GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ukraynadakı “qaçaq səfir” Bakıda dələduzluq işində izlərini itirməyə çalışır - sensasion təfərrüat

Ukraynadakı “qaçaq səfir” Bakıda dələduzluq işində izlərini itirməyə çalışır - sensasion təfərrüat

Tarix: 29-04-2022, 12:15 Bölmə :GündəmXəbər / Manşet Baxış: 353


Rusiya-Ukrayna müharibəsinin ikinci günü Kiyevdən qaçan səfir Elmira Axundova Bakıda pul davasına başlayıb. Belə məlum olur ki, qaçaq səfir Bakıya çatar-çatmaz məhkəmə icraçıları ilə əlaqəyə keçib və cinayətə bərabər məhkəmə hökmü üzrə pul qazanmağa çalışır.

Elmira Axundova və oğlu Həbibovun adları illərdir ki, 8 milyonluq dələduzluq işinin əsas fiqurantları kimi hallanır. Məsələni mahiyyəti budur ki, hələ deputat olarkən Elmira Axundova tanıyıb-bildiyi şəxslərə oğlu Həbibin qurduğu katric biznesinə pul yatırmağı və divident qazanmağı təklif edib. Deputatın çağırışı özünü çox gözəltməyib və oğlu Həbib Axundova yatırım olaraq külli miqdarda vəsait verilib. Pul verənlərdən biri də Elmira Axundovanın “qardaşım” deyib 2 dəfə parlament seçkilərində səlahiyyətli nümayəndə seçdiyi müharibə veteranı Fərman Məmmədov olub. Bir neçə aylıq divident ödənişindən sonra Elmira Axundova tanıyıb-bildiyi şəxslərə “biznes batdı” deyib.

Həmin gündən sonrakı müddət ərzində Elmira Axundova və oğlunun əmlak siyahısı olduqca sürətlə artmağa başlayıb. Ana-balanın ümumilikdə 100 min manat civarında olan varidatları “biznes batdı” elanından sonra az qala 50 milyon manata yaxınlaşıb.

Elmira Axundova Bakının mərkəzində 5 mərtəbəli, ümumi sahəsi 10 min kvadrat metri aşan biznes mərkəzi, “Port Baku Residence” yaşayış kompleksində ümumi sahəsi 375 kvadrat metr olan 1109 B saylı mənzil, 228 və 233 saylı dayanacaq yerləri, Qəbələ şəhəri, S.Ə.Şirvani küçəsi 112 ünvanında mülkiyyətində olan 0.14 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, Bakıda çoxsaylı evlərə və bir-birindən bahalı maşınlara sahiblənməyə başlayıb.

Oğlu da anasından geri qalmayıb. Həbib Axundov Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 3 A ünvanında yerləşən 0.0225 hektar torpaq sahəsi və üzərində 4 mərtəbəli ofis, “Port Baku Residence” yaşayış kompleksində 509 B saylı mənzil və əlavə olaraq dayanacaq yerləri alıb və bahalı maşınların kolleksiyaçısına çevrilib.

03.10.2013-cü ildə 2012-ci ildə istehsal olunan “Porsche Cayenne” minik avtomobili, Az 90 CF 900 nömrə nişanı;

19.05.2014-cü ildə 2012-ci ildə istehsal olunan “Porsche Cayenne” minik avtomobili, həmin avtomobilə Az 10 HH 111 nömrə nişanı;

02.07.2014-ci ildə 2013-cü ildə istehsal olunan “Jeep Wrangler” minik avtomobil, Az 90 XX 111 nömrə nişanı;

8 gün sonra, 15.02.2014-cü ildə 2013-cü ildə istehsal olunan “Porsche Panamera” minik avtomobili, Az 90 RR 111 nömrə nişanı;

“K-45" adlı ABB 1278 bort nömrəli ”Yamaha 242 Limited S" tipli gəzinti kateri - yaxta 01 iyul 2016-cı il tarixdə keçirilmiş texniki baxışın nəticələrinə əsasən Həbib Axundovun adına dövlət qeydiyyatına alınıb.

Bundan başqa, bir neçə skuterə də sahiblənib. Bu, Həbib Axundovun əmlaklarının tam siyahı deyil. Bütün bu əmlaklar Elmira Axundovanın məlum elanından sonra əldə olunub. Həmin günlərdə Elmira Axundovanın məsləhəti ilə oğlu Həbib Axundova külli miqdarda pul verən zərərçəkənlər hüquq-mühafizə orqanlarına müraciət edib dələduzluğa məruz qaldıqlarını yazırdılar.

O günlərdə Elmira Axundova və oğlu Həbib Axundov onları ölkə prezidentinə şikayət yazmaqdan çəkindirmək üçün məhkəmələrlə hədələyirdi. Nəhayətdə Elmira Axundovanın evinin daimi qonağı Elnur İbrahimovu “günah keçisi”nə çevirib ortalığa çıxardılar. Milyonlarla manat pulu Elnur İbrahimovun təkbaşına mənimsəməsi “nağılı” ortaya atıldı. Elnur İbrahimov Qəbələyə Elmira Axundovanın yanına aparıldı və oradan izləri itdi. Azərbaycan hüquq-mühafizə orqanları Elnur İbrahimovu 1 ildən artıq axtardı. Sonda məlum oldu ki, Elnur İbrahimov Qəbələdə Elmira Axundova ilə məsləhətləşəndən sonra Gürcüstana, oradan da Elmira Axundovanın doğulduğu Rusiya paytaxtına qaçıb, orada gizlənib.

