GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Oğuzda kənd Bələdiyyəsinin sədri kimlərlə, nələrin mübarizəsini aparır – MÜRACİƏT

Oğuzda kənd Bələdiyyəsinin sədri kimlərlə, nələrin mübarizəsini aparır – MÜRACİƏT

Tarix: 20-05-2022, 17:04 Bölmə :GündəmXəbər / Manşet Baxış: 444

Oğuz rayon Filfilli kəndində daimi qeydiyyatda olan və yaşayan, hazırda Filfilli kənd Bələdiyyəsinin sədri olan Ağayev İlkin Yamən oğlu tərəfindən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, Baş nazir Əli Əsədova, Ədliyyə naziri  Fikrət Məmmədova, Baş Prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə, Dövlət Ekoloji Təhlükəsizlik İdarəsinə və digər aidiyyatı dövlət orqanlarına 2015-2022-ci illərdə Oğuz rayonun Filfilli kənd bələdiyyəsinin fəaliyyətinin və onlara qarşı tərtib edilən cərimə aktlarının nə dərəcədə reallığa uyğun olub,olmamasını hərtərəfli və obyektiv araşdırılmasına və hüquqi qiymət verilməsi ilə bağlı müraciət məktubu ünvanlanıb.


GundemXeber.Az aktualinfo.org-a istinadən Filfilli kənd Bələdiyyəsinin sədri İlkin Ağayevin sözügedən müraciət məktubunu olduğu kimi diqqətinizə çatdırır. O, yazır ki:

Məlumat üçün bildirmək istəyirəm ki, 2021-ci ilin sentyabr ayınadək Oğuz rayonun Filfilli  kənd ərazisində yerləşən “qala dağı” adlanan ərazidən 300-ə qədər müxtəlif diametrli fıstıq və fələs ağcları qanunsuz olaraq kəsilərək daşınmışdır. Biz, yerli bələdiyyə tərəfindən belə qanunsuz ağac kəsintilərinin qarşısının alınması və həmin ərazinin bələdiyyənin balansında olub,olmaması barədə sorğumuzu yuxarı orqanlara rəsmi məlumatlar vermişik.  Lakin təəssüflər olsun ki, rəsmi müraciətlərin indiyədək nəticəsi olmamışdır. Yalnız ETSN Qəbələ Regional Meşə Təsəsrrüfatı Mərkəzi tərəfindən bu yaxınlarda sözügedən əraziyə yerində baxış keçirilmədən bildirmişlər ki, “Qala dağı” adlanan yer dövlət meşə fonduna aid deyildir.  Lakin 2020-ci ildə həmin ərazidə kəsilən qanunsuz ağaclar müsadirə olunaraq  ZİL 131 markalı yük avtomobili ilə Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinə daşınmışdır. Mərkəzin rəhbəri cənab Alim Əlizadə yerli bələdiyyəyə bildirmişdir ki, “kəsilən ağaclar meşə fonduna aid olduğu üçün onları idarənin ərazisinə aparırıq”.

Xatırlatmaq yerinə düşərdi ki, hələ 2020-ci ilin əvvəlində rəsmi müraciətlər etdik ki, sözügedən ərazi ( “qala dağı”) yerli bələdiyyənin fonduna aid olub olmaması araşdırlsın və lazım olarsa təhvil-təslim aktı tərtib edilsin. Lakin rəsmi müraciətimizə aidiyyatı orqanlar tərəfindən heç bir cavab verilmədi. Hələ, 2018-ci ildə ETSN nazir müavini ( meşə təsərrüfatı üzrə) cənab Firdövsi Əliyev qonşu Sincan kəndində səyyar  görüş keçirən zaman biz sakinlər ərizə ilə müraciət etdik ki, bələdiyyə mülkiyyəti adı altında “qala dağı” adlanan ərazidəki meşələri qırıb satırlar, tədbir görülsün. Amma hələ də cavab verilməyib. Lakin o da məlum oldu ki, yerli meşə fondunun işçisi olan Seyidəliyev Bakıxan bu ərazidə kəsilən ağacları damqalayıbdır. ( ona məxsus möhürlər aşkarlandı) Bundan sonra yerli hüquq –mühafizə orqanları tərəfindən rəy verildi ki, həmin ərazi dövlət meşə fondu ərazisidir. Lakin ağac kəsənlər tapılmadı. Amma yerli əhalinin də əksəriyyəti çox yaxşı bilir ki, 2020-ci ilə qədər kütləvi ağac kəsintilərini bu ərazidə yerli bələdiyyə həyata keçirmişdir. Yəni, konkret olaraq yerli bələdiyyə sədri Akif Nəsirovun, qardaşı Yaqub Nəsirovun və havadarlarının köməkliyi ilə bu qanunsuz ağac kəsintiləri baş vermişdir. Xatırladaq ki, Filfilli kənd bələdiyyəsinin binası 2020-ci ilin yanvarın 17-dən 18-nə keçən gecə səhərə yaxın kənar müdaxilə ilə yandırılmışdır. Çünki həmin gün yeni seçilmiş bələdiyyə üzvlərinin yığıncağı olmuş və yeni sədr seçilmişdir. Bələdiyyə binası təbii qaz və elektriklə təchiz olunmamışdır. Müəmmalı yanğın zamanı prezidentlərin fotoportretləri, dövlət rəmzləri, möhür və bütün arxiv materialları məhv edilmişdir. FHN-nin Yanğından Mühafizə Bölüyünün verdiyi rəyə əsasən yanğın kənar müdaxilə nəticəsində baş vermişdir. İnzibati binanın tamamilə yanmsına baxmayaraq dəymiş ziyanın miqdarı qəsdən az göstərildiyinə görə cinayət işi başlanmamışdır. Lakin sənədləri araşdırdıqda məlum olur ki, 50 ha örüş sahəsi qanunsuz olaraq kənar fiziki şəxslərə satılmışdır. Həmin dövrdə bələdiyyənin gəlirləri kifayət qədər çox olsa da,  DSMF-yə külli-miqdarda, yəni 30 000 manat borcu yaranmışdır. Təkcə 2019-cu ilin 4-cü rübündə bələdiyyənin 15000 manat xalis gəlir əldə etmişdir. Hazırd da yerli sakinlərdən bəzilərinin pay torpaqlarını da 2020-ci ilədək bələdiyyə torpağ kimi başqa şəxslərə satıldığına görə yerli polis şikayətləri araşdırır. Onu da diqqətinizə çatdırmaq istərdim ki, 2015-2019-cu illər ərzində bələdiyyə tərəfindən tərtib olunmuş silinmə aktlarında qeyd edilən imzaların saxta olduğu üzə çımış və heç biri öz təsdiqini tapmamışdır. Yəni, 2015-2019-cu illər ərzində keçmiş bələdiyyə sədri tərəfindən törədilən qanusuz sənədlərin arxivdəcə məhv edilməsi( cinayətlərin yeni bələdiyyə tərəfindən üzə çıxmaması üçün) yalnız Akif Nəsirovun işinə yaraya bilərdi. Ona görə də bələdiyyə binasının qəsdən yandırılmasına əsaslı şübhələr hazırda gəldiyimiz sənəd saxtakarlığından qaynaqlana bilərdi. Hesab edirik ki, yanğın cinayətinin motivini araşdırmaq hüquq-mühafizə orqanları üçün o qədər də çətin olmaya bilər. Sabiq bələdiyyə sdəri Akif Nəsirov indi də vaxtilə “qala dağı” adlanan ərazidəki kəsdirib satdığı fıstıq və fələs ağaclarına görə bu il ETSN əməkdaşları ilə gizli sövdələşməsi nəticəsində indiki bələdiyyə heyətinə 16000 manat cərimə protokolu tərtib etdirmişdir ki, yenidən bələdiyyə sədri keçərək yerdə qalan qanunsuz hərəkətlərini davam etdirsin. Məsələ hazırda Oğuz rayon prokurorluğunda araşdırmadadır. Biz də bələdiyyə olaraq istər həmin ərazinin təhvil-təslimilə, istərsə də həmin ərazinin hansı quruma aid olub,olmaması barədə yazılı müraciətlərimizi yerli prokurorluğa təqdim etmişik. Budur. Hər gün kənd sakinləri onlara qarşı əvvəlki bələdiyyə sədrinin törətdiyi qanun pozuntularıilə bağlı müraciətlər edirlər. Bilmirik nə edək?

Odur ki, cənab Prezidentdən və baş prokuror cənab Kamran Əliyevdən  xahişimiz budur ki, 2015-2022-ci illərdə Oğuz rayonun Filfilli kənd bələdiyyəsinin fəaliyyətinin və bizə qarşı tərtib edilən cərimə aktlarının nə dərəcədə reallığa uyğun olub olmamasını hərtərəfli və obyektiv araşdırılmasına,  və hüquqi qiymət verilməsi üçün müraciətimizi şəxsi nəzarətinizə götürəsiniz. Əvvəlcədən təşəkkürlər.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qubada vətəndaşın başına necə oyun açdılar... - GİLEY

    Qubada vətəndaşın başına necə oyun açdılar... - ...

    6-07-2020, 11:59

  • 
  • Oğuzda bələdiyyə sədri keçmiş sədrin əməllərindən Prezidentə müraciət etdi

    Oğuzda bələdiyyə sədri keçmiş sədrin əməllərindən ...

    4-12-2020, 14:41

  • 
  • Nizami rayon Məhkəməsi ilə “YELO bank” vətəndaşın mənzilini əlindən bu yolla alırlar - GİLEY

    Nizami rayon Məhkəməsi ilə “YELO bank” vətəndaşın ...

    15-11-2021, 12:39

  • 
  • Ukrayna kökənli Azərbaycan vətəndaşı Prezidentdən KÖMƏK İSTƏDİ - Müraciət

    Ukrayna kökənli Azərbaycan vətəndaşı Prezidentdən ...

    2-10-2020, 16:31

  • 
  • Gürcüstanın Baş naziri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

    Gürcüstanın Baş naziri Azərbaycanın Birinci ...

    23-02-2017, 21:45


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu