Gundemxeber.az » GündəmXəbər » Ağalar Vəliyevin biznes ortağının ölkədən çıxışına qadağa qoyulur - SƏBƏB
"Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Ağalar Vəliyevin biznes ortağının ölkədən çıxışı məhdudlaşdırılır.
Gundemxeber.Az-ın Qaynarinfo-ya istinadla məlumatına görə, "Azəraqrartikinti" ASC-də müxtəlif vəzifələrdə çalışan, iş adamı kimi tanınan Maqsud Əvəz oğlu Gülməmmədovun ölkədən çıxışı məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilib.
Müraciətin səbəbi isə Maqsud Gülməmmədovun 2 saylı Ərazi Vergilər Baş İdarəsinə külli miqdarda vergi borcunun olmasıdır.
Məhkəmə işinə Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyev sədrliyi ilə baxılacaq.
GUNDEMXEBER.AZ
9-09-2022, 16:06
18-12-2015, 00:35
5-08-2016, 01:13
29-04-2016, 01:42
10-10-2018, 13:27
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?