Zərərçəkənlər pullarının geri qaytarılması üçün Elmira Axundovaya, oğlu Həbib Axundova dəfələrlə müraciətlər etsələr də, xeyri olmadı. Elmira Axundova Ramiz Mehdiyevin əlindən medal alma ərəfəsində Fərman Məmmədovan aldığı 250 min manatın 125 min manatını qaytardı. Qalan hissəsini isə qaytaracağına söz verdi. Oğlu da ayrılıqda öz ünvanına nalayiq söyüş söyüb pulun qaytarılacağını dedi.

Elmira Axundovanın Fərman Məmmədovla səs yazısı var. Orada qaçaq səfir Fərman Məmmədova “sənin pulunu qaytaracağıq” deyir. Oğlu Həbib Axundovun da “Fərman əmi, sənin pulunu qaytarmasam oğ... olaram” dediyi səs yazısı mövcuddur. Amma 2013-cü ildə dələduzluqla ələ keçirilən pul bu günə qədər Fərman Məmmədova qaytarılmayıb. Fərman Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsində dəfələrlə bildirdi ki, o, pulu Elmira Axundovanın məsləhəti ilə onun oğlu Həbib Axundova verib, Elnur İbrahimova pul verməyib.

Pulun məhz Həbib Axundova verilməsini təsdiqləyən sənədlər, səs yazıları ilə yanaşı Elnur İbrahimovla Həbib Axundov arasında SMS yazışmalar da var. Həmin yazışmalardan o da aydın olur ki, Elnur İbrahimov günaşırı Elmira Axundovaya 5 min manat pul göndərirmiş.

Sənədlər, səs yazıları, SMS yazışmalar cinayət dosyesində olsa da, nə ibtidai istintaqda, nə də məhkəmədə araşdırıldı, müvafiq hüquqi qiymət verildi. Cinayət işində Fərman Məmmədov tərəfindən pulun Həbib Axundova verilməsini təsdiq edən sənədlər ola-ola, Elnur İbrahimov 9 il müddətinə azadlıqdan məhrum olundu. Elmira Axundova Kiyevdən Bakıya qaçandan sonra xəbər çıxdı ki, məsləhət verdiyi Elnur İbrahimovun cəzası da endirilib.

Bu qalmaqallı məhkəmə işində 8 milyon manatın dələduzluqla ələ keçirilməsi təsdiqlənsə də, ələ keçirən şəxs kimi yalnız Elnur İbrahimov məhbəsə yola salınıb. Faktiki isə dələduzluq işi üzərindən 30 milyon manatın ələ keçirilməsi haqda təkzib olunmayan məlumatlar var.

Məhkəmə Elnur İbrahimov haqda hökm çıxarana qədər isə Elmira Axundova və oğlu Həbib Axundova zərərçəkənlərin susdurulması istiqamətində hərəkətə keçmişdilər. Ana-bala Axundovlar Binəqədi Rayon Məhkəməsinə iddia verib zərərçəkənlərin prezidentə müraciətlərinin yasaqlanmasını, dələduzluq işində olan Elmira Axudovanın səs yazılarının yayılmasının qadağan edilməsinə çalışırdılar. Binəqədi məhkəməsində 3 hakimin dəyişdirilməsi və 3 ilə yaxın davam edən məhkəmənin sonunda Elmira Axundova ondan pullarını geri tələb edən zərərçəkənləri 10 min manat cərimələtməyə nail oldu. Bu hökmün verilməsinə o zaman Elmira Axundovanın bəy tərifi vurduğu PA rəhbəri Ramiz Mehdiyevin adı da qarışmışdı. Belə iddialar vardı ki, qərəzli məhkəmə hökmü “telefon zəngi hüququ” ilə verilib.

Gələn məlumatlara görə, Elmira Axundova Kiyevdən Bakıya qaçıb yerini rahatlayandan sonra burada köhnə işləri yekunlaşdırmaq qərarına gəlib. O, Fərman Məmmədovdan 10 min manat cərimənin alınması üçün məhkəmə icraçılarına təzyiq göstərir. Artıq Fərman Məmmədova məhkəmə icraçıları zəng edib qaçaq səfirin bank hesabını da təqdim ediblər. Fərman Məmmədov “Yeni Müsavat”a bu məlumatı təsdiqləyib. Bildirib ki, qanunsuz və əsassız məhkəmə hökmü üzrə cəriməni səfirə 5 qəpiklərlə ödəmək fikrindədir.

Zərərçəkən üzləşdiyi dələduzluq cinayətinin yenidən araşdırılmasını istəyir./“Yeni Müsavat”/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Məndə Elmira Axundovanın səs yazısı var” – 1 milyonluq dava

    “Məndə Elmira Axundovanın səs yazısı var” – 1 ...

    12-07-2018, 15:38

  • 
  • Xanım deputat oğlunun vurduğu ziyanı qismən ödədi - 250 min manat

    Xanım deputat oğlunun vurduğu ziyanı qismən ödədi ...

    26-07-2018, 13:40

  • 
  • Mənə Həbib Axundova qarşı ifadə vermək üçün təzyiq ediblər - MƏHKƏMƏ

    Mənə Həbib Axundova qarşı ifadə vermək üçün ...

    15-10-2018, 19:42

  • 
  • DEPUTAT ELMİRA AXUNDOVANIN OĞLU MƏHKƏMƏDƏ İFADƏ VERİB

    DEPUTAT ELMİRA AXUNDOVANIN OĞLU MƏHKƏMƏDƏ İFADƏ ...

    12-07-2018, 14:04

  • 
  • Səfir Elmira Axundovadan növbəti biabırçı qalmaqal - Bu ölkədəki səfirliyin diplomatları "harın padşahlar" adlandırıldı

    Səfir Elmira Axundovadan növbəti biabırçı ...

    9-04-2021, 19:02


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu