GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Bələdiyyə sədri avtomobili ilə qəza törətdi və qanundan yayındı" - İDDİA

"Bələdiyyə sədri avtomobili ilə qəza törətdi və qanundan yayındı" - İDDİA

Tarix: 23-08-2022, 11:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 241

Gundemxeber.az bildirir ki, Mingəçevir şəhər sakinləri tərəfindən dogruxeber.az-a verilən məlumata görə, 21.08.2022-ci il tarixində günorta saatlarında Mingəçevir şəhərində "Heydər Əliyev" küçəsi ilə "20 yanvar" küçəsinin kəsişməsində avtomobil qəzası baş verib.


Belə ki, Mingəçevir şəhər Bələdiyyəsinin sədri Ramiz Əliyevə məxsus olduğu deyilən "Tayota Land crouther" markalı avtomobil "Lada Priora" markalı avtomobili zədələyib.

"Bələdiyyə sədri avtomobili ilə qəza törətdi və qanundan yayındı" - İDDİA


Vüqar Əkbərov adlı şəhər sakini "DogruXeber.az"a bildirir ki, "Hadisə yerinə çoxlu adamlar toplaşdı. Biraz səs-küy qalxdı. Mən oradakı insanları sakitləşdirmək üçün, "Ay camaat, biraz sakit olun, qoyun hər iki şəxs öz aralarında danışıb, aydınlaşdırsın" dedim. Elə bu zaman hadisə yerindəki İcra başçısının əmisi oğlu Nəriman İsmayılov yüksək səslə mənə "ayə sən kimsən" dedi. Cavab verdim ki, "ayə deyiləm, adım Vüqardır". Nəriman İsmayılov səsini biraz da qaldıraraq, "mənim üçün sən ayəsən" dedi və yumruq qaldırıb üstümə atıldı. Ətrafdakılar onu tutdular və məni vurmasına imkan vermədilər".


Qeyd edək ki, bu həmin Nəriman İsmayılovdur ki, bir neçə ay əvvəl sosial medialarda Mingəçevir şəhərində iki şəhid bulağını sökdürdüyü yazılırdı.


Sakinlərin sözlərinə görə "Nəriman İsmayılov İcra Hakimiyyəti başçısı İlham İsmayılovun əmisi oğlu - eyni zamanda Qres qəsəbəsindəki səlahiyyətli nümayəndəsidir. Bundan əlavə onlar "Nəriman İsmayılovun sakinlərə qarşı kobud davranışları ilə də "məşhur" olduğunu" da vurğulayıblar.

İcra başçısının məmur əmisi oğlu və kirvəsi bələdiyyə sədrinin "həm suçlu, həm güclü" prinsipilə vətəndaşlara qarşı nümayiş etdirdikləri "həmrəylik" məmur özbaşınalıqlarından cana doyduqlarını deyən şəhər sakinlərini daha qəzəbləndirib. Odur ki, Nəriman İsmayılovun yumruq göstərdiyini iddia edən şəhər sakini Vüqar Əkbərov artıq hüquq-mühafizə orqanlarının bu duruma müdaxilə etməsini istədiyini deyir.

Qeyd: Bir daha vurğulamaq istəyirik ki, məlumatda qeyd edilənlərin hər biri Mingəçevir sakinlərinin redaksiyamıza bildirdikləri və sosial mediada yayımlanan məlumatlardır.

P.S: Baş vermiş hadisə ilə bağlı məlumat barəsində qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə Mingəçevir şəhər Bələdiyyəsinin rəsmi internet səhifəsində yerləşdirilən telefona zəng etdik, dəstəyi qaldıran olmadı. Sonra bələdiyyə sədri Ramiz Əliyevin mobil nömrəsinə iki dəfə zəng etdik yenə cavab verilmədi. Bundan sonra mövqe öyrənmək üçün digər adı çəkilən şəxs Nəriman İsmayılova zəng etdik.

Nəriman İsmayılov şəhər sakini Vüqar Əkbərovun iddialarının böhtan olduğunu dedi və bildirdi ki, "O adam ümumiyyətlə orada aidiyyatsız şəxs idi. Ramiz müəllim ilə digər şəxsin söhbətinə müdaxilə etdi. Mən də dedim ki, "Qarışmayın. Qoyun özləri sivil qaydada həll etsinlər". Lakin, o bundan sonra mənə səsini qaldırdı. Özü də bütün bunları telefona çəkirdi. Mən dedim, "İcazəsiz niyə çəkirsən?". Bundan sonra həmin şəxs özü mənə hücum etdi. Lakin, sizə əksini deyib."

Qeyd edək ki, sakinlərin redaksiyamıza verdiyi məlumata görə bələdiyyə sədri Ramiz Əliyev artıq avtomobilini zədələdiyi şəxslə öz aralarında qeyri-qanuni şəkildə - yəni, Dövlət Yol Patrul xidmətinə məlumat vermədən razılığa gəliblər. Bu isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən yolverilməzdir.

Söhbət əsnasında Nəriman İsmayılov bu məlumatı da təsdiqlədi.

Biz Ramiz Əliyevin telefonlara cavab vermədiyi üçün, onun mövqeyini öyrənə bilmədiyimizi dedik. Nəriman müəllim Ramiz Əliyevin iş otağının telefon nömrəsini bizə verdi və o nömrəyə cavab verəcəyini dedi. Biz bu dəfə də həmin nömrəyə zəng etdik. Telefona cavab verən şəxs özünü təqdim etmədən, "Ramiz müəllim yoxdur" cavabını verdi. Dedik, "mobil nömrəsinə də cavab vermir". Həmin şəxs yüksək aqressiv səslə "Ola bilər xəstədir, cavab verə bilmir, qardaş" cavabını verdi. Bildirdik ki, beləcə də dərc edərik. "Hə yaxşı" dedi və telefonu söndürdü.
Təkrar xatırladırıq ki, bundan əvvəl Mingəçevir şəhər Bələdiyyəsi barəsində məlumat dərc etdiyimizdə də Ramiz Əliyev telefonlara cavab verməmişdi və sonra bizi onun mövqeyini öyrənməməkdə günahlandırmışdı.
Maraqlıdır ki, dünən idarə etdiyi avtomobili ilə qəza törədən və bunu qeyri-qanuni yollarla ört-basdır edən qurum rəhbəri, bu gün "xəstə olduğu üçün telefona cavab verə bilmir".
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mingəçevirdə “KaMAz” 63 yaşlı kişini vurub öldürüb

    Mingəçevirdə “KaMAz” 63 yaşlı kişini vurub öldürüb ...

    29-09-2016, 23:23

  • 
  • Azərbaycanda hərbçi qəza törətdi - 1 ölü, 3 yaralı

    Azərbaycanda hərbçi qəza törətdi - 1 ölü, 3 yaralı ...

    6-08-2013, 12:20

  • 
  • İcra Hakimiyyətinə məxsus avtomobil qəzaya düşüb, xəsarət alan var

    İcra Hakimiyyətinə məxsus avtomobil qəzaya düşüb, ...

    22-09-2017, 11:37

  • 
  • İcra başçısının oğlu atasının xidməti maşını ilə qəza törətdi

    İcra başçısının oğlu atasının xidməti maşını ilə ...

    12-01-2014, 01:14

  • 
  • Bakı polisinin mətbuat xidməti rəhbərinin oğlu qəza törətdi

    Bakı polisinin mətbuat xidməti rəhbərinin oğlu ...

    8-09-2017, 12:26


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu