GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Kəmaləddin Heydərov tutduğu vəzifəni zinətləndirən şəxsiyyətdir - FHN rəhbərinin əleyhinə aparılan qarayaxma kampaniyası uğursuzluğa məhkumdur

Kəmaləddin Heydərov tutduğu vəzifəni zinətləndirən şəxsiyyətdir - FHN rəhbərinin əleyhinə aparılan qarayaxma kampaniyası uğursuzluğa məhkumdur

Tarix: 26-08-2022, 13:57 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 245

XVII əsrdə yaşamış böyük ispan mütəfəkkiri Baltasar Qrassian özünün müəllifi olduğu “Kamillik elmi” adlı fəlsəfi traktatında yazılrdı ki, “Hər şeyin önündə öz çığır-bağırı ilə səfehləri cəlb edən Yalan gedir. Axsaq zamanın ardınca sürünən Həqiqət ən axırda və çox gec gəlir. Ağıllı adamlar təbiətin bizə cüt şəkildə bəxşiş etdiyi hissiyyat orqanlarından (gözlər, qulaqlar) birini Həqiqət üçün qoruyub saxlayırlar”.

Son günlər bir sıra media və sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin bir neçə əməkdaşının intim xarakterli video və fotoları  yayılandan sonra bəzi çevrələrdə söz-söhbət gəzir ki, FHN artıq nüfuzdan düşdü, rəhbəri Kəmaləddin Heydərov da vəzifədən gedir.

Belə bir yalan yalnız sosial şəbəkədə yayılmış olsaydı, haradasa başa düşülən olardı: Çünki informasiya cəmiyyətinin bu seqmentində dediyinin, yazdığının məsuliyyətini anlamayan, dayaz düşüncə sahibləri az deyil. Bu, onların yazdıqlarını müşayiət edən orfoqrafik səhvlərdən də görünür. Amma təəssüf ki, bəzi rəsmi qeydiyyatdan keçmiş kütləvi informasiya vasitələrində də belə fikirlərə yer ayırılıb. Aydın məsələdir ki, bu sayaq cəfəngiyyatı yayanlar özləri hakimiyyətin daxilindən sistemli şəkildə qaynaqlandırılır. Yəqin, bəziləri istəyir ki, hazırın naziri olsunlar...

Öz yerinə layiq olan adama həmişə ehtiyac var. Hamı görür ki, onun vəzifəyə yox, vəzifənin ona ehtiyacı var: Bəziləri tutduğu yeri, digərlərini isə tutduğu yer gözəlləşdirir. Kəmaləddin Heydərov da tutduğu vəzifəni zinətləndirən şəxsiyyətdir.

Xatırlatmağa dəyər ki, 2005-ci ilə qədər süquta uğramış Sovet hökumətinin qırıq-sallaq avtomobillərindən ibarət ölmüş bir "pojarni" idarəsi var idi. Varlığını itirmiş belə bir idarənin iş fəaliyyəti təqdirəlayiq hesab edilmirdi. Çünki, bu idarə yanğın baş verdiyi zaman hadisə yerinə çata bilmədiyindən, ya obyekt yanıb külə dönürdü, ya da ki, insanlar öz güclərinə söndürüb xilas edirdilər. İndi isə gəlin görək, Kəmaləddin Heydərovun yoxdan yaratdığı Fövqəladə Hallar Nazirliyi bu gün nəyə qadirdir:  2005-ci ildə yaradılan FHN 17 il ərzində oturuşmuş nəhəng bir struktura çevrilib. Nazirliyin tərkibində 9 regional mərkəz, 4 agentlik, 5 xidmət, 3 böyük idarə, Akademiya, idman klubu, istehsalat birliyi, kombinat, mülki müdafiə qoşunları və aviasiya dəstəsi fəaliyyət göstərir. Bu illər ərzində FHN-nin oturuşmuş bir struktura çevrilməsi üçün dövlət resurslarından ciddi şəkildə, səmərəli və təyinatı üzrə istifadə olunub. İndi FHN-nin arsenalı, şəxsi heyətinin hazırlığı, peşəkarlığı o səviyyəyə gəlib çatmışdır ki, Nazirliyin strukturları nəinki Azərbaycanda, hətta qonşu ölkələrdə baş verən fövqəladə hallarla mübarizə aparmağa qadirdirlər.  Keçən il qardaş Türkiyədə baş vermiş meşə yanğınları ilə mübarizədə yardıma getmiş bizim FHN əməkdaşlarının fədakarlığının hamımız şahidi olduq.

Yeri gəlmişkən, meşə yanğınları barədə. İsti iqlim qurşaqlarında yerləşən bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da yayda meşə yanğınları olur. Anlaşılandır ki, hava nə qədər isti və küləkli olsa da, meşələr öz-özünə yanmır, burada antropogen amil, insanların səhlənkarlığı rol oynayır. FHN öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqncə gəlir. Amma hər ilkindən fərqli olaraq bu ərəfədə az qala Laçından köçən ermənilərin od vurduqları meşələrdəki yanğınları da FHN-nin səriştəsizliyi ilə əlaqələndirməyə çalışanlar var. Bu da fürsətcillərin məlum intim videomaterialın gündəmdə olduğu hazırki vaxtda FHN və onun rəhbəri haqqında mümkün qədər çox neqativ informasiya yaymaq istəklərinin təzahürüdür.

Bu sətirlərin müəllifi Kəmaləddin Heydərovun operativ iş bacarığının şəxsən şahidi olmuşuq. Belə ki, Heydərov Dövlət Gömrük Komitəsinin rəhbəri işlədiyi dövrdə onun sürücülərindən biri "Azərbaycan" Nəşriyyatının “QJE” deyilən hissəsində ölkədə nəşr olunan qəzetlərin yayım firmalarına təhvil-təslim olunduğu saatlarda hər qəzetdən bir nüsxə yığaraq saat 06:00-rəhbərinə çatdırmağa tələsirdi. Sürücüyə sual edirdik ki, süb səhər vaxtı komitədə qəzet oxuyan kimdir? Sürücü cavabında deyirdi ki, "şəxsən Kəmaləddin müəllim özü gəlib iş otağında qəzetləri gözləyir". Biz də başa düşdük ki, Kəmaləddin müəllim səhər saat 06:00-dan 09:00-a qədər ölkədə nəşr olunan siyasi qəzetləri oxuyub iş saatı başlayana qədər ölkənin ictimi-siyasi, sosial-iqtisadi həyatında baş verənlərdən tam məlumatlı olur. İndi də belə bir ayıq və hazırlıqlı adamın guya vəzifədən getməyə hazırlaşdığı barədə fikir formalaşdırmaq cəhdlərinin fiaskoya uğrayacağı heç kimdə şübhə yaratmamalıdır.

Sağlam həyat tərzi keçirmək, insanlarla nümunəvi davranmaq, xeyirxah əməllərilə hörmət qazanmaq onun həyat kredosudur. Gücü çatdığı dərəcədə başqalarına təmənnasız kömək etməyə can atır. Səbrli və iradəlidir. Səliqə-sahmanına söz ola bilməz. Qərar verməkdə cəld və ağıllıdır. Gözəl müşahidə qabiliyyəti var, ən xırda təfərrüatları belə görə bilir. Öz üzərində işləməyi bacarır. Çoxlarına çətin görünən işlər və əlçatmaz hədəfləri fəth etmək onun üçün adi bir məsələdir. Mükəmməllik duyğusu onu heç vaxt tərk etmir. Haqqa bağlılığı, dürüstlüyü, hadisələrə vicdanla yanaşması var. Heç vaxt özündən məmnun qalmır, fəaliyyətində süstlük yer almır. Amalı Vətənə, xalqa xidmətdir. Bu xüsusiyyət ona təbii gəlir və bundan zövq alır.

Belə bir bacarıqlı insanın ərsəyə gətirdiyi qurumu aşağılamaq heç də reallığa uyğun görünmür. Hansısa bir xırda məmurun öz kabinetində hoqqa verməsinin başda oturan şəxsin nüfuzuna əsla xələl gətirməyəcəyi hər kəsə gün kimi aydındır. Yel qayadan nə apara bilər ki?! Bu söz-söhbətlərdən sonra boş-boş şayiələr yayanlar öz amplualarında gicəllənib qalacaqlar. Qətiyyən ağlabatan deyildir ki, ölkə başçısı ən işlək güc nazirliyini ləğv edər və ya onun rəhbərini vəzifəsindən kənarlaşdırar. Bu kimi fikirlərlə baş sındıranlar həmçinin bilməlidirlər ki, Kəmaləddin Heydərov Heydər Əliyev və İlham Əliyev siyasi kursuna ən sadiq məmurlardan biri və bəlkə də birincisidir.

Fransa kralı I Fransisk belə demişdir: “Onunla fəxr et ki, əgər Yer kürəsində mərifət, alicənablıq və sədaqət yoxa çıxsa, onları yenidən sənin qəlbində axtara bilərlər”. Cənab Kəmaləddin Heydərovun da şəxsiyyəti, incə ruhu bu yüksək məziyyətlərin ünvanıdır. O, yaxşı bilir ki, kiçik gölməçələr hətta xəfif küləkdən bulanırlar, onların durulması sənin səyindən asılı deyil, əl vurmayıb kənara çəkilməyinlə bağlıdır, hər şey öz-özünə sakitləşəcək. Çünki xalqın gözü tərəzidir.

Məqaləni başlanğıcda olduğu kimi, yenə də filosof Qrassiandan iqtibas gətirməklə yekunlaşdırıram: “Başqalarını ləkələməklə çoxları öz ləkələrini yumasalar da, ört-basdır etməyə çalışırlar. 


Şirin CƏFƏRİ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kəmaləddin Heydərov rəqiblərinə güc gəlir

    Kəmaləddin Heydərov rəqiblərinə güc gəlir ...

    7-12-2012, 13:28

  • 
  • "Bizdə pul nə gəzir?” - Kəmaləddin Heydərov danışdı

    "Bizdə pul nə gəzir?” - Kəmaləddin Heydərov ...

    24-04-2021, 21:21

  • 
  • Kəmaləddin Heydərov generalı vəzifəsindən azad etdi - ƏMR

    Kəmaləddin Heydərov generalı vəzifəsindən azad ...

    16-05-2021, 11:28

  • 
  • Kəmaləddin Heydərov sürüşmə baş verən zonada - Foto

    Kəmaləddin Heydərov sürüşmə baş verən zonada - ...

    13-10-2018, 22:22

  • 
  • Kəmaləddin Heydərov Mingəçevirdə müşavirə keçirdi

    Kəmaləddin Heydərov Mingəçevirdə müşavirə keçirdi ...

    29-11-2014, 22:26


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu