GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Məcid Əliyev Şəki və Zaqatala səhiyyəsini bazara çevirib - İTTİHAM VAR!

Məcid Əliyev Şəki və Zaqatala səhiyyəsini bazara çevirib - İTTİHAM VAR!

Tarix: 8-09-2022, 15:20 Bölmə :GündəmXəbər / Manşet Baxış: 400


Haqqında bəhs edəcəyimiz Şəki Rayon Mərkəzi Xəstəxanası ( RMX) barəsində qısa məlumat verək. Şəki rayonunda iki korpusda rayon Mərkəzi Xəstəxanası (RMX), Doğum evi, Birləşmiş uşaq xəstəxanası, Psixatriya xəstəxanası, Ağ ciyər xəstəlikləri xəstəxanası, 7 poliklinik şöbə və poliklinika, 3 kənd sahə xəstəxanası, 15 kənd həkim məntəqəsi, Təcili yardım və s fəaliyyət göstərir. 

Uzun illər, daha doğrusu, 2010-2017-ci illərdə Məcid Əliyev Şəki RMX-nin baş həkimi vəzifəsində çalışıb. Məcid Əliyev baş həkim olduğu zaman yol verdiyi ciddi qanunsuzluqlara və külli miqdarda dövlət vəsitini mənimsədiyinə görə tutduğu vəzifədən kənarlaşdırılıb. Belə ki, mediada yayılan məlumata görə, Şəki RMX-nin baş həkimi olarkən Baş prokurorluq yanında Korupsiyaya qarş Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamalar zamanı külli miqdarda yeyintilər aşkarlanıb. Bundan sonra Məcid Əliyevin həbs olunması məsələsi gündəmdə olub. Lakin bunlara baxmayaraq Məcid Əliyev yüksək vəzifəli məmurun vasitəsilə nəinki, vəziyyətdən çıxa bilib, hətta Zaqatalada xəstəxanaya direktor vəzifəsinə də təyinat alıb. Sonra isə Zaqatalada Mərkəzi xəstəxananın baş həkimi olub. Onun bu vəzifəyə təyin edilməsində TƏBİB-in rəhbəri Vüqar Qurbanovun da rolu olub. Görəsən bir soruşan olmadı ki, o boyda yeyintiyə, mənimsəməyə görə, vəzifəsindən azad edilən, az qala həbs olunmaq təhlükəsi ilə üz-üzə qalan Məcid Əliyev necə oldu ki, Zaqatala Mərkəzi Xəstəxanasına baş həkim təyin edildi..? Beləliklə Məcid Əliyev Şəkidəki əməllərini Zaqatalada davam etdirməyə başlayıb. Bəli, Məcid Əliyev Zaqatalada baş həkim kimi çalışarkən, rayonda “ölü canların” maaşını yeyən, korrupsioner birisi kimi tanınıb. Dövrü mətbuatda Zaqatala ziyalıları adından yayılmış müraciətlərin birində Zaqatala rayon Mərkəzi Xəstəxanasına Məcid Əliyevin baş həkim təyin olunduğu gündən sonra sözügedən səhiyyə ocağında özbaşınalığın baş alıb getdiyi, rüşvətxorluğun tüğyan etdiyini bildirirlər. Qeyd edirlər ki, bu gün elə bir tibb işçisi yoxdur ki, baş həkimə rüşvət vermək üçün Kapital Banka müraciət etməsin. Əgər doğrudan da dövlət qurumları və qanunları işləyirsə buyurun yoxlayın.
GUNDEMXEBER.AZ gundelik-baku.com-a istinadla bildirir ki, Məcid Əliyev rayona baş həkim gəldiyi gündən neçə nəfər tibb işçisi bankdan nə qədər kredit götürüb, miqdar isə onun tələb etdiyi qədərdir. Bu rəqəm 3000 – 5000 azn arasıdır. Bu hələ harasıdır..? Məcid Əliyev elektrik generatotu almaq , hətta tualet kağızı, tibbi əlcək almaq üçün həkimlərdən pul yığır. Bəs görəsən dövlətin ayrıdığı külli miqdarda vəsait kimlərin cibinə gedir..? Bütün bunlar ortada ola-ola Məcid Əliyev bir müddət əvvəl yenidən Şəkiyə qayıdıb. Bəli, TƏBİB İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Məcid Əliyev Şəki rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib. İndi gördünüzmü, Məcid Əliyevin Vüqar Qurbanovla dostluğu sarsılmaz imiş.
Bəli, bu gün Şəkidəki xəstəxanaların işləməyən, ancaq adı olan texniki personalı öz maaşlarını baş həkimlə bölürlər. Məcid Əliyev bir çox kənd sahə xəstəxanalarına və həkim məntəqələrinə öz yaxın adamlarını rəhbər təyin etməklə, onların əli ilə ayrılan vəsaitlərin silinməsinə və bir çox şəxslərin adlarının həmin tibb ocaqlarında getməsinə şərait yaradır. Şəkidəki kənd xəstəxanaları sanki XVIII əsrdən qalıb, heç birində müasir şərait yoxdur. Məcid Əliyev Şəkidə doğuşun, cərrahi əməliyyatların bahalı qiymətini müəyyən edib. Qeysəriyyə üsulu ilə doğmaq 600 manatdır.
Məcid Əliyev tibbi stansiyaların müdirlərindən hər ay 1500 manat aylıq alır. Təsəvvür edirsinizmi, Məcid Əliyev tibbi məntəqələrə lazım olandan çox sanitar-xadimələr götürür və onların da maaşına şərikdir. Bəli, Məcid Əliyev işçiləri işdən çıxardığını deyir və istədiyini alandan sonra onları yenidən işə bərpa edir. Bütün bu yazdıqlarımız Məcid Əliyevin Zaqatala və Şəki səhiyyəsində törətdiyi əməllərin cüzi bir hissəsidir.
Sözü qısası, Məcid Əliyev səhiyyə adına, həkim adına ləkə olan birisidir. Və biz media qurumu olaraq Məcid Əliyevin əməllərini sonadək araşdırıb dövlət orqanlarının nəzərinə çatdıracağıq. Qoy haqq-ədalət öz yerini tapsın. Media adından Səhiyyə naziri Teymur Musayevə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevə, TƏBİB-in sədri Vüqar Qurbanova müraciət edirik ki, Məcid Əliyev kimi işbazları səhiyyə sistemindən uzaqlaşdırsınlar.

P.S. Məcid doktor yazılanlara əgər şübhən varsa, Zaurdan aldığını qaytar özünə, daha o birilərini demirəm.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zaqatalada səhiyyə sistemi çöküb... - Səbəbi baş həkimdə axtarmaq lazımdır...

    Zaqatalada səhiyyə sistemi çöküb... - Səbəbi baş ...

    18-09-2019, 15:18

  • 
  • Məcid Əliyev Şəki xəstəxanasının baş həkimliyindən niyə çıxarılmışdı və həmin vəzifəyə necə qayıtdı

    Məcid Əliyev Şəki xəstəxanasının baş ...

    3-08-2022, 16:26

  • 
  • Oqtay Şirəliyev səhiyyəsində ekstrasens üsulu: Şəki xəstəxanasında FALABAXAN XİDMƏTİ

    Oqtay Şirəliyev səhiyyəsində ekstrasens üsulu: ...

    24-09-2019, 15:30

  • 
  • Oqtay Şirəliyev səhiyyəsində ekstrasens üsulu: Şəki xəstəxanasında falabaxan xidməti – VİDEO

    Oqtay Şirəliyev səhiyyəsində ekstrasens üsulu: ...

    23-10-2019, 13:21

  • 
  • Qazax Mərkəzi xəstəxanası ilə bağlı şok iddia

    Qazax Mərkəzi xəstəxanası ilə bağlı şok iddia ...

    3-12-2013, 10:28


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu