GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Azergold” QSC ilə “LAB TEST” QSC-nin işbirliyindən şübhələnməmək olmur

“Azergold” QSC ilə “LAB TEST” QSC-nin işbirliyindən şübhələnməmək olmur

Tarix: 14-06-2022, 13:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 685

“Azergold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Daşkəsən rayonu Çovdar Filiz Emalı sahəsinin Adsorbsiya Desorbsiya Emalı zavodunda mövcud olan avadanlıqların ehtiyat hissələrinin satın alınması üzrə keçirilmiş tender müsabiqəsinə yekun vurulub və 09.06.2022-ci il tarixdə “LAB TEST” Qapalı Səhmdar Cəmiyyəti ilə 625 623.86 manat dəyərində satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulur.

Qeyd edək ki, “Azergold” Qapalı Səhmdar Cəmiyyəti 07.06.2022-ci il tarixdə isə “LAB TEST” Qapalı Səhmdar Cəmiyyəti ilə müxtəlif növ mal-materialların satın alınması üzrə 442 288.11  manat məbləğində satınalma müqaviləsinin bağlanılmasını açıqlamışdı.  Yəni iki gün ərzində 1 067 911 manatlıq müqavilə.

Açıq mənbələr üzərindən apardığımız araşdırmalar zamanı “LAB TEST” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət sferası barədə heç bir məlumat əldə edə bilmədik. Xatırlatmaq istərdik ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir. Amma bu QSC-nin sözügedən tenderlərdə qalib olarkən qanunda göstərilən tələblərə əməl olunub, olunmaması sual altındadır. Qeyd edək ki, Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LAB TEST” Qapalı Səhmdar Cəmiyyətinin 08.10.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, İBRAHİMPAŞA DADAŞOV, ev 52, m. 115, qanuni təmsilçisi kimi isə Sadıxov Anar Ramiz oğlu qeyd olunub. QSC-nin qanuni təmsilçisi kimi göstərilmiş Sadıxov Anar Ramiz oğlunun barəsində açıq mənbələr yazır ki, o, “Standard İnşurance” Sığorta Şirkətinin İdarə Heyətinin sədri vəzifəsində, həmçinin 11 ildən artıq bank sahəsində müxtəlif rəhbər vəzifələrdə calışıb. Məlum olduğu kimi “Standard İnşurance” Sığorta Şirkəti 2005 —  2008-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri olmuş Heydər Babayevə məxsus olub. Onu da qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2020-ci il mayın 19-da “Standard Insurance” sığorta şirkətinin lisenziyasını ləğv edib. Görünür Anar Sadıxov “Standard Insurance” sığorta şirkəti ləğv olunduqdan sonra biznes fəaliyyətinə başlayıb. Həm də pis başlamayıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından da göründüyü kimi  “LAB TEST” Qapalı Səhmdar Cəmiyyəti cəmi 1 il 8 aydır dövlət qeydiyyatına alınıb. Amma buna baxmayaraq artıq xeyli tenderlərin qalibi olub. Dövlət qeydiyyatına alındıqdan cəmi üç ay sonra ” Bakı Telefon Rabitəsi” MMC-nin keçirdiyi kotirovkaların qalibi olub. Altı ay sonra isə, yəni 18.06.2021-ci il tarixdə, “Azergold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən müxtəlif növ mal-materialların satın alınması üzrə keçirilmiş tenderin qalibi olub və nə az, nə də çox, düz 955 997.86 manat məbləğində dövlət sifarişi alıb. Bu isə o deməkdir ki, “Azergold” QSC ilə “LAB TEST” QSC arasında bir il ərzində ümumi olaraq 2 023 909 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

Dövlət qeydiyyatına alınmasının bir ili tamam olmamış “LAB TEST” Qapalı Səhmdar Cəmiyyəti Gəncə şəhər Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin təsərrüfat mallarının satın alınması üzrə keçirdiyi tenderin də qalibi olub və 116 702 manat məbləğində sifariş alıb.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi “LAB TEST” Qapalı Səhmdar Cəmiyyəti qısa bir müddət ərzində dəyəri yüz minlərlə ölçülən tenderlərin qalibi olub. Hətta 06.06.2022-ci il tarixdə ” DAŞKƏSƏN DƏMİR FİLİZ ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə abadlıq işləri üçün mal-materialların satın alınması üzrə 51 583.7 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Göründüyü kimi “LAB TEST” Qapalı Səhmdar Cəmiyyəti bir dövlət qurumu ilə elektrikli məişət avadanlıqlarının satın alınması üzrə, bir dövlət qurumu ilə təsərrüfat mallarının satın alınması üzrə, başqa bir dövlət qurumu ilə isə manometrlər və onun quraşdırılmasına lazım olan mal-materialların satın alınması üzrə satınalma müqaviləsi bağlayıb. Manometrlərin quraşdırılması demişkən, “LAB TEST” Qapalı Səhmdar Cəmiyyəti 72 810.06 manat dəyərində bu satınalma müqaviləsini “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə bağlayıb.

Bütün bu müqavilələr bağlanarkən heç bir sifarişçi “LAB TEST” Qapalı Səhmdar Cəmiyyətinin maddi texniki bazasını nəzərə almayıb. Həmçinin bu şirkətin müvafiq lisenziyası, əmək müqaviləsi ilə çalışan işçiləri, mühəndis heyəti və digər qanunla nəzərdə tutulan qaydaları nəzərə alınmayıb. Bir il ərzində onlarda tender və kotirovkaların qalibi olmuş QSC-nin ən azından bir veb-səhifəsi belə yoxdur ki, maddi-texniki bazası, imkanları barədə də hər hansı informasiya əldə edilsin.

GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə sədr təyin olunub- SƏRƏNCAM

    “Azərbaycan Televiziya və Radio Verilişləri” ...

    4-09-2019, 12:20

  • 
  • Metronun yeni rəhbəri iş başında

    Metronun yeni rəhbəri iş başında ...

    3-03-2014, 15:41

  • 
  • Prezidentdən AZAL, ADY və Bakı Metropoliteni ilə bağlı SƏRƏNCAM

    Prezidentdən AZAL, ADY və Bakı Metropoliteni ilə ...

    12-02-2021, 14:52

  • 
  • Büdcə vəsaiti narkotik cinayəti ilə ittiham olunan şəxsə etibar edilib? - Xətaidə tender maxinasiyası

    Büdcə vəsaiti narkotik cinayəti ilə ittiham ...

    31-05-2021, 13:04

  • 
  • “AzerGold” QSC ilə Türkiyə şirkətləri arasında texnoloji sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub

    “AzerGold” QSC ilə Türkiyə şirkətləri arasında ...

    31-03-2022, 21:27


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu