GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Azərbaycandakı sirli Rusiya bankı: O nə iş görür?.. - İLGİNC

Azərbaycandakı sirli Rusiya bankı: O nə iş görür?.. - İLGİNC

Tarix: 22-06-2022, 12:45 Bölmə :GündəmXəbər / Manşet Baxış: 240

Xəbər verdiyimiz kimi, sanksiyalara məruz qalan Rusiyanın “VTB Bank”ı Gürcüstan bazarını tərk edib.

Bankın rəhbəri Andrey Kostin VTB-nin Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Çin və Hindistanda qalmaqda davam etdiyini açıqlayıb: “Bizim mövqeyimiz prinsipialdır, biz hər yerdə qalırıq. Bu ölkələrdə biznesimizin inkişafı üçün perspektivlər görürük. Biz yalnız Gürcüstandan gedirik, bu ölkədə vəziyyət bir qədər başqadır”.

Zərərdə olan bankların sayı açıqlananda “VTB Bank” (Azərbaycan) ASC-nin mənfəətsiz fəaliyyəti diqqətdən qaçmayıb. Sözügedən bank zərərini ehtiyatları hesabına kompensasiya etməklə mənfəətsizliyini ört-basdır etməyə çalışıb. Analitiklər dəfələrlə əmanətçilərə bu banka vəsait yerləşdirərkən ehtiyatlı olmağa səsləyib. Gundemxeber.az  xəbər verir ki, bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Teleqraf.com-a bildirib ki, “VTB Bank”ın Gürcüstanda indiyə kimi qalmasının özü təəccüblüdür.

Hüquqşünas deyir Rusiyanın Gürcüstan ərazisini işğal etməsi heç kəsə sirr deyil: “Hazırda sözügedən bank Rusiyanın hərbi müttəfiqlərinin - Ermənistan, Belarus, Qazaxıstan ərazisində fəaliyyət göstərir. Hər üç dövlət Kollektiv Təhlükəsizlik Şurasının (ODKB) üzvüdür.

Bu ilin fevral ayında Rusiya ilə Azərbaycan arasında Qarşılıqlı Müttəfiqlik haqqında Bəyannamə imzalandı. Rusiyanın Hindistanla da sıx münasibəti var. Amma 2008-ci ildən Gürcüstanla Rusiya müharibə şəraitindədir. Hamıya bəllidir ki, Abxaziya və Cənubi Osetiya Rusiya tərəfindən işğal olunub. Yumşaq formada desək, Rusiya Gürcüstanın ərazisində olan separatçılara dəstək verib, onları formal olaraq tanıyıb. Buna görə də bu bankın Gürcüstanda indiyə kimi qalması təəccüblüdür.

Ətraflı
Təsəvvür edin ki, Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanın ölkəmizdə bankı var. Əlbəttə, bu, mümkün deyil. 2014-cü ildə Rusiya Krımı işğal edəndən sonra Ukraynada fəaliyyət göstərən bütün rus bankları, o cümlədən “VTB Bank” da getdi.

Bu bank Gürcüstanda Azərbaycandan da əvvəl fəaliyyət göstərib. “VTB Bank” Azərbaycana faktiki 2007-ci ilin sonu, amma formal olaraq 2009-cu ildə gəlib. Xatırladım ki, Azərbaycan “VTB Bank”ı formal olaraq ölkəyə buraxmırdı. Bunun da səbəbi VTB Ermənistanın Qarabağda filialının olması idi. Buna görə də bu bankın ölkəmizdə fəaliyyətinə icazə vermirdilər. Qarabağdakı filialı bağlanandan sonra “VTB Bank” Azərbaycana gələ bildi”.

Əkrəm Həsənov Rusiya üçün hazırda sanksiyalar dövrü olduğuna diqqət çəkib: “VTB sanksiyalar altına düşən bankdır. Gürcüstan başda olmaqla bu bank fəaliyyət göstərdiyi bütün ölkələrdə iflic olub. Gürcüstan axır ki, bu bankın ölkədə fəaliyyətinə imkan vermədi.

Məsələnin digər tərəfi “VTB Bank”ın sırf iqtisadi subyekt olmamasıdır. Bu bank Rusiya dövlətinə məxsusdur və ölkənin xüsusi xidmət orqanları tərəfindən idarə olunur. VTB iqtisadi cəhətdən səmərəsiz və tam mənfəətsiz bir bankdır. Rusiyanın özü başqa olmaqla fəaliyyət göstərdiyi bütün ölkələrdə bu bank qazanc gətirmir. Ən korrupsion banklardan hesab olunur. Burada sadəcə oğurluq var, yem yeridir. Bankın xarici ölkələrdə hansı məqsədlər üçün fəaliyyət göstərməsi də özünə bəllidir”.

İqtisadçı bankın Azərbaycanda bağlanmasını gözləmir: “Onsuz da bu bank ölkəmizdə heç vaxt səmərəli olmayıb. Xüsusilə sanksiyalar altında olduğu hazırkı məqamda gəlirdən danışmaq yersizdir. Sadəcə Rusiyanın siyasi amalları üçün qalıb və “Biz burda da varıq”, “nəsə fəaliyyət göstəririk” görüntüsü var. Bankın işçiləri də boş-boşuna gəlib-gedirlər. Böyük ehtimalla bu bank Azərbaycanda bağlanmayacaq”.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Bank VTB" Şuşa qəhrəmanının ailəsini aldadıb - Bank isə deyir ki...

    "Bank VTB" Şuşa qəhrəmanının ailəsini ...

    18-11-2020, 13:48

  • 
  • Rusiyanın Azərbaycandakı bankı bağlanır? - VTB AĞIR DURUMDA

    Rusiyanın Azərbaycandakı bankı bağlanır? - VTB ...

    6-04-2021, 13:40

  • 
  • BANK SEKTORUNUN “QƏHRƏMANI” MƏLUM OLDU – “VTB Bank (Azərbaycan)” 250 milyondan çox zərər edib

    BANK SEKTORUNUN “QƏHRƏMANI” MƏLUM OLDU – “VTB ...

    1-02-2019, 16:49

  • 
  • Rusiyanın dövlət bankı ABŞ-ı tərk etdi

    Rusiyanın dövlət bankı ABŞ-ı tərk etdi ...

    3-09-2018, 20:45

  • 
  • “VTB Bank Azərbaycan” heç cür “qara zolaqdan” çıxa bilmir - 257 milyon manat ziyandadır

    “VTB Bank Azərbaycan” heç cür “qara zolaqdan” ...

    24-07-2019, 19:50


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu