GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Rasim Məmmədov: “Atalıq elədiklərim gəlib üzümə durdular”

Rasim Məmmədov: “Atalıq elədiklərim gəlib üzümə durdular”

Tarix: 8-10-2022, 22:07 Bölmə :GündəmXəbər / Manşet Baxış: 350


“Məni Prezident Administrasiyasına çağırdılar, orada vəziyyəti danışdım…”


“Gəlib burada üzümə duranların əksəriyyətinə mən “atalıq” eləmişəm. Yusifi üç dəfə türmədən xilas eləmişəm, o da gəlib üzümə dayanacaq…“, – “Baku Steel Company”nin (poladəritmə zavodu) keçmiş rəhbəri Rasim Məmmədov oktyabrın 7-də öz məhkəməsində bildirib.

46 yaşlı Rasim Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyilə baxılır.

Budəfəki məhkəmə iclasında üç şahid dindirilib. Onlardan biri – İlham Əliyev öncə “S-Steel”, daha sonra “Baku Steel Company”nin işçisi olub. O bildirib ki, “S-Steel” şirkətində işləyəndə də metal satanlardan onları alıb, “Baku Steel Company”ə verirdilər. Şahidin sözlərinə görə, o, həm metalın alışı, həm də “S-Steel”in 250-ə qədər işçisinin maaşı, bonusları və s. məsələlərlə bağlı işləri cədvəl şəklində hazırlayıb, “Baku Steel Company”nin mühasibatlığına təqdim edirdi.

Məhkəmədə ondan soruşulub ki, alınan metalın qiyməti, satıcılara ödənilən məbləğlə bağlı rəsmi sənədlərdə göstərilənlərlə real rəqəmlər arasında fərq vardımı? O bildirib ki, heç bir fərq olmayıb, neçəyə alıblarsa, o qiymətə də rəsmiləşdiriblər.

Bu zaman şahidin istintaqdakı ifadəsi onun nəzərinə çatdırılıb. Orada yazılıb ki, alınan qiymətlə sənəddə göstərilən rəqəm arasında fərq olurdu. Sənədlərdə qiymət şişirdilirdi, metalın alış qiyməti yuxarı göstərilirdi. Bununla da metal satıcılarına ödənilən məbləğdən daha çox vəsait kassadan çıxarılırdı. İfadədə qeyd olunub ki, nəticədə kassadan 3 milyon 478 min manat artıq pul çıxarılıb. Lakin o pulu kimin götürdüyünü bilmir.

Şahid İlham Əliyev bildirib ki, istintaqda ifadəsində belə deməyib. Onun sözlərinə görə, ifadəsini oxumadan imzalayıb. Şahid əlavə edib ki, bəzi hallarda satıcılar müəyyən sənədləri özlərilə gətirməyəndə, yaxud öz əllərində vermək üçün kifayət qədər pul olmayanda metal satanlara borclu qalırdılar. Sonradan gəlib pullarını aparırdılar. O, istisna etməyib ki, istintaqda satıcılara borclu qaldıqları vəsaitdən bəhs edib, müstəntiq bunu mənimsəmə kimi qeyd edib.

Rasim Məmmədov şahidə təşəkkür edib:

“Baxmayaraq ki, bu adamı ilk dəfə görürəm, onun üçün heç nə eləməmişəm, gəlib burada düzünü danışdı. Amma yaxşılıq elədiklərimin bir çoxu gəlib burada üzümə durdu”.

Məhkəmədə şahid qismində dindirilən daha bir şahid “Azərboru”nun baş direktorunun müşaviri Azad Əmirov olub. O bildirib ki, zavodda rekonstruksiya zamanı köhnə metallar yük maşınlarıyla “Baku Steel Company”ə göndərilirdi. Lakin ümumilikdə nə qədər dəmir qırıntısı göndərildiyini bilmir. Deyir ki, onları çəkmək, bu prosesə nəzarət eləmək onun səlahiyyətinə aid məsələ deyildi: “Darvazada gözətçilər vardı, gəlib-gedən maşınlara onlar baxırdı“.

Azad Əmirovun istintaqa ifadəsində yazılıb ki, “Azərboru”dan ümumilikdə “Baku Steel Company”ə 120 min ton dəmir gedib.

Amma o, məhkəmədə bunu təkzib edib. Deyib ki, nə qədər metal getməsini o bilə bilməzdi:

“Mən 120 min ton metal getdiyini deməmişəm”.

Rasim Məmmədov da bunu təkzib edib. O bildirib ki, “Azərboru” ərazisində 120 min ton metal qırıntısı ola bilməzdi.

Həbsdə olan iş adamı əlavə edib ki, “Azərboru” zavodu çox pis vəziyyətdə alınmışdı. Prezident Administrasiyasında ona təklif olunub ki, zavodu alsın:

“Azərboru”nu sökə-sökə gedirdilər, pis günə qoymuşdular. Bir gün mən ora getdim, dedim ki, qoymayacam sökməyə. Məni Prezident Administrasiyasına çağırdılar. Orada vəziyyəti danışdım, dedilər ki, istəyirsənsə, al, bərpa elə. Mən də Mərkəzi Bankdan 20 milyon kredit götürüb “Azərboru”nu aldım”, – Rasim Məmmədov bildirib.

“Baku Steel Company”dən 185 milyonluq yeyintidə ittiham olunan Rasim Məmmədovun məhkəməsi oktyabrın 10-da davam edəcək.

Rasim Məmmədov 2021-ci ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.

Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb./meydan tv/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Qala” sığortaların rəhbəri “Baku Steel Company”ə direktor təyin edildi - RƏSMİ

    “Qala” sığortaların rəhbəri “Baku Steel Company”ə ...

    11-03-2021, 14:16

  • 
  • "Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib

    "Baku Steel Company” şirkətinin rəhbəri ...

    1-02-2021, 11:17

  • 
  • Rasim Məmmədovun həbsi ilə bağlı İLGİNC İDDİA - Son anda Ramiz Mehdiyev...

    Rasim Məmmədovun həbsi ilə bağlı İLGİNC İDDİA - ...

    2-02-2021, 11:52

  • 
  • “Baku Steel Company” Ramiz Mehdiyevin əlindən çıxdı

    “Baku Steel Company” Ramiz Mehdiyevin əlindən ...

    12-05-2020, 21:44

  • 
  • Rasim Məmmədov həbs edildi

    Rasim Məmmədov həbs edildi ...

    28-01-2021, 19:48


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu