Şikayətin mahiyyəti budur ki, müəllimlərin sertifikasiyası Konstitusiyaya və qanunlara ziddir.
Müəllimlərin bu gün əsas tələbi budur ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanunu Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə görə sertifikatlaşdırma yeni qanun normativ hüquqi aktın qəbul edilməsi tarixinə qədər işə qəbul edilmiş biz müəllimlərə şamil edilməməlidir. Çünki 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanun biz müəllimlərin hüquqi vəziyyətini pisləşdirmiş və bizə yeni hüquqi məsuliyyət müəyyən etmişdir. Bu baxımdan bu normativ hüquqi akt həmin aktın qəbul edilməsi tarixinə qədər dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) Əmək Məcəlləsinə uyğun olaraq təhsilverən kimi əmək fəaliyyətinə başlamış müəllimlərə (təhsilverənlərə) şamil edilməməlidir…
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?