GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Cahangir Əsgərovun “uzun əlləri”...

Cahangir Əsgərovun “uzun əlləri”...

Tarix: 8-07-2022, 17:22 Bölmə :GündəmXəbər / Manşet Baxış: 357


Və yaxud 500 manata Gürcüstana yas yerinə getmək...


Sosial platformada AZAL-ın xeyrinə bir ifadə görmək olmur. Hamı tənqid edir. Şirkətin inhisar siyasəti insanları boğaza yığıb. Yaxın ölkələrə belə, dəyərindən bir neçə dəfə baha bilet almaq lazım gəlir.

Gundemxeber.az bizimyol.info-ya istinadla xəbər verir ki, “Buta” loukoster kimi fəaliyyətə başlayanda səyahətsevərlər çox ümidlənmişdi. Bir tərəfə 29 avrodan biletlər reklam olunurdu. Azacıq keçəndən sonra məlum oldu ki, hamısı nağıldır. Ucuz biletlər yoxa çıxdı. AZAL bütün pəncərələri yavaş-yavaş tıxamağa başladı.

Tənqidlərin sayı-hesabı yoxdur. AZAL-ın sosial platformadakı səhifələrinə yazılanları oxumaq kifayətdir. Camaat o qədər bezib ki, hətta qarğış yazırlar. Xaricdə işləyənlər yaxınlarını görmək üçün vətənə qayıda bilmir. Türkiyədə təhsil alan tələbələr əvvəlcə Naxçıvana, sonra İğdıra gedir, oradan İstanbula yola düşürdü. AZAL bunun da qarşısını aldı. Sədərək sərhəd-buraxılış məntəqəsi bağlandı. Son günlər Türkiyə tərəfə keçməyə imkan tapanlara geriyə bu yolla qayıtmamaq tovsiyə olunur.

AZAL yeni reallıq yaradıb. Gürcüstanda doğulub Azərbaycanda yaşayırsınızsa, ora qohumlardan birinin yasına gedirsinizsə, biletə azı 500 manat verməlisiniz. Məsələn, 4 nəfərlik ailənin xərcləri 2000 manatdan çox edir. Halbuki şəxsi avtomobillə gedəndə benzinə uzağı 60-70 manat çıxar. Təxminən 30 dəfə fərqdən söhbət gedir.

Səyahətsevərlər Gürcüstanla quru sərhədlərin açılmasını daha çox arzulayır. Çünki Tbilisidən, Kutaisidən Avropaya uçmaq üçün geniş imkan var. Qonşu ölkədə köhnə qitəyə 50-60 manata biletlər təklif edirlər. AZAL-ın ümidinə qalsaq, gərək onda evdə hər kəsə 1000 manatdan baha bilet alınsın. Ailəvi istirahət tam mümkünsüz görünür.

Gürcüstana biletlərin qiymətlərinə nəzər yetiririk. İyulda qonşu ölkəyə gedib-gəlmək 650 dollardan ucuz deyil. İndidən avqusta səfər planlaşdırsaq, pula bir az qənaət edə bilərik. Amma niyə bir şirkət ölkə vətəndaşlarını açıq-aşkar soymalıdır? Nə üçün onlara qarşı belə saymazlıq nümayiş olunur? Tənqidlər artdıqca sanki AZAL da acığa düşür. Keçən ay Gürcüstana biletlər heç bu qədər baha deyildi. AZAL sanki bilərəkdən belə siyasət yürüdür. İnsanlarla çarəsizlik sindromu formalaşdırılır.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cahangir Əsgərov AZAL-da kimə daha çox pul verir?

    Cahangir Əsgərov AZAL-da kimə daha çox pul verir? ...

    12-11-2013, 15:01

  • 
  • AZAL-da bilet biabırçılığı: bir ay əvvəl bilet aldı, amma...

    AZAL-da bilet biabırçılığı: bir ay əvvəl bilet ...

    30-07-2017, 21:31

  • 
  • AZAL şefi necə milyonları qazanır, AZAL-sa müflisləşir... - İDDİA

    AZAL şefi necə milyonları qazanır, AZAL-sa ...

    17-02-2021, 16:08

  • 
  • Cahangir Əsgərov da işdən çıxarılır: - AZAL-ın bazasında hansı qurum yaradılacaq?

    Cahangir Əsgərov da işdən çıxarılır: - AZAL-ın ...

    10-02-2022, 16:54

  • 
  • AZAL sərnişinlərə bilet alışı ilə bağlı müraciət edib

    AZAL sərnişinlərə bilet alışı ilə bağlı müraciət ...

    27-06-2020, 09:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (493)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu