Məlum olduğu kimi, dünən səhər saatlarında meyxanaçı Rəşad Dağlı İskəndər Mehtiyev adlı qonşusunu qətlə yetirib.
Baş verən hadisəyə səbəb, İskəndərin Rəşad Dağlı haqqında qəbuledilməz söyüşlər söyməsi olub.
Belə ki, şəxsi münasibətlər zəminində Rəşad Dağlı İskəndəri bıçaqlayaraq öldürüb. GundemXeber.Az bildirir ki, bıçaqlanaraq öldürülən İskəndər Mehtiyev xeyli vaxt həbsxanada olub və meyxanaçı Ələkbər Yasamallının dayısı oğludur.
Deyilənə görə, həbsdən azadlığa yenicə çıxan İskəndər Mehtiyev, bir-neçə yerlərdə meyxanaçının ünvanına ağır söyüşlər işlədib.
Rəşad Dağlı isə İskəndərlə məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb və bu gün səhər saat 05:00 radələrində hər iki şəxs Lökbatan dairəsi deyilən ərazidə görüşüblər. Bundan sonra, aralarında yaranan münaqişə zəminində ölüm hadisəsi baş verib.
Hadisədən dərhal sonra, Rəşad Dağlı polisə təslim olaraq, törətdiyi hadisəni etiraf edib.
Ehtimal olunur ki, Rəşad Dağlının ünvanına işlədilən söyüşlər, aşağıda təqdim etdiyimiz videoda ifa etdiyi meyxana səbəb olub.
Sorğu
Yeni dizaynımız necədir?