Bu gün redaksiyamıza Zaqatala ziyalıları adından olduqca ciddi faktlar əsasında ərizə və video daxil olub. Həmin yazıda RMX-da ciddi qanun pozuntuları qeyd olunmaqla yanaşı, rüşvət faktı əks olunan video çəkliş də təqdim olunub. Daxil olan materialda bəzi əxlaqdan kənar qeydlər olduğunu nəzərə alaraq, yazını ixtisar edərək GundemXeber.Az-ın oxucularına təqdim edirik:
“Zaqatala rayon mərkəzi xəstəxanasına Məcid Əliyevin baş həkim təyin olunduğu gündən sözügedən səhiyyə ocağı daha çox "HƏRƏMXANA" kimi tanınmağa başlandı.
Bu gün elə bir tibb işçisi yoxdur ki, baş həkimə rüşvət vermək üçün Kapital banka müraciət etməsin. Əgər doğrudan da, Dövlət qurumları və qanunlar işləyirsə, buyurun yoxlayın, Məcid doktor rayona baş həkim gəldiyi gündən neçə nəfər tibb işçisi nə qədər kredit götürüb, miqdar isə, onun tələb etdiyi qədərdir. Bu rəqəm 3000—5000 arasıdır.
Hesab edirik ki, hüquq-mühafizə orqanları üçün bu faktları araşdırmaq elə də, çətin deyildir. (Əlbəttə ki, Respublikadan gələrlərsə, yerdəkiləri pulla alıblar). Baş həkim rayonda hamını pulla satın alıb, o tədbirlərdə yalnız hüquq-mühafizə orqanlarnın rəhbərləri ilə oturub-durur və hamıya da, deyir ki, bu ölkədə hər şey pulla alınır və satılır. Sizə göndərdiyimiz Videoya baxn və görün bu səhiyyə ocağında nələr baş verir. Məcid doktor indi də, hamıya deyir ki, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov bizim adamdır, ona arxayın olub nə istəsəm edirəm, hətta Suraxanı xəstəxanasına baş həkim gedəcəyinə də, Vüqarın ona söz verdiyini deyir. Zaqatala camaatı Dövlətini, onun Prezidentini sevir, belə rüşvətxor insanlar isə Xalqı dövlətdən narazı salır.BUYURUN FAKTLARLA TANIŞ OLUN. Zaqatala rayon Mərkəzi Xəstəxanasına Zaqatala Diaqnostika Mərkəzi də birləşdirildikdən sonra, “Şəki alverçisi” olan Məcid doktor, burada da, gözəl alver etməyə başlayıb. Deməli tibb bacılarının yerdəyişməsi 3-5 min AZN, həkimlərin yerdəyişməsi isə 10- 15 min AZN-ə edilir. Məcid doktor bütün hiylələrdən çox məharətlə istifadə edib və tibb personalı da onun toruna rahatca düşüb. Özü də bu kişi deyir ki, pulu yuxarıya verirəm, yəni TƏBİB, Səhiyyə Nazirliyinə, ona görə də, heç kimə güzəşt etmir. Sual: bu tibb işçilərinin yerdəyişməsi kimə və nəyə lazımdır?
Baş həkim işçilərini bir yerə yığaraq iclas edib və deyib ki, "yadınızdadırsa 16.07.2019-cu ildə rüşvətlə bağlı video çəkiliş olmuşdu, gördünüzmü mənə heç nə edə bilmədilər. Necə deyərlər, “it hürər karvan keçər”, mətbuat, qəzet, saytlar, sosial şəbəkələr kimdir ki, məni işdən azad etdirsinlər? Mənim arxam var və pulu kimə, nə qədər verməyi də çox yaxşı bacarıram". Bəli, Məcid doktor düz deyir, əgər belə olmasaydı dövlətimizin aidiyyati orqanları gözlərini yummazdılar, ən azından mətbuatda gedən video-faktları araşdırardılar. O da xəstəxananı reşvət yuvasına çevirməzdi, artıq neçə vaxtdır ki, rayonda Zaqatala RMX-na rüşvət yuvası kimi baxırlar. Hörmətli Dövlət Başçısı, TƏBİB, Səhiyyə nazirliyi, hüquq-mühafizə orqanları, DTX. Korrupsiyaya qarşı mübarizə idarəsi və Prokurorluq orqanları!
