GundemXeber.Az-ın redaksiyasına Göyçay rayon Çərəkə kəndində yaşayan Abdullayeva Xatirə Soltan qızı tərəfindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanlanan müraciəti daxil olub. Xatirə Abdullayevanın iki qurum arasında problemlər yaşamasını nəzərə alaraq, təqdim etdiyi müraciəti olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq:
“Hörmətli Mehriban xanım, mən mətbuat vasitəsi ilə Sizdən xahiş edirəm məni Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə və İqtisadiyyat naziri Mikayıl Cabbarovla şəxsən özünüz qəbul edəsiniz. Çünki bu iki nazirlik əlbir olub bir neç aydır məni ünvanlı sosial yardım almaqdan məhrum ediblər. Köməklik edilməsi üçün müraciət edirəm, təqsirlərini bir-birlərinin üzərinə atırlar.
Belə ki, iki azyaşlı övladıma ailə başçısını itirməyə görə hər birinə 100 manat olmaqla hər ay 200 manat cəm olaraq sosial müavinət alırıq. Eyni zamanda mənim 0,25 hektar pay torpaq sahəm var. Özüm Ali təhsilli müəlliməyəm. Lakin iş yeri olmadığına görə həmin kiçik torpaq sahəsində əkin əkərək kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul oluram.
Bir neçə ildir ünvanlı sosial yardım alırıq. Lakin iki aydır ki, aldğımız ünvanlı sosial yardımın bir illik vaxtı tamam olduğu üçün dayandırılıb. Qanunvericiliyə uyğun olaraq elektron qaydada Əmək və Əhailinin Sosial Müdafiəsi Nazirliyinəə müraciət edirik və bu müraciətimiz VEMTAS tərəfindən qeydiyyata alınır. Amma ünvanlı sosial yardımın verilməsindən imtina verilir.İmtinanın səbəbidə göstərilir ki, « Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs kimi qeydiyyatda olmaması.» Həmin imtinaları bu ərizəmə əlavə edirəm.
Hər dəfə imtina gələndə vergi İdarəsinə müraciət edirəm, cavab verirlər ki, kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs kimi qeydiyyatdayam VÖEN-nin nömrəsidə 6001188502-dir. Eyni zamanda vergi orqanı ilə aramızda olan müqavilə formasınıda ərizəmə əlavə edirəm. Həmin müqavilə formasından aydın olur ki, mən vergi orqanının informasiya sistemindən kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs kimi qeydiyyatdan keçmişəm.
Hörmətli Mehriban xanım, artıq yay tətilinin yarısı arxada qalıb. Tətil sona çatana kimi azyaşlı övladlarım geyimlə təmin olunmalıdır.Aldığım iki yüz manat isə onların ərzaqlarına çatmır. Əgər ailəmin sosial yardımı düzəlməsə övladlarımın məktəbə getməsi mümükün olmayacaq. Çünki onları məktəbli geyimi və ləvazimatları ilə təmin etməyə mənim heç çür imkanım yoxdur. Ona görədə son ümüd yeri kimi Sizdən xahiş edirəm ailəmin sosial yardım almasının bərpa olunması üçün məni Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə və İqtisadiyyat naziri Mikayıl Cabbarovla şəxsən özünüz qəbul edəsiniz. Qoy həmin qəbul zamanı aydın olsun görək mənim ailəmin sosial yardımdan məhrum olmasının günahı hansı nazirlikdədir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?