Gundemxeber.az » GündəmXəbər » Mərhum nazirə məxsus olduğu deyilən şirkət 7 milyonluq tenderin qalibi oldu - İLGİNC
Ədliyyə Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Gundemxeber.az-ın məlumatına görə, yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Evrodizayn” QSC-yə (VÖEN- 2900061521) olub.
Ədliyyə Nazirliyi məhkum edilmiş şəxslərə tətbiq olunan elektron nəzarət vasitələrinin və aidiyyəti avadanlığın satınalınması, eləcə də elektron monitorinq sistemlərinin, “Cəza çəkən məhkumlar və həbs olunmuş şəxslər” informasiya resursunun, mövcud elektron nəzarət qurğuları və digər avadanlıq, lisenziyalar, proqram təminatı, habelə rabitə infrastrukturunun saxlanılması, inkişafı və texniki dəstəyin göstərilməsi üzrə xidmətlərin satınalınması üçün “Evrodizayn” QSC-yə 6 milyon 895 min 794 manat 48 qəpik ödəyəcək.
Məlumat üçün qeyd edək ki, “Evrodizayn” QSC 10.08.1998-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 000 manat olan QSC-nin hüquqi ünvanı “Nəsimi rayonu, Abbasqulu Bakıxanov ev. 6”-da yerləşir. “Evrodizayn” QSC -nin qanuni təmsilçisi Tağıyev Teymur Ramis oğludur.
Onu da qeyd edək ki, uzun illər mətbuatda “Evrodizayn” QSC-nin mərhum Gənclər və İdman Baziri Azad Rəhimova məxsus olması ilə bağlı çoxsaylı məlumatlar yayılıb və bugünə kimi təkzib olunmayıb. Bildirilir ki, “Evrodizayn” QSC “İtaldizayn” şirkətlər qrupuna daxildir və Azad Rəhimov rəsmi tərcümeyi halında da göstərilir ki, mərhum nazir 1998-2006-cı illərdə bu şirkətlər qrupunun rəhbəri olub.
Gundemxeber.az
23-11-2020, 11:01
14-06-2021, 16:50
1-09-2020, 15:06
20-07-2022, 15:26
15-04-2021, 17:47
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?