GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Hakim üstümə qışqırıb, danışmağa imkan vermirdi..." - GİLEY

"Hakim üstümə qışqırıb, danışmağa imkan vermirdi..." - GİLEY

Tarix: 25-06-2022, 15:05 Bölmə :GündəmXəbər / Manşet Baxış: 385

Gundemxeber.az xəbər verir ki, İsmayıllı rayonu, Lahıc qəsəbə sakinləri Səmədov Dəyanət Səməndər oğlu, Səmədova Tamara Bəşir qızı, Səmədov Ədalət Səməndər oğlu və Səmədova Xoşqədəm Səməndər qızı "AzPolitika.info"ya müraciətlərində bildiriblər ki, Əlizadə İradə Ağaməşədi qızı və Səmədova Səbinə Ləyaqət qızı onlardan İsmayıllı Rayon Məhkəməsinə şikayət ediblər.

"İddiaçılar şərəf və ləyaqətin müdafiəsi və dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edirlər. İddia olunur ki, biz guya onların ünvanlarına tərbiyəsiz söyüşlər səsləndirmişik, buna görə məhkəmə bizi 1000 manat maddi zərər, 20000 manat isə mənəvi zərərin əvəzi olaraq cərimələməlidir. İsmayıllı Rayon Məhkəməsinin 30.11.2021-ci il tarixli qətnaməsilə iddiaçıların bu tələbləri qismən təmin edilib və anam Səmədova Tamara Bəşir qızından 2 min 30 manat 40 qəpik, məndən isə 455 manat məbləğində pul tutulub” -deyə, müraciətdə bildirilir.
Müraciətdə qeyd olunur ki, məhkəmə bu məbləğin tutulmasını iş materialında yer alan texniki araşdırma və qiymətləndirmə rəyi ilə əsaslandırıb: “Ancaq bizim mütəxəssis rəyinin alınması qərarından xəbərimiz olmayıb. Rəyə əsasən, əmlaka dəymiş ziyan iddiaçıların təqdim etdiyi CD-yə baxaraq qərar qəbul edilib. Belə olan halda mütəxəssis hansı əmlakın hansı dərəcədə xəsarət görməsini, onun təyinatına uyğun istismar funksiyasının hansı dərəcədə olmasını necə müəyyən edə bilərdi? Məhkəmənin iddiaçıların tələbi üzrə qəbul etdiyi mənəvi ziyanla bağlı olan hissəsi də tamamilə qeyri-qanunidir”.
Şikayətçilər bildirirlər ki, məhkəmə qəbul etdiyi qətnamədə mənəvi ziyan tutmasını onunla əsaslandırıb ki, Səmədov Dəyanət və Səmədova Tamara tərəfindən iddiaçı barəsində istər sosial şəbəkələrdə, istər dövlət orqanlarına yazılan şikayət ərizələrində göstərilən məlumatlar cəmiyyət arasında yayılmış, həmin məlumatlar iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar kimi müəyyən edilib:
“Məhkəmə sosial şəbəkə dedikdə "lahıç_qədimçayevi" instagram profilində olan məlumatları nəzərdə tutub. Həmin profildə müəyyən qaydada sərf edilən sözlərin bizə aid olmasını bildirib. Məhkəmə necə müəyyən edərək belə qənaətə gəlmişdir ki, "lahıç_qadimçayevi" adlı sosial şəbəkə hesabından iddiaçılar barədə yazılan sözlər məhz bizə aid sözlərdir.
İş materialında həmin sosial şəbəkə profilinin bizə aid olması barədə hər hansı bir sübut yer almamışdır. Onu da nəzərinizə çatdırım ki, məhkəmə zalında öz fikrimi bildirdiyim zaman məhkəmənin hakimi üzərimə qışqıraraq sözümü kəsir, fikrimi izah etməyə icazə vermirdi. Öz mövqeyindən istifadə edərək cavabdeh tərəf olaraq bizə təzyiq edirdi. Bunları məhkəmənin iclas zalında yerləşən kameralar qeydə alıb”.
Müraciətə əlavə edilib ki, İsmayıllı Rayon Məhkəməsində şikayətçilərə qarşı maddi və mənəvi ziyanla bağlı iddia irəli sürən Əlizadə İradə Ağaməşədi qızı əvvəlcədən onların yaşadığı mənzilə gələrək, fiziki təzyiq göstərib və söyüş söyüb: “Onlar görüntüləri qeydə alan kameraları sındırmağa çalışıblar. Həmin an biz onların söyüş və təzyiqlərinin qarşısını almaq istəyərkən, bu hərəkətləri bizim ona qarşı təzyiq etməyimiz kimi göstərərək bizi məhkəməyə veriblər.
Ətraflı
Müraciətdə bildirilir ki, Əlizadə İradə Ağaməşədi qızı Səmədov Dəyanət Səməndər oğlunun Lahıc qəsəbəsində işlətdiyi çay evinə naməlum insanlar göndərərək onu təhdid etdirir: “Bu bizim ailə üzvlərimizi psixoloji basqı altında saxlamaq deməkdir. Ə. İradə hələ məhkəmə zamanı hakim İlqar Hüseynovun yanında bildirmişdi ki, bizim həyatımızı qaraldacaq. Bundan sonra bizim işlətdiyimiz çay evinə özünü şübhəli aparan şəxslər göndərmişdir”.
Şikayətçilər iddia edirlər ki, hazırda irəli sürdükləri faktlarla bağlı əllərində kifayət qədər sübut materialları var: “İradə Əlizadə və qızı Səbinə bizim yaşadığımız evin kameralarını sındırmağa gəldikləri zaman evin divarını təşkil edən çay daşlarının arasına gizli bükümlər qoymuşdular. Daha sonra kameraların onu çəkdiyini gördüyü üçün özü qapıda keşik çəkmiş və keçmiş həyat yoldaşı Ləyaqət Səmədov həmin bükümləri oradan götürmüşdü. Mən hesab etmişdim ki, onun divara qoyduğu həmin bükümlər narkotik maddədir. Bütün bunlar kamera görüntülərində öz əksini tapıb. Onu da qeyd edək ki, Əlizadə İradə Məşədi qızı prokurorluq orqanlarında fəaliyyət göstərən Vüsalə adlı şəxs tərəfindən himayə olunur. Bu səbəbdən bizim Ə. İradə barəsində müxtəlif orqanlara etdiyimiz şikayətlər nəticəsiz qalır”.
Şikayətçilər qeyd edirlər ki, İsmayıllı Rayon Məhkəməsinin 04.05.2022-ci il tarixli icra sənədinə əsasən, ona və ailə üzvlərinə Lahıc qəsəbəsi, Ə. Bayramov küçəsi 14 A saylı evdən tələbkar Səmədova Səbinə Ləyaqət qızının istifadəsinə maneçiliyə son qoyulması və evin qarşısında quraşdırılmış kameranın sökülməsi tələbi qoyulub: "Sözgedən ünvanda yerləşən evin Səmədova Səbinə Ləyaqət qızı və qeyrilərinə qarşı “Çıxarış”ın və bağışlama müqaviləsinin ləğvi barədə qaldırdığımız iddia yerli məhkəmə tərəfindən baxışa təyin olunub. Mən bunu əsas gətirərək icra şöbəsinə icra sənədinin icraatının dayandırılmasını xahiş etmişəm. Həmçinin bu barədə teleqramla Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi İlqar Cəfərova məlumat vermişəm. Lakin icra şöbəsinin əməkdaşları buna məhəl qoymadan 21.06.2022-ci il tarixdə yaşadığım ünvana gələrək icra protokollarını icra edəcəklərini bildiriblər. Həmçinin heç bir rəsmi məktub olmadan icra hərəkətləri ilə bağlı Lahıc qəsəbəsinə verilən elektrik cərəyanını şəbəkədən bir neçə saat ayırıblar".
Şikayətçilər aidiyyatı dövlət qurumlarından xahiş edirlər ki, İsmayıllı Rayon Məhkəməsinin 04.05.2022-ci il tarixli icra sənədinin icrası dayandırılısın, habelə icra şöbəsinin qanunsuzluğa yol vermiş əməkdaşları məsuliyyətə cəlb edilsinlər.


Gundemxeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təranə anası və qızı ilə istirahətdə

    Təranə anası və qızı ilə istirahətdə ...

    17-04-2017, 10:43

  • 
  • İsmayıllıda qarşıdurma yarandı – polis xəstəxananı nəzarətə götürüb

    İsmayıllıda qarşıdurma yarandı – polis ...

    28-06-2013, 13:16

  • 
  • İTV: İsmayıl Ömərovun xeyli sayda qohumu televiziyada çalışıb

    İTV: İsmayıl Ömərovun xeyli sayda qohumu ...

    28-01-2014, 12:02

  • 
  • İTV-dən İsmayıl Ömərov açıqlaması: "Xeyli qohumu..."

    İTV-dən İsmayıl Ömərov açıqlaması: "Xeyli ...

    28-01-2014, 13:09

  • 
  • Təranə Səmədova: "Həmin insanların layiq olduğu yer zibillikdir..."

    Təranə Səmədova: "Həmin insanların layiq ...

    1-04-2017, 17:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu