GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Naxçıvan Xanından GERİYƏ ADDIM: Günahlarını etiraf edir... - NƏ BAŞ VERİR?

Naxçıvan Xanından GERİYƏ ADDIM: Günahlarını etiraf edir... - NƏ BAŞ VERİR?

Tarix: 8-07-2022, 17:13 Bölmə :GündəmXəbər / Manşet Baxış: 370

Ötən gün Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov “Araz” Elm-İstehsalat Birliyinin təcrübə təsərrüfatında Muxtar Respublikada taxılçılığın inkişafı və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirib. Ali Məclisin sədri müşavirədə olduqca mühüm etiraflarda bulunub.

“Ali rəhbər” bildirib ki, 2022-ci ildə Naxçıvan şəhərində 16, Şərur rayonunda 1302, Babək rayonunda 728, Ordubad rayonunda 55, Culfa rayonunda 1949, Kəngərli rayonunda 3508, Şahbuz rayonunda 294, Sədərək rayonunda 421 hektar olmaqla, ümumilikdə 8273 hektar əkinəyararlı torpaqda əkin aparılmayıb: “Bunun da 4230 hektarı bələdiyyə, 1336 hektarı dövlət, 2707 hektarı isə xüsusi mülkiyyətdə olan torpaqlardır. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti verilmiş tapşırıqların icrasını diqqətdə saxlamalı, görülən işlərin nəticəsi barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat verməlidir”, - deyə cənab sədr bildirib.

O, həmçinin Naxçıvanda taxılın məhsuldarlığının da aşağı düşdüyünü vurğulayaraq deyib:
“Görülən işlərə baxmayaraq taxılçılıq sahəsində məhsuldarlığa tam nail olunmayıb. Xüsusən aqrotexniki qaydalara ciddi əməl edilmir. Nəticədə məhsuldarlıq aşağı düşür. Bunların da qarşısı alınmalıdır”.
Naxçıvandakı mənbəmizin bildirdiyinə görə, Vasif Talıbov məhsuldarlığın aşağı düşməsinin və xeyli miqdarda əkin sahəsinin becərilməməsinin günahını başqasının boynuna qoymağa çalışsa da, əslində bu problem onun özünün yürütdüyü yanlış siyasətin nəticəsidir: “Vasif Talıbov Naxçıvanda məhsuldarlığın aşağı düşməsindən və əkinə yararlı torpaq sahələrinin becərilməməsindən danışsa da, nədənsə bunun əsl səbəbini ictimaiyyətdən gizlədir. Həmin müşavirədə iştirak edənlərdən heç biri isə cəsarət edib ona deyə bilmirlər ki, qibleyi-aləm, axı, bütün bu problemlərin əsl səbəbi Naxçıvanın su ehtiyatından düzgün istifadə olunmamasıdır. Bunun bir günahkarı var, o da siz həzrətləridir”.

Mənbəmizin bildirdiyinə inansaq, Naxçıvan əkinə yararlı torpaq sahəsi baxımından ümumrespublika göstəricilərindən xeyli geri qalır: “Azərbaycanda əkinə yararlı torpaq sahəsi ümumi torpaq fondunun 40%-ni təşkil edirsə, Naxçıvanda bu göstərici 29.9%-dir. Bundan əlavə, Naxçıvanın ciddi su problemləri də var. Bölgə sərt kontinental iqlimə malik olduğundan burda buxarlanma səth axınından 3 dəfə çoxdur. Üstəlik, Naxçıvanın yağmur baxımından da bəxti gətirməyib. Bütün bunlar isə Muxtar Respublikada xüsusi aqro-texniki, meliorasiya tədbirləri həyata keçirməyi tələb edir”.

Həmsöhbətimizin bildirdiyinə görə, Naxçıvanda su qıtlığının qarşısını almaq üçün hələ sovet hakimiyyəti illərində onlarla su anbarı salınmışdı. Naxçıvanın torpaq sahələrinin əksər hissəsi məhz bu su anbarlarının sayəsində suvarılırdı. İndisə o süni göllər baxımsızlıq ucbatından yararsız hala düşüb, bəzilərindən isə təyinatı üzrə istifadə olunmur. Məsələn, Sovet hakimiyyəti illərində Naxçıvan şəhərinin əsas su mənbəyi Uzunoba gölü idi. 2005-ci ildə Vayxır su anbarı istifadəyə veriləndən sonra Uzunoba plyaja çevrildi. Halbuki bu göl Naxçıvan şəhərini su ilə təchiz etməklə yanaşı, 1730 ha torpaq sahəsini suvarmaq üçün tikilmişdi. Plyaja çevrildikdən sonra həmin göldən nəinki içmək, heç suvarma üçün də istifadə olunmadı.

Babək rayonunun digər böyük su anbarı Sirab gölüdür. Sirab gölü də bu gün nasaz vəziyyətə düşüb. Artıq ondan kənd təsərrüfatı sahələrinin suvarılması üçün istifadə olunmur. Anbarın suvardığı 2700 hektarlıq sahə də yeni su mənbəyinə möhtac hala düşüb. Alternativ mənbə isə Vayxır su anbarıdır ki, Naxçıvan hakimiyyəti onun da imkanlarından maksimum istifadə etmir, edə də bilməz. Çünki Naxçıvan şəhərini içməli su ilə təchiz edən bu göldə suyun azalmasına imkan vermək olmaz. Əks halda, ilin quraq keçəcəyi təqdirdə Naxçıvan şəhər əhalisinin su təchizatında böyük problem yarana bilər.

Batabat göllərinin vəziyyəti də qənaət bəxş deyil. 3 göldən ikisinin bəndi xarab olub və onlardan su götürmək imkansız hala gəlib.

Məhz bu səbəblərdən də camaat öz torpaq sahələrini əkib-becərə bilmirlər. Su qıtlığının yaşandığı məmləkətdə məhsuldarlığın artırılması da mümkün deyil. Vasif Talıbov isə fermerlərdən zorla məhsuldarlığı artırmağı tələb edir. Halbuki fermerə yetərli səviyyədə su verilməsə, bu sadəcə istək olaraq qalacaq”.

Həmsöhbətimiz onu da bildirdi ki, Naxçıvan hakimiyyəti təcili addımlar atmasa, yaxın zamanlarda əkinəyararlı sahələr şoranlaşacaq, bu da gələcəkdə daha böyük problemlərin çıxmasına şərait yaradacaq./Ovqat.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vasif Talıbov yenidən sədr seçildi

    Vasif Talıbov yenidən sədr seçildi ...

    24-02-2020, 14:22

  • 
  • Vasif Talıbov müavinini işdən çıxardı

    Vasif Talıbov müavinini işdən çıxardı ...

    16-11-2017, 15:10

  • 
  • Vasif Talıbov da parlamenti buraxdı

    Vasif Talıbov da parlamenti buraxdı ...

    9-12-2019, 17:17

  • 
  • Vasif Talıbovdan yeni təyinat - SƏRƏNCAM

    Vasif Talıbovdan yeni təyinat - SƏRƏNCAM ...

    10-11-2018, 15:41

  • 
  • Naxçıvanda yeni sənaye kompleksi yaradılır

    Naxçıvanda yeni sənaye kompleksi yaradılır ...

    22-11-2015, 14:05


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (493)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu