GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Möhbalıyevin "menyu"sundan...

Möhbalıyevin "menyu"sundan...

Tarix: 12-05-2022, 12:10 Bölmə :GündəmXəbər / Manşet Baxış: 155

Səttar Möhbalıyevin rəhbərliyi ilə Azərbaycan Həmkarlar İttifaqları Şurasının və ümumilikdə həmkarlar ittifaqlarında struktur islahatlarının aparılması və yeni nizamnamənin hazırlanması məqsədilə təşkilat komissiyası yaradılmış və 1993-cü ilin fevralında AHİK-in təsis qurultayı keçirilmişdir. Təsis qurultayının iştirakçılarının yekdil təklif və səsi ilə S.Möhbalıyev AHİK-in sədri seçilmişdir.

Seçildiyi gündən bugünə qədər də S.Möhbalıyev AHİK-na rəhbərlik edir.
AHİK 16135 həmkarlar ittifaqı təşkilatını və təqribən 1121946 həmkarlar ittifaqı üzvünü əhatə edir.
Gumdemxeber.az dogruxeber.az-a istinadla bildirir ki, Həmkarlar İttifaqları Konfederasiyasının, onlarla müqavilə bağlayan idarə və təşkilatlarda işçinin əmək hüquqlarını qorumaq və bu kimi bir çox səlahiyyətləri var. AHİK ilə müqavilə bağlamaq qanunla könüllü olmasına baxmayaraq, bir çox dövlət idarələrində çalışan işçilər buna demək olar ki, məcbur edilir. Məsələn, bəzi təhsil işçilərinin özlərinin bizə bildirdiyinə görə, çox təhsil müəssisələrində hər ay müəllimlərin əmək haqqından AHİK üçün müəyyən məbləğ tutulur. Bundan imtina etmək istəyəndə isə, onu bir yol tapıb, fikrindən daşındırırlar. Həmkarlar ittifaqının onların hüquqlarını qorumalı olduğundan demək olar ki, bütün üzvlər məlumatsızdır. Çünki, onların belə bir fəaliyyətini görməyiblər. Ümumiyyətlə "Həmkarlar İttifaqı" dedikdə çoxlarının ağlına yalnız "putyovka" satışı gəlir ki, bu da səbəbsiz deyil.

Belə ki, etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Millət vəkili Səttar Möhbalıyevin eyni zamanda rəhbərlik etdiyi Həmkarlar İttifaqları Konfederasiyasının istər paytaxt Bakıda, istərsə də digər şəhər və rayonlarımızda ərazi üzrə nümayəndəlikləri fəaliyyət göstərir. O nümayəndəliklər isə onlarla çalışmaları üçün, ətraflarına könüllü üzvlər toplayırlar. Hansı ki, həmin üzvlərin heç bir sənəd üzərində qeydiyyatı yoxdur. Lakin, qurumun ərazi nümayəndəliyi tərəfindən, yuxarıda da qeyd etdiyimiz kimi heç yerdə qeydiyyatda olmayan vəsiqələr təqdim edilir və o vəsiqə ilə həmin könüllü üzvlər bütün idarə və təşkilatları, həmçinin ictimai iaşə obyektlərini qapı-qapı gəzib, Həmkarlar İttifaqları ilə müqavilə bağlamalarını təklif edirlər.
Qeyd edək ki, bu barədə məlumatlı olan sahibkarlara müqavilə təklif edilir, məlumatsız olanlara isə müqavilənin məcburi olduğunu bildirirlər. Məlumatsız sahibkarlar isə vergi, sosial və bu kimi xərclərinin onsuz da az olmadığı üçün, bir vasitə ilə bu işdən "sıyrılmağa" çalışır. Bu səbəbdən də Həmkarlar İttifaqının könüllü üzvü ilə öz aralarında razılığa gəlib, onların obyektini görməzdən gəlmələri üçün hər ay müəyyən məbləğ ödəməyə hazır olduqlarını bildirirlər.
Yeri gəlmişkən, könüllü üzvlər bunu özbaşına etmirlər. Çünki, daşıdıqları qondarma üzvlük vəsiqəsinə görə ərazi nümayəndəliyi onlardan hər ay 70-80 (yetmiş - səksən) AZN üzvlük haqqı tələb edir. Qeyd edək ki, həmin könüllü üzvlərin bir neçəsinin özlərindən aldığımız məlumata görə, bu ödəniş əvvəllər 50 (əlli) AZN olub, sonra artırılıb. Ümumiyyətlə aylıq ödənəcək üzvlük haqqı da standart deyil, adamına görə dəyişir. Ərazi nümayəndəliyi sədri xətrini istədiyi adamlara, yaxud qohumlarına ödənişdə müəyyən güzəşt edir.
Əslində, əlimizdə bu kimi faktlar, eyni zamanda Səttar Möhbalıyevə məxsus sanatoriya və istirahət mərkəzlərinin, həmçinin həmkarlar ittifaqının baha qiymətə satdığı putyovkalar əsasında istirahətə yollanan vətəndaşların həmin istirahət mərkəzində qarşılaşdığı köhnə, sovet hakimiyyəti illərindən qalma, bitli, iyrənc binaların görüntüləri kifayət qədərdir.
Bütün bunlar barəsində daha geniş təfərrüatları növbəti yayımlarımızda diqqətinizə çatdıracağıq.
Bu dəfə isə əsasən cənab Möhbalıyevin yüksək vəzifələri "zəbt edən" qohumluq əlaqələrini sizlərə tanıtmaq istədik.
Demək, Prezidentin sabiq köməkçisi, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi şöbəsinin keçmiş müavini Əli Həsənovun qudası olan Səttar Möhbalıyevin oğlu İsfəndiyar Möhbalıyev də Qaradağ rayon Polis İdarəsinin rəisi idi. Lakin, aldığımız məlumata görə Əli Həsənov korrupsiyaya görə vəzifəsindən azad edildikdən sonra, İsfəndiyar Möhbalıyev də vəzifədə "pillə-pillə kiçildi" və uzaqlaşdırıldı. Lakin, korrupsiyada adı hallanan qudasına rəğmən Səttar Möhbalıyev (hansısa yollarla) öz "postunu" qoruyub saxlamağı bacardı. Üstəlik, Ağstafa rayon İcra Hakimiyyətinin gənc başçısı Seymur Orucov da Səttar Möhbalıyevin bacısı oğludur və bu vəzifəyə gəlməsində Səttar dayısının əvəzsiz xidmətləri olduğu deyilir.
Qeyd edək ki, əvvəllər İqtisad Universitetində tələbə həmkarlar təşkilatının sədri olan S.Orucov, həm də adıçəkilən ali təhsil müəssisəsinin sabiq rektoru Şəmsəddin Hacıyevin kürəkənidir.Diqqətinizə çatdırırıq ki, nə Səttar Möhbalıyevin məmur kürsülərində əyləşən qohumluq əlaqələri, nə də rəhbərlik etdiyi Həmkarlar İttifaqları Konfederasiyasının əməlləri bunlarla bitmir. Növbəti yayımlarımızda bütün bunlar barəsində daha ətraflı məlumat, həmçinin qurumun baha qiymətə satdığı putyovka ilə göndəriş verdiyi bəzi istirahət mərkəzlərinin köhnə, çirkli "istirahət" otellərinin şəraitini təqdim edəcəyik. Yeri gəlmişkən, sadaladığımız və sadalamadığımız bütün faktları təsdiq edən materialları da sizlərlə bölüşəcəyik.

P.S: Yazıda qeyd etdiyimiz məlumatlarla bağlı qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə AHİN-nın rəsmi internet saytında qeyd edilən telefon nömrələri ilə əlaqə saxlamağa çalışdıq. Lakin, bir neçə dəfə cəhdlərimiz boşa çıxdı. Sonunda nəhayət ki, telefonlardan birinə cavab verildi. Zəngimizə cavab verən şəxs bildirdi ki, "Səlahiyyətli şəxslər tədbirə gediblər, günün ikinci yarısı zəng edin."Günün ikinci yarısı isə dəfələrlə zəng etdiyimizə baxmayaraq telefonların heç birinə cavab verilmədi.
Mövzuya qayıdacağıq.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudovun həyat yoldaşının səhhətində problem yaranıb

    Eldar Mahmudovun həyat yoldaşının səhhətində ...

    17-11-2015, 13:38

  • 
  • Səttar Mehbalıyevin səlahiyyət müddəti nə vaxt başa çatır?

    Səttar Mehbalıyevin səlahiyyət müddəti nə vaxt ...

    30-12-2013, 01:17

  • 
  • Səttar Mehbalıyev ailəsini ölkədən qaçırdıb? - İDDİA

    Səttar Mehbalıyev ailəsini ölkədən qaçırdıb? - ...

    17-09-2020, 15:54

  • 
  • Eldar Mahmudovun həyat yoldaşı işdən çıxıb

    Eldar Mahmudovun həyat yoldaşı işdən çıxıb ...

    24-11-2015, 18:34

  • 
  • Səttar Möhbalıyev deputatın qardaşına VƏZİFƏ VERDİ - ƏMR

    Səttar Möhbalıyev deputatın qardaşına VƏZİFƏ ...

    29-11-2021, 12:00


Təqvim

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Arxiv xəbərlər

May 2022 (431)
Aprel 2022 (646)
Mart 2022 (666)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu