GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Babək rayon polisinin öz əxlaq kodeksi var: Küçə söyüşü... - ÖZBAŞINALIQ!

Babək rayon polisinin öz əxlaq kodeksi var: Küçə söyüşü... - ÖZBAŞINALIQ!

Tarix: 10-05-2022, 16:12 Bölmə :GündəmXəbər / Manşet Baxış: 310


Şəkildə: soldakı rəis müavini Elşən Babayev, ortadakı rəis Elgün Əliyev


Ötən yazılarımızda qeyd etdiyimiz kimi, Naxçıvan Orta İxtisas Polis Məktəbi yeni məzunlarını buraxmağa hazırlaşır. 3 aydan sonra məktəb 30 nəfərə polis ixtisası üzrə diplom verəcək. Nəticədə bu məzunların işlə təmin edilməsi problemi yaranacaq. Naxçıvan MR DİN-də isə bu problemi həll etməyin yeganə yolu var: Azərbaycan Polis Akademiyasının məzunu olan savadlı kadrları işdən çıxarmaq və onların yerinə Naxçıvanın 50 ballıq yerli kadrlarını təyin etmək.

Ötən il bu məqsədlə 36 akademiya məzununu sıxışdıraraq işdən çıxaran, dolayısıyla Naxçıvan Orta İxtisas Polis Məktəbinin bütün məzunlarını işlə təmin etdikdən sonra 6 vakant yeri də boşaldan MR DİN bu il də eyni addımı atmaq niyyətindədir. Məhz bu səbəbdən artıq iki qurbanın kimliyini müəyyənləşdiriblər. Bunlardan biri Eyvaz Cəfərli, digəri isə Abdullayev İbrahim Fərrux oğlu adlı polis əməkdaşlarıdır.

Ovqat.com-un Babək rayonu Polis İdarəsindəki mənbələrdən əldə etdiyi məlumata görə, qurbanlığa namizədlərdən biri də artıq özünün ləkələnərək işdən çıxarılmaq növbəsini gözləyir. Növbəti namizəd isə ağır söyüşün qurbanı ola bilər. Yox, yox, söyüşü söyən qurbanlığa namizəd deyil. Əksinə, onu ağır küçə söyüşləri ilə təhqir ediblər. Özü də kim? – Babək rayonu Polis İdarəsinin rəisi Elgün Əliyev.


“Babək Rayon Polis İdarəsinin rəisi, polis mayoru Elgün Əliyev polis zabitlərini nalayiq, küçə söyüşləri ilə söyür. Onun budəfəki söyüş qurbanı isə Babək RPİ-nin İctimai Təhlükəsizlik Şöbəsinin polis sahə inspektoru, polis leytenantı Elvin Ələsgərov olub”, - mənbəmiz bildirir.


Bəs, Elvin Ələsgərovun günahı nə olub ki, rəis onu aşağılamağı özünə borc bilib?


Mənbəmizin fikrincə, Elvinin bir əsl günahı, təbii ki, Polis Akademiyasının məzunu olmasıdır. Bu məqsədi həyata keçirmək üçün bəhanəyə gəlincə, sən demə, Naxçıvan MR DİN-də hər il may ayının 1-dən avtomobillərə pərdə taxılmasına icazə verilirmiş. Polis leytenantı Elvin Ələsgərov da bu icazədən yararlanaraq öz şəxsi avtomobilinə pərdə taxıb. Babək RPİ-nin rəisi, Elvin Ələsgərov isə bunu əlində bəhanə edərək onun avtomobilini əsassız olaraq cərimə meydançasına qoydurub.

“Elvin Ələsgərov avtomobilini cərimə meydançasından çıxarmaq üçün 02.05.2022-ci il tarixdə Elgün Əliyevin qəbuluna gedib. Elgün Əliyev Elvin Ələsgərovu dinləmək istəməyib və Elvinin şəxsinə qarşı təqiramiz ifadələr, çox ağır küçə söyüşləri işlədib. Elvin Ələsgərov həmin söyüşlərin qarşısında səbrini boğub və bundan sonra atacağı addımlarla bağlı valideyni ilə məsləhətləşib. Elvinin atası İslam Ələsgərov məsələ ilə bağlı Naxçıvan DİN-in Kadrlar Şöbəsinin rəisi, poliskapitanı Rahin Əmirovun yanına gedib və Elgün Əliyevin niyə polis zabitinə qarşı tərbiyəsizlik etdiyini öyrənmək edib. İslam Ələsgərovun təkidi nəticəsində Elvinin avtomobili cərimə meydançasından çıxarılıb”, - mənbəmiz bildirilir.

Məlumatda həmçinin vurğulanır ki, idarə rəisi Elgün Əliyevin və idarə rəisinin müavini Elşən Bababyevin polisləri təhqir etməsi Babək rayonu Polis İdarəsinin gündəlik iş normasına çevrilib. İdarənin rəisi və müavini hətta sıra düzülüşləri zamanı şəxsi heyətlə söyüşlə danışır və onlara bildirirlər ki, “filan işi düzgün etməyən bele-belə olsun”.


“Bilirsiniz, bunun səbəbi nədir? Hər küçədən keçəni gətirib rəis, rəis müavini qoyanda nəticəsi də belə olar. Elgün Əliyev nə bilir polislik nədir. Elgün Əliyev sabiq nazir Əhməd Əhmədovun dövründə 10.000 manat rüşvət verərək polisə daxil olub. İndi isə Naxçıvan MR Daxili İşlər naziri, kollec məzunu Rəşad İsmayılov gətirib ağzının danışığını bilməyən bu adamı idarə rəisi qoyub. O da özünü Babək rayonunun şahənşahı sayaraq, önünə keçəni söyür”, -deyən mənbəmiz Elgün Əliyevin bu davranışının “Daxili İşlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” ilə daban-dabana zidd olduğunu vurğulayaraq, əlaqədar qurumlardan soruşur:

“Elgün Əliyev Azərbaycan Respublikası DİN-in 08.04.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş bu Kodeksin tələblərinə niyə əməl etmir? Bu tələbləri pozduğu üçün niyə cəzalandırılmır?”

Bilrildiyinə görə, təhqirə məruz qalan Elvin Ələsgərov 2020-ci ildə Azərbaycan Polis Akademiyasını bitirib Naxçıvan DİN-ə təyinat alan polis zabitlərindəndir: “Onun polis idarəsinin rəisi tərəfindən təhqir edilməsində bir sual doğur: əcaba Naxçıvandakı Polis Akdemiyası məzunlarından 3-cü qurban da Elvin Ələsgərovmu olacaq? Olmaya, Akademiya məzununa bu cür mənəvi təzyiq göstərən Naxçıvan DİN rəhbərliyi şüuraltı mesajlarla Elvin Ələsgərova çatdırmaq istəyir ki, ərizəni yaz, səni ləkələyərək işdən çıxaraq.

Qeyd edək ki, saytımız ötən il Azərbaycan Polis Akademiyasının məzunlarına qarşı aparılan repressiya hərəkətlərini ictimailəşdirdikdən sonra Naxçıvan MR DİN bizim cəzamızı polislərə kəsməyə qərar verib. Bundan sonra onlar öz ərizələri ilə işdən çıxa bilməzlər. İşdən çıxmaq istəyən polislərin şəxsi işinə ən yaxşı halda “işə yararsız” damğası vurulduqdan sonra onlar polis orqanlarından xaric olunurlar. Beləcə, həmin cəzalılar Azərbaycanın digər rayonlarında da öz peşələrinə uyğun vəzifə tapa bilmirlər. Görünür, polislərə Naxçıvan MR DİN-dəki özbaşınalıqların mediaya sızdırılmasının bədəlinin ağır olacağını göstərmək istəyirlər. Başa düşüləndir. Axı Naxçıvan “Gestapo” qaydaları ilə idarə olunur./Ovqat.com



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Naxçıvanda Orta İxtisas Polis Məktəbinə yeni rəis təyin edilib

    Naxçıvanda Orta İxtisas Polis Məktəbinə yeni rəis ...

    15-04-2019, 12:14

  • 
  • DİN-də yeni təyinatlar - Onların vəzifəsi artırıldı

    DİN-də yeni təyinatlar - Onların vəzifəsi ...

    11-02-2019, 14:44

  • 
  • Sumqayıtın polis rəisinin müavini işdən çıxarılıb - ƏMR

    Sumqayıtın polis rəisinin müavini işdən çıxarılıb ...

    15-03-2021, 11:37

  • 
  • Polis Naxçıvan sakinlərini kreditlərini ödəməyə məcbur edir

    Polis Naxçıvan sakinlərini kreditlərini ödəməyə ...

    15-09-2015, 16:35

  • 
  • Vilayət Eyvazovun qardaşı oğlu  rəis təyin edildi

    Vilayət Eyvazovun qardaşı oğlu rəis təyin edildi ...

    18-07-2013, 23:50


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu