GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Azər Şükürov 2 ildə NƏ ETMİŞDİ Kİ... - Ona belə etimad göstərildi?

Azər Şükürov 2 ildə NƏ ETMİŞDİ Kİ... - Ona belə etimad göstərildi?

Tarix: 27-07-2022, 17:04 Bölmə :GündəmXəbər / Manşet Baxış: 366


Bir neçə gün öncə, daha dəqiq desək, 19 iyul 2022-ci il tarixdə Prezident İlham Əliyevin sərəncamı ilə Samir İdayətov Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinə sədr təyin olunub.


Söhbət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən gedir.
İndi isə cənab ekologiya naziri Muxtar Babayevin 2 il öncə Azər Məcid oğlu Şükürovu Agentliyin sədr müavini təyin etməsinə nəzər salaq.
Bəli, Muxtar Babayev 20.10.2020-ci il tarixdə Azər Şükürovu Agentliyə sədr müavini təyin edib.
Yeni təyin olunan sədrin fəaliyyəti haqqında nəsə deyə bilmərik, çünki təyin olunduğu heç bir həftə də deyil.
Ona görə də mövzunu 2 ildir sədr müavini olan Azər Şükürovun üzərində quracağıq.
Gundemxeber.az gundelik-bau.com-a istinadla bildirir ki, Azərbaycanda “Yerin təki haqqında” qanun var. Və Agentlik “Yerin təki haqqında” qanunda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yerin təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir.
Amma Azər Şükürov üçün nə yerin təki, nə yerin üstü deyilən anlayış yoxdur.
Onun bildiyi bir meyar var ki, o cənab nazirin dostudur, tələbə yoldaşıdır və istədiyini edə bilər. Hətta deyir ki, onu nazir də vəzifəsindən çıxara bilməz, çünki açar sandığı, tökər rüşvəti...
Bəli, məlumdur ki, bu gün Azərbaycanda onlarla daş karxanaları, qum-çınqıl sexləri fəaliyyət göstərir.
Təkcə onu qeyd edək ki, çayların məcrasında olan qum-çınqıl o dərəcədə şəhərlərə daşınır ki, hətta çaylar artıq öz məcrasını dəyişir və ətraf mühitə ciddi ziyan dəyir. Bunun bircə adı var- ekoloji terror.
Bütün bunlara görə Azər Şükürov rəhbər şəxs olaraq məsuliyyət daşıyır.
Təsəvvür edirsiniz, real dövriyyəsi milyonlarla olan daş, çınqıl, qum, qızıl, əhəng karxanaları, klinker istehsal edən sexlər bütün ekoloji normaları pozur. Və nəticədə Azər Şükürovun rəhbərlik etdiyi Agentlik kağız üzərində həmin daş karxanalarına 500 min, bəzən 1 milyon, hətta 2 milyona yaxın cərimə müəyyən edirlər və sonra cərimə etdikləri şəxsləri bazarlığa çağırırlar. Beləcə sövdələşmə başlayır.
Nəticədə 100 minlərlə kifayətlənməyən Agentliyin rəhbərliyi həm də karxana sahiblərini “aylığa” otuzdururlar. Yəni bu qədər sadə və bəsit bir rüşvət-korrupsiya mexanizmi.
Amma sözdə Azər Şükürov kimilər təbiətə sevgidən danışırlar.
Və utanıb-qızarmadan başlarının üstünə Ulu Öndərin “Mən istəyirəm ki, hamınız təbiəti qoruyan olasınız” sözlərini asıb, təbiətə qənim kəsilirlər.
Araşdırma zamanı Azər Şükürovun ana təbiətə sevgisi ilə bağlı xeyli uzun müsahibələrə rast gəldik.
Hətta Azər Şükürov öz müsahibəsində qeyd edir ki, kaşki, təbiəti qoruyanlar olasınız.
istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız.
Mədən sənayesi üzrə kadr hazırlığı bu günün tələblərinə cavab vermir:
“Hazırda Azərbaycanın inkişafı fonunda bu təhsil ocaqlarının dağ-mədən sənayesi sahəsində kadr hazırlığı istiqamətində ciddi fəaliyyətləri nəzərə çarpmır. Dağ-mədən sənayesi elə kadr tələb edir ki, müəyyən hazırlıqdan, praktikadan sonra konkret mədənlər üzrə müasir texnologiyaların iş prinsiplərinə uyğun müstəqil fikirlər irəli sürsün və təkliflərini qəbul etdirə biləcək savada malik olsun. Düzdür, bu cür kadrlar hər bir sahəyə lazımdır. Ancaq müasir dağ-mədən sənayesi tamamilə yeni, müasir təfəkkür tərzinə malik kadrlar tələb edir. Dağ-mədən sənayesi elə bir sahədir ki, burada işləyən kadr ətraf mühitin mühafizəsindən tutmuş kollektiv və şəxsi təhlükəsizliyə qədər bütün detalları nəzərə almaq istedadına malik olmalıdır. Sovetlər dövründə bu sahə üzrə çox gözəl mütəxəssislər hazırlanmışdı. Ancaq Sovet İttifaqı dağıldıqdan və Azərbaycanda dağ-mədən sənayesində geriləmələr baş verdikdən sonra onların çoxu öz işini itirdi və bu gün ixtisaslarına uyğun olmayan sahələrdə fəaliyyət göstərirlər”.
Həə, indi mətləb üstünə gəlmək olar.
Cənab Azər Şükürov, sizin bu müsahibənizi oxuyanda vaxtilə Prezident Administrasiyasının rəhbəri olan cənab Ramiz Mehdiyevin “Mənə savadlı və təmiz bir hüquqşünas” verin deməyi yada düşür.
Sizə savadlı kadrlar lazımdır yoxsa?- rüşvət və korrupsiyanı əla bilən kadrlar?
Ona görə də oxuduğum bütün müsahibələrindən bir nəticə çıxardım. Sənin kimilərin avazı yaxşı gəlir, amma oxuduğunuz təbiətə sevgi deyil.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda yeni agentlik yaradıldı

    Azərbaycanda yeni agentlik yaradıldı ...

    16-07-2018, 21:05

  • 
  • Yüksək vəzifəli şəxs işdən çıxdı - Özündən AÇIQLAMA

    Yüksək vəzifəli şəxs işdən çıxdı - Özündən ...

    1-06-2022, 15:13

  • 
  • “Bakı Metropoliteni”nə sədr müavinləri təyin olunub

    “Bakı Metropoliteni”nə sədr müavinləri təyin ...

    24-07-2014, 17:10

  • 
  • “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə sədr təyin olunub- SƏRƏNCAM

    “Azərbaycan Televiziya və Radio Verilişləri” ...

    4-09-2019, 12:20

  • 
  • Azərbaycanda iki sədr müavini təyin edildi

    Azərbaycanda iki sədr müavini təyin edildi ...

    11-06-2018, 11:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu