Göyçay rayon sakinləri tərəfindən GundemXeber.Az vasitəsi ilə birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlandı.
Müraciətdə deyilir:
“Göyçay şəhər 6 nömrəli tam orta məktəb yararsız qəzalı vəziyyətdər. Buna görə heç bir tədbir görülmür. Məktəbin direktoru Yeganə Mehdiyeva 20 ildən çoxdur ki, bu vəzifədədir. Yeganə Mehdiyeva Göyçay rayon İcra Hakimiyyəti başçısı vəzifəsini icra edən İkram Vəliyevlə əlbir olub məktəbdə əməlli başlı bazar açıblar.
Süpürgə pulundan tutmuş atestat verilməsi üçün, testə görə, “stol-stul” təmiri, “lampa” və digər əşyaların alınması üçün şagirdlərdən tez-tez pul yığılır.
Dərs saatları fən kabinetləri pulla satılır. Hətta məktəbdə adı olub özü olmayan siniflər mövcuddur ki, təftiş edilərsə üstü açılacaq. Belə ki, adı olub dərs saatı davamiyyəti yazılan siniflərin özü mövcud deyil.
Məktəbin sinifləri çox bərbad vəziyyətdədir ki, buna görə şagirdlər əziyyət çəkirlər. Təqdim edilmiş fotolarda da aydın görünür. Məktəbin damı yararsız vəziyyətdədir, döşəməsi bərbaddır. Buna görə yağış suları sinifə axır, tarakan həşəratlar siniflərə dolur. Ancaq məktəbin direktoru Yeganə Mehdiyeva oğlu üçün Göyçay şəhəri ərazisində böyük bir villa inşa etdirir. Dövlət vsaitini talan edən şagirdlərin valideyinlərinin cibini soyan belə bir yaramazın məktəbdə direktor vəzifəsində qalması Azərbaycan təhsilinə bir ləkədir.Yeganə Mehdiyeva talançılq yolu ilə əldə etdiyi pulun böyük hissəsini icra başçısı vəzifəsini icra edən İkram Vəliyevə verir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan xahiş edirik ki, Göyçay şəhər 6 nömrəli tam orta məktəbin əsaslı təmir edilməsinə göstəriş verəsiniz və məktəbi bazara döndərib korrupsiya əməlləri ilə məşğul olan direktor Yeganə Mehdiyevanın barəsində tədbir görəsiniz.”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?