GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Nazirin müəllimləri gözdən salması təhlükəli tendensiyadır - HƏQİQƏTƏN DƏ...

Nazirin müəllimləri gözdən salması təhlükəli tendensiyadır - HƏQİQƏTƏN DƏ...

Tarix: 14-10-2022, 14:44 Bölmə :GündəmXəbər / Manşet Baxış: 409


Elm və təhsil naziri Emin Əmrullayev bəzi müəllimlərin bilik səviyyəsinin aşağı olmasından şikayətlənib. Nazir REAL TV-yə müsahibəsində etiraf edib ki, müəllimlərin sertifikasiya imtahanlarında iştirak edən 11 min müəllimdən iki min nəfəri kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilməyib.


E.Əmrullayevin bu açıqlaması müzakirələrə səbəb olub. Orta məktəblərdə dərs deyən 2 min müəllimin sadə suala cavab tapa bilməməsi kəskin tənqidlərə tuş gəlib. Bildirilir ki, savadsız müəllimlərin məktəblərə ayaq açması savadsız nəslin yetişməsinə gətirib çıxara bilər.
GUNDEMXEBER.AZ-ın məlumatına görə, E.Əmrullayevin açıqlamasını şərh edən təhsil eksperti Kamran Əsədov isə “Şərq”ə açıqlamasında deyib ki, müəllimlərin aşağı nəticə göstərməsi hazırkı Elm və Təhsil Nazirliyinin və müəllim yetişdirən universitetlərin günahıdır: “Ölkənin 4432 orta ümumtəhsil məktəbində 142 min müəllim var. Müəllimlərin 12 mini, yəni ibtidai sinif müəllimləri Elm və Təhsil Nazirliyi tərəfindən sertifikasiya imtahanına cəlb olunub. Nəticələr isə ürəkaçan deyil. Amma burada ittiham edəcəyimiz şəxs heç bir halda müəllimlər olmamalıdır. Məktəbdə bir müəllimin biliyi zəifdirsə, onu yetişdirən sistemdir.
İndiki heyət israrla iddia edir ki, təhsil sistemində mövcud problemlər əvvəlki dövrdən qalıb. Yəni nəzərdə tuturlar ki, bu problemlər keçmiş təhsil naziri Misir Mərdanovun dövründə yaranıb.
Bu qədər gülməli fikir ancaq “Planet Parni iz Baku”nun tamaşalarında ola bilər.
Axı 2013-cü ildən etibarən təhsil sistemində sizsiniz!?.
Misir müəllim 1998-2013-cü ildə təhsil naziri olub və müstəqilliyin ilk illərində təhsil sistemində ciddi problemlər var idi. Onun dövründə qanunvericilik aktları hazırlandı, struktur dəyişiklikləri edildi.
Bəli, bu dövrdə ehtiyacdan artıq müəllim qəbulu həyata keçirilib, diplomu dövlət nümunəli olmayanların işə qəbulu həyata keçirilib.
O dövrdə bu sənədlərin sistem ilə yoxlanması mümkün olmayıb.

Axı düz 10 ildir təhsil sistemini siz idarə edirsiniz, nə dəyişib?

Bugünkü problemlərin kökündə keçmiş sistemin yaratdığı problemlər durursa da, uğurlarının da təməli o dövrdə qoyulub. Bu gün orta məktəblərdə dərs deyən müəllimlərin heç də hamısının işə qəbulu Misir müəllimin nazir olduğu dövrə təsadüf etmir.
Son 10 il ərzində orta məktəblərə 80 mindən çox müəllim işə qəbul edilib. Bu, ümumi müəllimlərin 60 faizi deməkdir. Deməli, sizin imtahanlar doğru deyil.
Son 10 ildə 2 mindən çox müəllimə əməkdar müəllim, tərəqqi medalı vermisiniz, hansı göstəricilərə görə?
10 il ərzində nə qədər təkmilləşdirilmə təlimlərinə pul ayrılıb, milyonlarla vəsait təhsilin inkişafı, müəllim keyfiyyətinin yüksəldilməsi üçün qrant layihələrinə paylanılıb. Hanı nəticə?”.
Ekspertin fikrincə, nazirin müəllimləri gözdən salmağa yönəlmiş çıxışlar etməsi düzgün deyil. Bu, Azərbaycanın təhsil sistemi üçün çox təhlükəli bir tendensiyadır. Bu açıqlamalar dayandırılmalıdır: “İmtahana cəlb olunan müəllimlərin hansısa bir test tapşırığını yaza bilməməsinin kökü ali təhsil müəssisələrindən qaynaqlanır. 10 il ərzində hansı universitetdə yoxlama aparılıb, keyfiyyətə nəzarət edilib?! Şaftalı sözünü düzgün yaza, kvadratın sahəsini hesablaya bilməyən müəllimlər yadplanetli deyil ki!? Onlar Elm və Təhsil Nazirliyinin nəzdində olan ali təhsil müəssisələrinin məzunlarıdır. Məktəbdə dərs deyən müəllimlərin yox, universitetdə təhsil alan tələbələrin bilik və savad göstəricilərini yoxlamaq, onları əmək bazarına savadlı kadr kimi hazırlamaq lazımdır. Qiymət yazıb, diplom verdiyiniz məzunlara savadsız demək onların yox, nazirliyin ayıbıdır. Müəllimlərin təkmilləşdirilməsi üçün keçirilən kursların heç biri keyfiyyətli deyil. Bu sahəyə ayrılan milyonlarla vəsait aidiyyəti qurum tərəfindən mənimsənilib. Nazir bir dəfə də öz müavinlərini, şöbə müdirlərini imtahana cəlb etsin görək onlar testdən keçə bilirlər!? Xaricdə təhsil almaqla deyil ki! Nazirliyin sektor müdirlərinin heç biri dövlət qulluğu imtahanından keçməyib”.
Millət vəkili Etibar Əliyev isə məsələ ilə bağlı öz fikirlərini belə ifadə edib:
“Elm və təhsil naziri Emin Əmrullayev maraqlı statistika açıqlayıb: “İmtahanda iştirak edən 10-11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir. Burada güzəşt etmək mümkündürmü? Əlbəttə, yox. Təhsildəki hər hansı bu tip güzəştlər Vətənə xəyanətdən daha ciddi problemdir. Yəni öz fənnini bilməyən müəllim 6 yaşlı uşağın qarşısına  çıxıb gələcəyini əlindən alırsa bundan pis nəsə təsəvvür edə bilmirəm”.
Əgər müəllim yeni məzunlar qrupuna daxildirsə, bu acınacaqlı hala görə müəllim hazırlayan ali məktəblər cavabdehlik daşıyırlar.
Əgər müəllim çoxdanın müəllimidirsə, onda o, təkmilləşməyə cəlb olunmayıb (cəlb olunubsa, lap pis), ən əsası isə özü-özünü təkmilləşdirməyib. Ali məktəblərin birində "Kimya" imtahanında tələbələrdən Xlorun (Cl) və Dəmirin (Fe) valentliyini soruşdum, bilən olmadı. Müəllim hazırlayan ali məktəblərn birində isə 4 -cü kurs "Fizikanın tədrisi metodikası" dərsində isə məşhur Maks Plank düsturunu soruşdum, bunu da bilən olmadı. "Fəlsəfə" fənnindən keçirilən imtahanın sualları isə bizim ötən əsrin 80-ci illərində keçdiyimiz cəfəngiyyat bir elm olan "Dialektik materializm"in sualları idi. Nazirin təbirincə desək, bunlar da cinayətdir...”.
 

Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  •  Məktəblərdə savadsız müəllimlərin sayı 70 faizdən çoxdur - Ekspertdən İTTİHAM

     Məktəblərdə savadsız müəllimlərin sayı 70 ...

    13-02-2021, 15:51

  • 
  • Müəllimlərin sertifikasiya imtahanlarının keçiriləcəyi vaxt açıqlandı

    Müəllimlərin sertifikasiya imtahanlarının ...

    16-07-2020, 15:15

  • 
  • Müəllimlərin yeni artıma əsasən alacaqları əmək haqqı açıqlandı

    Müəllimlərin yeni artıma əsasən alacaqları əmək ...

    1-04-2015, 22:12

  • 
  • Müəllimlərin imtahanı başladı

    Müəllimlərin imtahanı başladı ...

    16-12-2015, 18:17

  • 
  • Mikayıl Cabbarov müəllimlərin maaşlarının artırılmasından danışdı

    Mikayıl Cabbarov müəllimlərin maaşlarının ...

    22-11-2013, 15:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu