GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Həbsxana rəhbərliyi Vəli Ələsgərovu buraxmaqdan imtina edib - İLGİNC GƏLİŞMƏ

Həbsxana rəhbərliyi Vəli Ələsgərovu buraxmaqdan imtina edib - İLGİNC GƏLİŞMƏ

Tarix: 28-09-2022, 12:03 Bölmə :GündəmXəbər / Manşet Baxış: 409

Naxçıvan Muxtar Respublikasının (MR) keçmiş Milli Təhlükəsizlik naziri Vəli Ələsgərovun həbsdən azad edilməsinə qərar verilib. Sentyabrın 27-də Ali Məhkəmədə Nazim Mövsümovun sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar çıxarıb. Qərara əsasən, Ələsgərova kəsilmiş 14 illik həbs cəzasının müddəti azaldılaraq 6 il 9 ay 20 günə endirilib. Bu müddət isə qərar çıxarılan gün – sentyabrın 27-də başa çatıb. Maddələr dəyişdirilib

Yeyinti, telefon danışığının qanunsuz dinlənilməsi, döyməyə əmr vermə kimi əməllərdə suçlanan Ələsgərov CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə məhkum edilmişdi.
Gundemxeber.az dia.az-a istinadla bildirir ki, Ali Məhkəmə onun vəzifə baxımından hərbi qulluqçu statusunda olduğunu nəzərə alaraq, CM-in 308 və 309-cu maddələri ilə verilən ittihamı 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəyə tövsif edib. Bu maddə məhz hərbi qulluqçuların vəzifə səlahiyyətlərini aşması və ya sui-istifadə etməsi halını nəzərdə tutur. Ali Məhkəmə bu maddə ilə sabiq nazirə 3 il 6 ay cəza təyin edib.
CM-in 179.3.2 maddəsi ilə ona əvvəl təyin edilmiş cəza da azaldılaraq 6 ilə endirilib. Hər iki maddə ilə təyin olunmuş cəzalar qismən toplanmaqla, qəti olaraq 6 il 9 ay 20 gün azadlıqdan məhrum edilməsi haqda yeni hökm çıxarılıb.
Ələsgərovun işi üzrə üç nəfər zərərçəkmiş qismində tanınıb. Bunlar Azər Niftiyev, Əli Səfərli və Nuşirəvan Həsənovdur. Sabiq nazir bu şəxslərin döyülməsinə, telefonlarının dinlənilməsinə qanunsuz göstəriş verməkdə suçlanır.

Özünü təqsirli bilmir

Amma Ələsgərov özünü təqsirli bilmir. Vəkili Vüqar Xasayev də AzadlıqRadiosuna bildirib ki, onlar birinci instansiya məhkəməsindən sabiq nazirə bəraət verilməsini istəyiblər: "Ali Məhkəmə bəraət hökmü çıxarmır, şəxsin təqsirsiz olduğu qənaətinə gələndə iş üzrə icraata xitam verir. Biz də Ali Məhkəməyə şikayətimizdə bu məsələni qoymuşduq".

Vəkil hesab edir ki, Ələsgərova qarşı irəli sürülmüş ittihamlar əsassızdır və sübuta yetirilməyib.

Vəkil deyir ki, sentyabrın 27-də Ali Məhkəmədə qərar çıxarılandan sonra o, həmin qərardan çıxarışı da götürüb Naxçıvana gedib. Ələsgərovun saxlandığı qarışıq tipli cəzaçəkmə müəssisəsinə həmin qərarı təqdim edərək müvəkkilinin azadlığa buraxılmasını istəyib. Lakin müəssisə rəhbərliyi Ali Məhkəmənin qərarını icra etməkdən imtina edib.
"Saat 19 radələrində artıq müəssisənin qarşısında idim. Təxminən üç saat gözlədəndən sonra dedilər ki, sabah (sentyabrın 28-i nəzərdə tutulur) səhər saat 9-da gəlim, məsələ həllini tapacaq. Əslində bu, qanunsuzdur, çünki Ali Məhkəmənin qərarı var və icra olunmalıdır. Vəli Ələsgərov artıq orada qanunsuz saxlanılır", – Xasayev bildirib.

İşgəncələrdən şikayət vermişdi

Vəli Ələsgərov təxminən 15 il Naxçıvanda nazir vəzifəsində çalışıb. 2015-ci ilin oktyabrında Bakıda - Milli Təhlükəsizlik Nazirliyində Eldar Mahmudovun vəzifəsindən uzaqlaşdırılması, 20-dən artıq vəzifəli şəxsin, o cümlədən beş generalın həbsi ilə nəticələnən əməliyyatdan az sonra – dekabrda Ələsgərov da nazir postundan kənarlaşdırılıb. Az sonra isə cinayət məsuliyyətinə cəlb olunub. Əvvəlcə bir müddət ev dustaqlığında saxlanılan Ələsgərov sonradan həbs edilib. O, həbsdə olduğu dövrdə işgəncələrə məruz qaldığını deyirdi. Bununla əlaqədar rəsmi qaydada şikayət də vermişdi.
Ələsgərovun özü də vəzifədə işlədiyi dövrdə adı işgəncələrdə, Naxçıvanda ictimai-siyasi fəallara qarşı təzyiqlərdə hallanırdı.
Ali Məhkəmənin V.Ələsgərovla bağlı qərarını gözlənilməz, hətta sensasiyalı hesab etmək olar. O səbəbdən ki, MR rəhbərliyinin keçmiş nazirə qəzəbinin azaldığına dair heç bir əlamət mövcud deyildi. V.Ələsgərov əvvəlki kimi həbsxanada çətin şərtlər altında saxlanılırdı. Hətta bir müddət əvvəl onun həbsxanada öldüyü barədə də məlumat yayılmışdı. V.Ələsgərovun Ali Məhkəmənin qərarından sonra azadlığa buraxılmaması da düşündürücüdür. 


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baş prokuror Naxçıvan MTN-in keçmiş rəhbərini şəxsən döyüb

    Baş prokuror Naxçıvan MTN-in keçmiş rəhbərini ...

    3-06-2016, 16:11

  • 
  • Naxçıvanın sabiq milli təhlükəsizlik nazirini təcridxanada döyüb, üzünə tüpürüblər

    Naxçıvanın sabiq milli təhlükəsizlik nazirini ...

    28-04-2016, 16:29

  • 
  • Vəzifə səlahiyyətlərindən sui-istifadə etdi, iş məhkəməyə getdi

    Vəzifə səlahiyyətlərindən sui-istifadə etdi, iş ...

    25-12-2014, 23:18

  • 
  • "Beynəlxalq Bank işi" məhkəməsi təxirə salınıb

    "Beynəlxalq Bank işi" məhkəməsi təxirə ...

    14-09-2016, 13:39

  • 
  • Eldar Həsənovun biznes şəriki həbs edilib

    Eldar Həsənovun biznes şəriki həbs edilib ...

    23-09-2020, 11:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu