Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən "Dahilər Kids" adlı uşaq bağçasının müdirəsi vəzifəsində çalışan Qasımova Gülnar Vaqif qızı evindən işə gedərkən yolda Vahid oğlu Nahid adlı şəxsin hücumuna məruz qalıb. Belə ki, Nahid adlı şəxs bağça müdirəsinin əlində olan çantasını zorla alaraq qaçıb.
GundemXeber.Az-a verilən məlumata görə, Qasımova Gülnarənin çantasında 800 manat pulu olub. Hazırda çantanı qaçıran şəxs Polis əməkdaşları tərəfindən saxlanılıb və faktla bağlı araşdırmalar davam etdirilir. Əlavə məlumat barədə oxucularımızı məlumatlandırmağa çalışacağıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?