Sizdən xahiş edirik, Diaqnostika RMX-yə birləşdikdən sonra xadimə, tibb bacıları və həkimlərin nədən yerlərini dəyişdirilməsini araşdırasınız. Rayonda yerləşən banklara müraciət etsəniz dəqiq bilərsiniz ki, məhz Diaqnostika mərkəzi RMX-yə birləşdikdən sonra tibb işçiləri nə qədər kredit götürüblər. Məgər bunları araşdırmaq bir o qədər çətindir? Əgər gücünüz çatmırsa deyin ki, bu baş həkim açıq-aşkar Prezident Ilham Əliyevin apardığı siyasətə qarşı çıxır və hüquq-mühafizə orqanları da onunla bacarmır. Zaqatala ziyalıları kimi başqa bir Sual da edirik, nədən Zaqatalaya yalnız kənardan baş həkim gətirilir? Bakıdan, Şəkidən və s. Məgər bu rayonda savadlı həkimlər yoxdur? Bəlkə Məcid doktor kimi alveri yaxşı bilənimiz yoxdur? Baş həkim bu rayondan olsaydı, o da, utanardı belə qanunsuzluqlar etməzdi.
TƏBİB də, görünür cənab Prezidentin tapşırıqlarını layiqincə yerinə yetirə bilmir. Əks təqdirdə bu biabırçılığa son qoyardı. TƏBİB-ə nə lazımdır? Video-lentə çəkib rüşvəti göstərirlər, yenə də baş həkimə toxunmurlar?! Bura balaca bir müəssisədir, baş həkimin icazəsi olmadan heç kim pul ala bilməz, həm də minlərlə manat pulu. Bu gün Məcid doktor və adamları kiməsə arxalanıb Zaqatala Mərkəzi Xəstəxanasnda nə kimi işlər çevirirlər, onu bir Allah bilir. Məlum olduğu kimi, 2020-ci il yanvar ayının 1-dən ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Bununla bağlı Prezident İlham Əliyevin Fərmanına əsasən Səhiyyə Nazirliyinin strukturunda dəyişikliklər edilmiş, quruma tabe olan bir çox səhiyyə müəssisəsi yeni yaradılmış "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) balansna keçirilmişdir. Xəstəxanaların Səhiyyə Nazirliyindən alınaraq TƏBİB-ə verilməsindən sonra da çox təəssüflər olsun ki, tibb müəssisələrindəki neqativ halları aradan qaldırmaq mümkün olmayıb. Elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə xəstəxanalarda rüşvətxorluğun baş alıb getməsi barədə çoxsaylı şikayətlərə rast gəlmək olar ki, bu da Baş həkimin gündəlik qazancının heç də az olmamasını deməyə əsas verir. Uzun illərdir səhiyyə sistemində aparılan islahatlar adı altında ayrılan milyonlarla dövlət vəsaitləri bu sahədə heç bir dəyişikliyə səbəb olmayıb, əksinə belə çıxır ki, korrupsiya hallarmın artmasına gətirib çıxarıb?! Son illərdə səhiyyə işçilərinin korrupsiya üstündə həbs olunmaları da buna bir sübutdur. Belə ki, sözügedən rayonun mərkəzi xəstəxanasında həm rüşvətxorluq, həm də korrupsiya halları baş alıb gedir. Burada gün ərzində toplanan rüşvətin məbləğini müəyyən etmək çətin olduğundan, diqqətimizi birbaşa korrupsiya hallarına cəmlədik. Xəstəxanalarda korrupsiyaya daha çox mal materiallarn, dərman vəsaitlərinin satınalınmasında daha çox yol verilir. Odur ki, Zaqatala rayon Mərkəzi Xəstəxanasının son illər keçirdiyi satınalmaları diqqətinizə çatdırırıq: Zaqatala rayon Mərkəzi Xəstəxanası tərəfindən 2020-2021-ci illərdə zəruri malların alınmasına ayırdığı vəsaitlər haqqında: Xəstəxananın Tender Komissiyası tərəfindən dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatına görə 2020-ci ildə dəftərxana və təsərrüfat xərclərinə 48 723.73, mətbəə xərclərinə 22 881.99, Yumşaq inventara 22 591.69, ehtiyat hissələrinin alınması xərclərinə 30 109.66 manat vəsait ayrılıb.
Bu ümumi olaraq 124 307 manat təşkil edir. Qeyd edək ki, bu müqavilələrin hamısı 2020-ci ilin dekabr ayında bağlanılıb. Zaqatala rayon Mərkəzi Xəstəxanası eyni məqsədlərlə 2021-ci ildə nə qədər vəsait xərclyib? Sair torpaq, tikili və avadanlıqlara 15 847.4, mətbəə mallarının alınmasına 19 910.73, tikili və avadanlıqların cari təmir xərclərinə 46123.46, maşın və avadanlıqların alınmasına 169 823.24, yumşaq inventarın alınmasına 24 365, dəftərxana və təsərrüfat xərclərinə 58 764, nəqliyyat vasitələrinin carı təmir xərclərinə 28 991.13, hüquqi yardıma 3600, Digər malların (yeməkxana və mətbəx ləvazimatlarının) alınmasına 18 528 manat vəsait ayrılıb. Ümumi olaraq 385 952 manat. Göründüyü kimi Zaqatala rayon Mərkəzi Xəstəxanası 2020-ci ilin dekabr ayından 2021-ci ilin dekabr ayına qədər yuxarıda qeyd etdiyimiz malların və xidmətlərin satınalmasına ümumi olaraq 510 259 vəsait xərcləyib. Qeyd edək ki, bu 250-çarpayıdan ibarət bir dövlət xəstəxanası üçün bunlar böyük vəsaitdir. Bütün bunlara baxmayaraq Zaqatala rayon Mərkəzi Xəstəxanasında hazırda elektrik generatoru işləmir. Xəstəxananın direktoru Məcid Əliyev generatorun təmir olunması üçün cərrahlardan pul yığmağı tələb edib. Xəstəxanada yatan heç bir xəstə dərman ləvazimatlarıyla təmin edilmirlər, hamını apteklərə göndərirlər, hətta bu gün həkimlər də, tibbi əlcəkləri yaxınlıqdakı aptekdən pulla alırlar. Onda yuxarıda qeyd etdiyimiz yüz minlərlə vəsait hara yoxa çıxdı? Xəstəxananın direktoru Məcid Əliyevin narazı tibb işçilərinə dediyinə görə, ayrılan vəsaiti yuxarıdan silirlər.Rayonda səs salıb ki, Qarabağda evlərin tikintisinə Prezidentin tapşırığıyla pul göndərməlidir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevlə, TƏBİB-in İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanovun sadalanan faktlara münasibəti necə olacaq bilmirik. Amma onu deyə bilərik ki, Zaqatala rayon Mərkəzi Xəstəxanasnda TƏBİB-in İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanova arxalanıb çox işlər çevirənlər var. Baş həkimin bir çox işlərinin başında Xəstəxananın kadrlar şöbəsinin müdiri Gülnarə Ömərova dayanır. Məlumatlara görə xanım şöbə müdiri ilə TƏBİB-in İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanovu yaxın, ya da uzaq qohumluq telləri bağlayır. Vüqar Qurbanov hələ İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şimal-qərb bölgəsi üzrə kuratoru olduğu zamanlardan Gülnarə Ömərovaya geniş səlahiyyətlər vermişdi. O, qardaşının həyat yolldaşını Katexdən gətirib baş tibb bacısı təyin etdirib. Qəribə burasmdadır ki, Gülnarə Ömərova bütün bunları açıq şəkildə edir və heç kimdən çəkinmədiyini söyləyərək edir. Xəstəxananın direktoru Məcid Əliyevə gəlincə. O, 2012-2018-ci iilərdə Şəki rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Çalışdığı müddətdə yol verdiyi qanunsuzluqlara görə tutduğu vəzifədən kənarlaşdırılıb. Belə ki, verilən məlumata görə, Şəki RMX-nın baş həkimi olarkən Baş prokurorluq yanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamalar zamanı külli miqdarda yeyintilər aşkarlanıb. Bundan sonra Məcid Əliyevin karyerasına davam edib-etməməsi sual altında qalıb. Lakin bu olanlara baxmayaraq Məcid Əliyev sabiq nazir Oqtay Şirəliyevə yaxın olan şəxslərin vasitəsi ilə nəinki, vəziyyətdən çıxa bilib, hətta Zaqatala kimi hörmətli, ancaq nisbətən kiçik bir rayon xəstəxanasının direktoru vəzifəsinə də təyinat alıb. Bu gün Zaqataladakı ANA ölümlərinin sayına baxanda açıq aydın görünür ki, Məcid Əliyev Şəkidəki əməllərinə son qoymayıb. Kimin pulu yoxdursa və təbii doğuşda çətinlik çəkirsə ölməlidir. O, bunu bilərəkdən edir ki, digərlərinə dərs olsun. Zaqatala rayonunun səhiyyə sistemində rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Məcid Əliyevin qoyduğu qayda və qanunlar, bu sahədə dövlət qanunlarından daha işləkdir. Bu gün Zaqatala rayonunda ağır xəstələrin paytaxta gətirilməsi xəstə yaxınlarına həddindən artıq böyük xərcə başa gəlir. Çünki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi ağır xəstələrin Bakıya gətirilməsi üçün müəyyən məbləğdə pul tələb edir. Keysəriyyə əməliyyatna görə, vətəndaşlardan 400-600 manat civarında pul alaraq qanunsuzluq edirlər. Zaqatala RMX-da açılmış kolxoz bazarına son qoyun! VƏSSALAM!
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?