GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Süleyman Mikayılov görəsən hər il Elbrus Həsənovdan nə qədər “otkat” alır

Süleyman Mikayılov görəsən hər il Elbrus Həsənovdan nə qədər “otkat” alır

Tarix: 14-06-2022, 13:44 Bölmə :GündəmXəbər / Manşet Baxış: 609

Qaradağ rayonunun Lökbatan qəsəbəsində hər il yolların təmiri işləri aparılır. İlk baxışdan bunun təqdirəlayiq bir hal olduğunu düşünmək olar. Lakin sakinlər tərəfindən redaksiyamıza verilən məlumatlarda bu işlərin ancaq qəsəbənin mərkəzi küçələrində aparıldığı bildirilir, hər il eyni yollar təmir olunur, qəsəbənin yeni salınan məhəllərindəki küçələr isə baxımsız olaraq qalır, çoxsaylı şikayətlərə baxmayaraq asfaltlaşdırılmadığı söylənilir. Qəsəbənin abadlaşdırma, təmir -tikinti işlərinə birbaşa nəzarət edən Qaradağ rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən hər il yolların təmirinə külli miqdarda vəsait ayrılır və qeyd etdiyimiz kimi təmir işləri hər il eyni küçələrdə həyata keçirilir.

Gundemxeber.az aktualinfo.org-a istinadla bildirir ki, Qaradağ rayon İcra Hakimiyyətinin rəsmiləri isə Lökbatan qəsəbəsində hər il eyni küçələrdə aparılan təmir işlərini, bəzi məhəllərdə baxımsızlıqdan yaranmış xaos vəziyyəti görməzdən gəlirlər. Bütün bunları hamı gördüyü halda, rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov da görməzdən gəlir. Süleyman Mikayılovun bir neçə il bundan qabaq Aparatın Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə rəis təyin etiyi Namizəd İsmayılov isə bir neçə nəfərlə əlbir olub Lökbatanın abadlaşdırılmasına ayrılan dövlət vəsaitlərini satınalmalar yolu ilə kənarlaşdırmaqla məşğuldur. Təbii ki, təkbaşına deyil, Süleyman Mikayılovun göstərişləri əsasında. Əslində Namizəd İsmayılovun əlbir olduğu dediyimiz adamlar, elə Süleyman Mikayılovun adamlarıdı. Belə olmasa bir şirkətlə hər il Lokbatan qəsəbəsindəki eyni küçələri kim təmir edə bilər. Diqqət rəqəmlərə.

Yolların əsaslı təmir işlərinin satınalınması üzrə 09.06.2022-ci il tarixdə 720 146.68 manat, abadlıq işlərinin satın alınması üzrə 09.06.2022-ci il tarixdə 440 957.86 manat məbləğində satınalma müavilələri TƏMİR-TƏCHİZAT-4 ”  Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır ki, bu da ümumi olaraq 1 161 104 manat təşkil edir.

Qeyd edək ki, Qaradağ rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Tender Komissiyası nə yolların əsaslı təmir işlərinin satınalınması üzrə,  nə də abadlıq işlərinin satın alınması üzrə keçirmiş olduğu tenderlərin şərtlər toplusunda rayon ərazisində hansı küçədəki yolların təmir olunacağını və hansı küçədə abadlıq işlərinin aparılacağını açıq şəkildə göstərməmişdir. Xatırlatmaq istərdik ki, ötən il də Lökbatan qəsəbəsində abadlıq işlərinin aparılmasına külli miqdarda vəsit ayrılmışdı. Qəsəbədə abadlıq işlərinin aparılmasına bu il də külli miqdarda dövlət vəsaiti ayrılıb. Lakin sakinlərin bizə verdiyi məlumatlara görə yolların təmiri yenə də eyni küçədə, yəni ancaq mərkəzi küçədə aparılır. O cümlədən də abadlıq işlərinin aparılması işləri də. Axı mərkəzi küçələrdə ötən il abadlaşma, təmir işləri aparılmışdı. Yenidən bu küçələrin təmirinə zərurət var idimi?

Belə çıxır ki, ötən il təmir işləri keyfiyyətli aparılmadığından yollar yenə bərbad hala düşüb. Amma elə deyil. Ötən il təmir olunan yollarda və abadlaşdırılan məhəllələrdə indi kosmetik işlər aparılır. Nəticədə isə hər il eyni küçə və ərazini abadlaşdırmaq adı altında dövlətin külli miqdarda vəsaiti  təyinatından kənarlaşdırılır. Həm də bir şirkətin, “TƏMİR-TƏCHİZAT-4 ”  Məhdud Məsuliyyətli Cəmiyyətinin əli ilə. Gəlin indi Qaradağ rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən satınalmalar yolu ilə təmir və abadlaşdırma işləri üzrə sözügedən şirkətlə bağladığı digər satınalma müqavilələrinə  diqqət yetirək.

Abadlıq işlərinin görülməsi ilə bağlı mal-materialın satınalınması üzrə 03.08.2021-ci il tarixdə 61 644.38 manat, 11.08.2021-ci il tarixdə 70 569.9 manat məbləğində satınalma müavilələri “TƏMİR-TƏCHİZAT-4 ”  Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır ki, bu da ümumi olaraq 132 214 manat təşkil edir.

Abadlaşdırma işləri üzrə mal materialın alınması üzrə 74 632.78 manat, abadlaşdırma işləri üçün xususi geyim və yumşaq inventarın alınması üzrə 83 099.38 manat, yolların əsaslı təmiri üzrə 893 034.21  manat məbləğində satınalma müaviləsi 03.06.2020-ci il tarixdə “TƏMİR-TƏCHİZAT-4 ”  Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır ki, bu da ümumi olaraq 1 050 766 manat təşkil edir.

Göründüyü kimi, Qaradağ rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi  son üç il ərzidə Lökbatan qəsəbəsinin abadlaşdırılması və yolların təmiri məqsədi ilə təkcə “TƏMİR-TƏCHİZAT-4 ” MMC-ilə  2 344 084 manat məbləğində vəsait xərcləyib.

Qeyd edək ki, Qaradağ rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2021-ci ildə yolların əsaslı təmiri işlərinin satınalınması üzrə “EMV GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ümumi olaraq 889 254 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Abadlıq işlərinin satınalınması üzrə isə 2021-ci ildə “TEXNOMAKS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ümumi olaraq 719 666 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Amma Lökbatan qəsəbəsinə qısa bir media tur təşkil olunsa bu abadlıq işlərini görə bilərikmi? Qəsəbənin mərkəzi küçələrində aparılan kosmetik təmir işlərindən başqa heç bir abadlaşdırmadan söhbət gedə bilməz.

Qeyd edək ki, Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TƏMİR-TƏCHİZAT-4 ” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində 27.12.2018-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir.Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, H.Z.TAĞIYEV, ev 13, qanuni təmsilçisinin isə Həsənov Elburus Məmməd oğlu  olduğu göstərilir.

Burada müəmmalı bir məqamı diqqətinizə xüsusilə çatdırmaq istərdik. Belə ki, Akualinfo.org-un 23.06.2021-ci ildə Qaradağ rayonunun Lökbatan qəsəbəsində yolların təmiri işləri aparılması ilə bağlı yaydığı məqalədə yuxarıda qeyd etdiyimiz kimi “TƏMİR-TƏCHİZAT-4 ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2018-ci ildə dövlət qeydiyyatına alındığı göstərilirdi. Amma indi isə MMC-nin həm dövlət qeydiyyatına alındığı tarix, həm də hüquqi ünvanı dəyişdirilib və aşağıdakı kimidir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TƏMİR-TƏCHİZAT-4 ” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin  Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 04.05.2005-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir.Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, AĞA NEMƏTULLA, ev 50A, m. 2, qanuni təmsilçisinin isə Həsənov Elburus Məmməd oğlu  olduğu göstərilir.

Göründüyü kimi Qaradağ rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi son illər təkcə abadlaşdırma və yolların təmiri işlərinə külli miqdarda dövlət vəsaiti ayırıb. Amma tenderin şərtlər toplusunda abadlıq işlərin hansı məhəllərdə, yolların hansı küçələrdə təmir olunacağı göstərilməyib.Bu isə o deməkdir ki, hər il eyni bir yol təmir edilir, eyni bir neçə məhəllə və küçələr kosmetik şəkildə abadlışdırılır. Ayrılan vəsaitlərin böyük hissəsi isə bəlli olmayan istiqamətlərə gedir.

Qeyd edək ki, Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Namizəd İsmayılov sözügedən vəzifəyə təyin olunana qədər Lökbatan qəsəbə Bələdiyyəsinin sədri olub. Yəni qəsəbəni yaxşı tanışıyır. Bu günə qədər qəsəbədə hektarlarla torpaq satdıqdan sonra Süleyman Mikayılovun xeyir-duası ilə Birliyiə rəis təyin olunub. İndi isə birləşərək Lökbatan qəsəbəsinin abadlaşdırılması barədə süni görüntülər yaradırlar. “TƏMİR-TƏCHİZAT-4 ” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Elbrus Həsənov isə bu görüntülərdən onlara “otkat” qaytarır. Qədəri bir gün üzə çıxacaq. İmişli rayonun hazırda həbsdə olan keçmiş İcra başçısının məhkəməsində olduğu kimi. Xatırladaq ki, məhkəmədə bir neçə şirkət rəhbərləri Vilyam Hacıyevin üzünə duraraq tenderlərdən milyonlarla manat “otkat” qaytardıqlarını iddi edirdilər.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qaradağ İcra Hakimiyyətinin bir addımlığında olan “zibil poliqon”u -FOTOLAR

    Qaradağ İcra Hakimiyyətinin bir addımlığında olan ...

    30-09-2015, 14:41

  • 
  • Qaradağın icra başçısı cəzalandırıldı

    Qaradağın icra başçısı cəzalandırıldı ...

    24-03-2020, 17:22

  • 
  • Bakıda icra hakimiyyətinin əməkdaşı iş vaxtı öldü

    Bakıda icra hakimiyyətinin əməkdaşı iş vaxtı öldü ...

    5-09-2019, 13:47

  • 
  • Xətai rayonunda küçələr sakinlərin pulu ilə təmir edilir? - FOTO

    Xətai rayonunda küçələr sakinlərin pulu ilə təmir ...

    13-05-2022, 17:30

  • 
  • Kəbədə təmir işləri davam edir

    Kəbədə təmir işləri davam edir ...

    23-12-2013, 03:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (266)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
ganhe prêmios no BetBoom cassino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu