GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Astara icra hakimiyyətində Vətən müharibəsi iştirakçısı olan zabitin kirayə pulunu mənimsəyirlər?

Astara icra hakimiyyətində Vətən müharibəsi iştirakçısı olan zabitin kirayə pulunu mənimsəyirlər?

Tarix: 13-07-2022, 16:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 386


Ehtiyatda olan mayor Teymurov Hüseyn Şəmsəddin oğlu hesab edir ki, Astara rayon icra hakimiyyətində ona ayrılan kirayə pulu mənimsənilir…


Gundemxeber.az bildirir ki, bununla bağlı PİA.az-a müraciət edən Astara sakini, ehtiyatda olan mayor Hüseyn Teymurov bildirir ki, 22 il müddətində Azərbaycan ordusunda qüsursuz xidmət edib və Vətən müharibəsi iştirakçısıdır. Ordudan tərxis olunandan sonra doğma Astaraua qayıdan mayor evlə təmin olunmaq üçün Astara rayon icra hakimiyyətinə müraciət edib və ərizəsinə müsbət cavab verilib. Nazirlər Kabinetinin qərarına əsasən evlə təmin olunana qədər dövlət ona kirayə pulu almalı olan Teymurov bu pulu almaq üçün də sənədlərini Astara rayon icra hakimiyyətinə təqdim edib. 3 ay müddətində 137 manat korayə pulu alan Hüseyn Teymurovun aprel ayından kirayə pulu kəsilib. Bununla bağlı dəfələrlə Astara rayon icra hakimiyyətinə müraciət eləsə də ona pulun kəsilməsi ilə bağlı düz-əməlli izahat verən olmayıb.

Maraqlıdır ki, Hüseyn Teymurov kirayə pulunu almaq üçün plastik kartını “Kapitalbank”dan özü imza ataraq almayıb. Ona bu kartı Astara rayon icra hakimiyyəti başçısı aparatının Sektor müdiri-baş mühasib Rasim Məmmədov təqdim edib və 3 aydan sonra bu kart bağlanıb. Bu üzdən də ehtiyatda olan mayor belə düşünür ki, Rasim Məmmədov onunadına olan kartı ləğv etdirərək yeni kart açdırıb.

Məsələ ilə bağlı Astara rayon icra hakimiyyətinə sorğu ilə müraciət etdik. Sorğuya cavab olaraq Astara rayon icra hakimiyyəti başçısı aparatının Sektor müdiri-baş mühasib Rasim Məmmədov bildirib ki, Astara rayonunun Şiyəkəran kənd sakini, ehtiyatda olan mayor Teymurov Hüseyn Şəmsəddin oğlu Astara Rayon İcra Hakimiyyətində dəfələrlə qəbul edilib: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın verilməsi təmin edilir.

Hüseyn Teymurova 17.12.2021-ci il tarixdən ehtiyata buraxılmış hərbi qulluqçu kimi rayon icra hakimiyyəti tərəfindən mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay üç nəfər ailə üzvü ilə birlikdə 137.50 manat nağdsız qaydada kompensasiya ödənilir.

Kompensiyanın davamlı olaraq verilməsindən ötrü müvafiq sənədlərin yenilənməsi üçün tələb olunan sənədləri təqdim etməkdən ötrü ona şifahi və yazılı məlumat verilməsinə baxmayaraq, vətəndaş bəzi zəruri sənədləri rayon icra hakimiyyətinə təqdim etməmişdir. Bu səbəbdən ona verilən kompensasiya aprel 2022-ci il tarixdən dayandırılmışdır. Müvafiq sənədlər aidiyyəti üzrə təqdim edildikdən sonra Hüseyn Teymurovun müraciətinə təkrar baxılacaqdır”.

Astara icra hakimiyyətinin bu cavabı ilə bağlı Hüseyn Teymurov bildirib ki, o, ilin əvvəlində lazım olan bütün sənədləri Astara rayon icra hakimiyyətinə təqdim edib və buna görə də 300 manat xərci çıxıb.

Cənab Rasim Məmmədovun bizə göndərdiyi cavabda isə maraq doğuran məsələ odur ki, əgər vətəndaş Teymurov lazım olan sənədlərin hamısını icra hakimiyyətinə təqdim etməmişdisə, onda ona 3 ay müddətində kirayə haqqı necə alıb? Belə çıxır ki, Rasim Məmmədov səlahiyyətlərini aşaraq qeryri-qanuni şəkildə büdcə pulunu qanunsuz olaraq vətəndaş Teymurova verib?

Yox əgər sənədlər yerində olubsa və Teymurova 3 ay müddətində kirayə pulu qanuni olaraq ödənilibsə, o zaman 3 aydan sonra bu sənədlər niyə və hansı əsasla keçərsiz hesab olunub? Belə çıxır ki, dövlətdən 137 manat kirayə pulunu almaq üçün ehtiyatda olan zabitlər hər kvartalda Astara icra hakimiyyətinə sənəd təqdim etməlidir və sənədlərin hazırlanması üçün 300 manat xətc çəkməlidirlər?

Güman edirik ki, Astara rayon icra hakimiyyəti bu anlaşılmazlığa izahat verəcək.

Qeyd edək ki, Astara rayon icra hakimiyyətinin bizə yolladığı cavabdan sonra mayor Hüseyn Teymurov Rasim Məmmədovdan sənədlərini geri istəsə də, Astara rayon İcra Hakimiyyətinin baş mühasibi sənədləri ona verməkdən imtina edib...



Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Astara Rayon İcra Hakimiyyətinə yeni müavin təyin edilib

    Astara Rayon İcra Hakimiyyətinə yeni müavin təyin ...

    7-06-2018, 18:12

  • 
  • Bayıl sürüşmə zonasından köçürülən 67 ailəyə bu gün kirayə pulu veriləcək - İcra Hakimiyyəti

    Bayıl sürüşmə zonasından köçürülən 67 ailəyə bu ...

    20-02-2018, 12:23

  • 
  • Binəqədi icra hakimiyyəti keçmiş hərbçini rəsmən SÜRÜNDÜRÜR - GİLEY

    Binəqədi icra hakimiyyəti keçmiş hərbçini rəsmən ...

    20-05-2022, 15:20

  • 
  • Vətən müharibəsi iştirakçısına İcra Hakimiyyətində vəzifə verildi

    Vətən müharibəsi iştirakçısına İcra ...

    8-04-2021, 10:40

  • 
  • Qəzənfər Ağayevi görən varmı? - Sakinlər başçını axtarır

    Qəzənfər Ağayevi görən varmı? - Sakinlər başçını ...

    1-09-2020, 15:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu