Gundemxeber.az » GündəmXəbər » Konstitusiya Məhkəməsi hakimlərinin geyindiyi mantiya 1215 manatdır - NİYƏ BELƏ BAHA?!.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
GUNDEMXEBER.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, tender müsabiqəsinin qalibi “Emiland” MMC (VÖEN- 1502123641) olub.
Tender müsabiqəsinin şərtlərinə görə “Emiland” MMC Konstitusiya Məhkəməsi hakimləri üçün xüsusi geyimlər (mantiyalar) satacaq. Konstitusiya Məhkəməsi 9 ədəd mantiya üçün “Emiland”ə 10 min 938 manat 60 qəpik ödəyəcək. Rəqəmlərdən də göründüyü kimi bir ədədə mantiyanın qiyməti 1 215 manat 40 qəpik təşkil edir.
Məlumat üçün bildirək ki, “Emiland” MMC 10.08.20112-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 103 min 270 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Teymur Əliyev, ev 86-da yerləşir. Şirkətin qanuni təmsilçisi Hüseynov Hikmət Nazim oğludur.
Onu da bildirək ki, 1998-ci ildən fəaliyyət göstərən və əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etmək olan Konstitusiya Məhkəməsinin hazırda 9 üzvü var.
Gundemxeber.az
1-09-2020, 15:06
21-06-2021, 11:30
14-06-2021, 16:50
8-09-2020, 20:18
6-07-2020, 14:22
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?