun öz qaydaları ilə idarə olunur.
Yazıda bir çox saytların materiallarından istifadə olunub.
Növbəti yazıda Qonaqpərvərlik fakültəsinin  dekanı Bahadur Bilalovun əməllərindən bəhs edəcəyik.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.



GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mədəniyyət və Turizm nazirliyi ikiyə bölündü

    Mədəniyyət və Turizm nazirliyi ikiyə bölündü ...

    20-04-2018, 22:46

  • 
  • Prezident BU İDARƏLƏRİ ləğv etdi - SƏRƏNCAM

    Prezident BU İDARƏLƏRİ ləğv etdi - SƏRƏNCAM ...

    30-03-2016, 01:04

  • 
  • Mədəniyyət və Turizm İdarəsində yeni təyinat

    Mədəniyyət və Turizm İdarəsində yeni təyinat ...

    27-01-2016, 13:35

  • 
  • İlham Mədətov rektor təyin edildi - SƏRƏNCAM

    İlham Mədətov rektor təyin edildi - SƏRƏNCAM ...

    11-09-2017, 19:24

  • 
  • “Şahdağ” turizm kompleksini 3 illik əcnəbilərə verdilər

    “Şahdağ” turizm kompleksini 3 illik əcnəbilərə ...

    10-07-2013, 15:21


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu