GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Məşhur məmur qudaların “aprel gedişi” - Rüstəmov və Əhmədzadə haqda maraqlı faktlar

Məşhur məmur qudaların “aprel gedişi” - Rüstəmov və Əhmədzadə haqda maraqlı faktlar

Tarix: 26-04-2022, 11:56 Bölmə :GündəmXəbər / Manşet Baxış: 351

Azərbaycanda məmurların qohumluq əlaqələri üzrə “birləşməsi” ənənəsinin geniş yayıldığı hamıya məlumdur. Ölkənin yüksək vəzifəli məmurları, bir qayda olaraq qudalıq prinsipi ilə hakimiyyət daxilində yerlərini möhkəmlətməyə çalışırlar. Bu baxımdan, Azərbaycan hakimiyyətindəki ən məşhur qudalardan sonuncusu - Elman Rüstəmov aprel ayında Mərkəzi Bankın rəhbəri postundan uzaqlaşdırıldı. O, Nazirlər Kabinetində işlə təmin olunub.

Qeyd edək ki, Elman Rüstəmovun qızının qayınatası - Əhməd Əhmədzadə də keçən ilin aprel ayında “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbərliyindən uzaqlaşdırılıb. Quda məmurların əksəriyyətindən fərqli olaraq E.Rüstəmovla Ə.Əhmədzadə vəzifədən azad olunandan sonra ənənəvi hücumlara məruz qoyulmayıblar, hətta E.Rüstəmova Nazirlər Kabinetində “təskinlik” tapmaq imkanı yaradılıb. Ə.Əhmədzadənin müxtəlif dövlət qurumlarında yerləşdirdiyi qohumlarına da toxunulmayıb.

Rüstəmov-Əhmədzadə qudalarının 20 ildən yuxarı rəhbər olduqları sahələr iqtisadiyyatın açar sahələridir. Və onların rəhbərliyi altında bu sahələrin yüksək inkişaf yolu keçdiyini söyləmək mümkün deyil. Meliorasiya sahəsinə uzun illər boyu ayrılan vəsaitlərin həcmi milyardlarla manatla ölçülür. Bu vəsaitlərin nə qədər səmərəli xərcləndiyini Prezident İlham Əliyevin 2020-ci ildə keçirdiyi müşavirə zamanı səsləndirdiyi fikirlər açıq ortaya qoyur: “Su həm həyatdır, həm inkişafdır, həm təhlükəsizlikdir. Ona görə bu məsələlərə laqeyd yanaşmaq olmaz. Açıq deməliyəm, bu iş başlı-başına buraxılıb, heç kim bu məsələ ilə məşğul olmayıb. Aidiyyəti qurumların hər biri öz işləri ilə məşğul idi, koordinasiya aparılmamışdır. ”Azərsu", meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox. Ona görə bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir? O qədər böyük xərc çəkilir, boru xətləri çəkilir, vətəndaşlar buna sevinir. Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq. Buna son qoyulmalıdır. Ona görə mən bütün bu işləri mütəşəkkil qaydada tənzimləyəcəyəm. Aidiyyəti qurumlara göstərişlər verilib. Ciddi nəzarət mexanizmi olmalıdır. İlk növbədə, xərclərə ciddi nəzarət mexanizmi olmalıdır. Yoxsa “Azərsu”dan, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətindən sifariş gəlir, mənə bu qədər pul lazımdır ki, bunu edim. Amma sonra baxıb görürlər ki, bunun texniki-iqtisadi əsaslandırması yoxdur. Bu rəqəmlər haradan götürülüb? Havadan".

Ə.Əhmədzadənin meliorasiyaya ayrılan pullardan nə qədər “səmərəli” istifadə etdiyini isə onun oğlu, E.Rüstəmovunsa kürəkəni olan Cuma Əhmədzadənin xaricdəki biznes fəaliyyətindən görmək mümkündür. Belə ki, ona məxsus “Lipno Investment s.r.o.” şirkətinin sənədləri 2019-cu il iyun ayının 4-də Çexiyanın Maliyyə Nazirliyinə təqdim olunub. Şirkətin aktivləri 2 milyon 89 min dollar, bundan başqa, şirkətin qeyri-maddi mal varlığı 1 milyon 860 min dollar təşkil edir.

“Lipno Investment s.r.o.” adlı bu şirkət 2017-ci ildə Cuma Əhmədzadənin və onun həyat yoldaşı Günel Rüstəmovanın (ər-arvad) şərikli sahibi olduqları ALPS sro şirkəti (bu şirkətin aktivləri 1,5 milyon dollar təşkil edir) üzərindən təsis edilib.

Bu şirkət ər-arvadın Avropada sahib olduqları onlarla şirkətdən biri, sərvətlərinin bir damcısıdır.

Azərbaycan xalqının sərvətlərini çapıb-talayan, millətin qanı üzərində milyardların sahibi olan Rüstəmovlar və Əhmədzadələr ailəsi! » XalqXeber.Az | Son xeberler Azerbaycan xeberleri

Ə.Əhmədzadənin Azərbaycandakı sərvətləri barədə də mətbuatda dərc olunan yazılarda ətraflı məlumat verilib. Bu məlumatlarla bağlı hər hansı təkzib verilmədiyinə onları reallıq hesab etmək mümkündür. Həmin məlumatlara görə, Əhmədzadənin Qax rayonu, İlisu kəndində dəbdəbəli villası;

Zaqatalada 1 hektarlıq sahədə, 5 milyon manatlıq villası;

Londonda “69-70 Princes GateKnightsbridge, SW7 2PA” ünvanında 6-cı, 7-ci və 8-ci mərtəbələrdən ibarət malikanə;

Kiprdə dəbdəbəli malikanə; Bakıda, Yasamal, Zahid Xəlilov küç. ev 68, mənzil 88; Bakı, Binəqədi rayonu, S,S, Axundov küç, ev 1/2 ünvanda mənzil; Qax, M.F. Axundov küç, ev 15 ünvanında mənzil; Zaqatala, Car küç. ev 3A ünvanda mənzili var.
Həmçinin Qaxda “El Resort” otel kompleksi; Qax, İlisu kəndində “Yurd Hotel” istirahət kompleksi; İlisu kəndində “Yaşıl Park” otel kompleksi; “Səngər Qala” otel kompleksi,

“Ulu Dag” oteli, Qax rayonu, Eden Park Hotel; Qax, Qaxbaş kəndində 54700 kv metrlik (5.5 hektar) ərazisi olan “Residence” ailəvi istirahət mərkəzi, Bakı, Koroğlu Rəhimov küçəsindəki “Növbahar” Restoranı, Bakıda “Zakura Yapon mətbəxi” restoranı, Qax Fındıq Zavodu; Qax rayon taxıl məhsulları kombinatı; Qax Rayon Avtovağzalı; “ULUYURD” şirkətlər qrupu, “Advisors CO.” şirkəti; “Proyekt”, MMC; “Çağdaş” MMC; “Elit-R1" MMC; ”Muğal" MMC; “Corasuni” MMC;

“İlisu Uludağ Turizm və İstirahət Kompleksi” kimi biznes subyektlərinin də Ə.Əhmədzadəyə məxsus olduğu bildirilir.

Bundan əlavə, onun qardaşı Mübariz Əhmədzadə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, Coşqun Əhmədzadə Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini; Rəşad Əhmədzadə polis orqanlarında bölmə rəisi; xalası oğlu Musa Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı; qardaşı oğlu Vüqar Əhmədzadə - DSMF Qax rayon şöbəsinin müdiri; qardaşı oğlu Tərlan Əhmədzadə Qax Mərkəzi Xəstəxanasının baş həkimidir.

E.Rüstəmova gəlincə, onun dövründə Azərbaycanın maliyyə-bank sektorunda ciddi inkişaf olmadı, qiymətli kağızlar bazarı inkişaf etmədi, kredit faizləri dünyada ən yüksək rəqəmlərlə ifadə olundu. Sabiq baş bankirin qızından əlavə, özünün də kifayət qədər iri biznesə malik olduğu deyilir. Mətbuatda gedən məlumatlara görə, “Bank Respublika” ASC-nin əsas səhmdarı Natiq Quliyev Elman Rüstəmovun ən yaxın adamıdır. Biznes sektorundakı mənbələr keçmiş baş bankirin onunla birgə “Səba” ASC, “Biləsuvar Aqro”, “Qarabağ Taxıl” və “Bakı Sığorta” şirkətlərinə nəzarət etdiyini bildirirlər.

E.Rüstəmovun əsas yatırımları sırasında Yaponiyanın məşhur “Mitsubishi”, “Subaru” avtomobillərinin Azərbaycana idxalı və satışını təşkil edən şirkətlər olduğu deyilir. Bu markalar satış sayına görə ölkənin avtoparkında birinci onluqda yer alır. Məlumata görə, keçmiş baş bankirin bir neçə tikinti şirkətində payı, şadlıq sarayları, habelə Türkiyə və Gürcüstanın daşınmaz əmlak sektorunda yatırımları var. E.Rüstəmova yaxın şəxslər Çexiya, Monteneqro, Sloveniya kimi ölkələrin turizm sektoruna iri məbləğli investisyalar yatırıblar.

E.Rüstəmovun Böyük Britaniyada yaşayan qızı Günel Rüstəmovaya məxsus “GYUNEL LIMITED” şirkətinin bu ilin yanvarında təqdim etdiyi maliyyə hesabatına görə, aktivləri 6.208.065 funt sterlinq (14 milyon manata yaxın) təşkil edir

Onun vəzifədən çıxarılmasından dərhal sonra xalası oğlu, “Planet” şadlıq sarayının sahibi Talıb Quliyevin saxlanması cəmiyyətdə keçmiş baş bankirin vəzifə dövründə topladığı sərvətə “əl qoyulacağı” barədə müzakirələrə yol açdı. Amma ekspertlər E.Rüstəmovun baş nazirin müşaviri postuna təyin edilməsini əsas gətirərək onun sığortalandığını düşünürlər.

Bank sahəsi üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov bildirir ki, Mərkəzi Bankın banklara verdiyi kreditlər E.Rüstəmovun fəaliyyətinin ən şübhəli və müəmmalı sahələrindən biridir: “Məlum olduğu kimi, Elman Rüstəmovun rəhbərliyi dövründə bankların əksəriyyəti Mərkəzi Bankdan kredit götürə bilmirdi. Bank olmayan kredit təşkilatlarına isə ümumiyyətlə, kredit verilmirdi. Buna görə də Mərkəzi Bankın uçot dərəcəsi formal bir şeydir. İnhisarçılıq şəraitində bu dərəcə kredit faizlərinə təsir etmir. Məsələn, uçot dərəcəsinin ən aşağı səviyyəsi 2009-2010-cu illərdə olub: 2-3 faiz. Lakin həmin dövrdə bankların kredit faizləri indikindən də yüksək idi. Halbuki məntiqlə, tərsinə olmalı idi. Məhz Mərkəzi Bankın bu şübhəli davranışı nəticəsində 2015-ci il devalvasiyası ölkəmiz üçün çox ağrılı oldu. Əhaliyə və sahibkarlara verilən kreditlərin əksəriyyəti dollarla olduğu üçün. Bunun səbəbi isə o idi ki, Mərkəzi Bankdan kredit götürə bilməyən kredit təşkilatlarımız xaricdən dollar kreditləri cəlb edib, öz növbəsində də kreditəri dollarla verirdilər”.

Hüquqşünasın fikrincə, E.Rüstəmov MB rəhbəri olarkən ölkə qanunvericiliyini pozub: “Bütün bunlarla yanaşı, indi məlum olub ki, Mərkəzi Bankın verdiyi kreditlərin də bir qismi qanunsuz olub. Söhbət Mərkəzi Bankın ”banklararası kredit" adı ilə verdiyi kreditlərdən gedir. Məsələ burasındadır ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna əsasən Mərkəzi Bank yalnız iki növ kredit verə bilər: 1) kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi qaydasında (33-cü maddə); 2) sonuncu instansiya kreditləri (49-cu maddə). Qanunun 1.3-cü maddəsinə əsasən Mərkəzi Bankın məqsədi, funksiya və səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə və həmin Qanunla müəyyənləşdirilir. Beləliklə, Mərkəzi Bank qanunla səlahiyyətinə aid edilməmiş banklararası kreditlər verə bilməz.

Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məcəllənin 337.1-ci maddəsinə görə MM-də müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Beləliklə, Mərkəzi Bankın sözügedən kredit müqavilələri etibarsızdır (əhəmiyyətsizdir).

Mülki Məcəllənin 460.3-cü maddəsinə əsasən əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur. Buna görə də sögügedən “banklararası kredit”lərin təminatı olan girov (ipoteka) və zaminlik müqavilələri də etibarsızdır. Bu isə o deməkdir ki, məhkəmələr qanuna riayət edərək bu müqavilələri etibarsız hesab etsə, Mərkəzi Bank on milyonlarla vəsait itirə bilər. Bu pullara görə məsuliyyəti də ilk növbədə Elman Rüstəmov daşımalıdır"./“Yeni Müsavat”/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əhməd Əhmədzadə “Əmək” ordeni ilə təltif edilib

    Əhməd Əhmədzadə “Əmək” ordeni ilə təltif edilib ...

    6-01-2020, 15:37

  • 
  • Elman Rüstəmov işdən çıxarılır

    Elman Rüstəmov işdən çıxarılır ...

    30-03-2014, 15:00

  • 
  • Elman Rüstəmov haqqında İLGİNC İDDİA - Mənzil kolleksiyası var imiş...

    Elman Rüstəmov haqqında İLGİNC İDDİA - Mənzil ...

    4-05-2021, 09:55

  • 
  • Əhməd Əhmədzadə çətin durumda

    Əhməd Əhmədzadə çətin durumda ...

    22-01-2013, 10:16

  • 
  • İqtidardakı qudaların sayı artır

    İqtidardakı qudaların sayı artır ...

    25-10-2013, 10:51


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu