Jurnalist Eynulla Fətullayev rəhbəri olduğu haqqın.az saytında “Xural TV-nin rəhbəri Əvəz Zeynallı haqqında ittihamlar yazıb.
Həmin ittihamlarda jurnalistin hazırda həbsdə olan “Baku Steel Company”-nin sabiq rəhbəri Rasim Məmmədovun ailəsindən onun müdafiəsi üçün 20 min manat aldığı, amma onu müdafiə etmədiyi yazılıb.
Saytın paylaşdığı səs yazısında Əvəz Zeynallının “görüşək, iadə edim” sözü alınan pulun qaytarılması istəyi kimi təqdim edilib.
GundemXeber.Az bildirir ki, Rasim Məmmədovun vəkili Elçin Sadıqov Gununsesi.info-ya açıqlamasında bu haqqda danışıb: “Mən də bu xəbəri oxuyandan sonra Rasim Məmmədovun ailəsi ilə əlaqə saxladım. Ancaq onlar bu iddianı birmənalı olaraq təkzib etdi. “İadə” ifadəsində heç bir puldan söhbət getmir. Ailə bu xəbərə görə ciddi narahat olub. Orada Rasim Məmmədovun günahsızlığını özündə əks etdirən konkret sənədlərdən söhbət gedir. Əvəz bəy həmin sənədləri qaytarmasını nəzərdə tutub”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?