Bu fotoya baxanda , 30 il əvvəl baş vermiş bir hadisə i xatırladım. 1992-ci il mayında Mütəllibovun bir günlək gəliş-gedişindən sonra İsa qəmbər prezident səlahiyyətlərinin icrasına başladı. Bir neçə rayonda icra başçıları dəyişdirildi. AXC-nin Masallı rayon şöbəsinin favorit namizədi olmaması səbəbiylə dövrün icra başçısı vəzifəsində qalmaq, müxtəlif qruplar isə öz adamlarını başçı təyin etdirmək eşqinə düşmüşdülər. Hakimiyyətin üst qatlarında Masallıya Lənkəran cəbhəçilərindən birinin təyin olunması fikri qətiıəşirdi. Bir yandan da Teymur Yəhyayev (o zamankı icra başçısı) rayonda özünün müdafiəsi üçün mitinqlər təşkil edirdi.... Həmin günlərin birində, 3 qapıdan polis mühafizə postunun növbətçisi zəng edərək bildirdi ki, Masallıdan xeyli ağsaqqal gəlib yaxınlaşıb aparatın qarşısına. Bizim iş prinsiplərimiz üçün hələ uca Millətimizin dəyərli nümayəndələri çox darıxacaqlar. İndiki PA aparatınını dörd yandan dəmir qəfəsliklərlə bağlayıblar. Dərhal düşdüm aşağı, ağsaqqlların hüzuruna. Xeyli söhbətləşdik, onları dinlədim. Masallıya Lənkərandan icra başçısı təyin olmasını əsla qəbul etməyəcəklərini bildirdilər. Əsas heyət görüntü yaratmaq üçün gətirilmişdi Danışan bir-iki ağsaqqal idi. Soruşdum ki, Masallıdan kimi təyin etsələr, razılaşarsınız. Dedilər Əhəd Abıyevi. Sonra parlamentdəki mənasız boşboğazlığı və Cəlal Əliyevin qoltuğuna sığınıb müxalifəti söyən, xeyli vaxtdır Daşkəsəndə erməbi bayrağına yumruq atan Əhəddən gedirdi söhbət. Dedim, özü haradadır, dedilər Flormoniya bağında bizi gözləyir. Dedim, gedin çağırın, aparımmqəbula, özünüz də gedin bağda çay için, Əhəd gəlib pulunu verəcək. Ağsaqqallardan viri gedib Əhədi gətirdi, özləei də dağılışıb getdilər, çay içməyə. Yəni aksiyanın təşkilatçısını üzə çıxarmağa 10 dəqiqə vaxt sərf olundu. Bu fotodakı hərviçilərin çay içməyə hara getdiklərini bir nəfər izləsə idi, aksiyanın "Əhədini" tapıb ictimaiyyətə tanıdardı.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?