Gundemxeber.az » GündəmXəbər » Zaman Novruzovun ZAMANI YETİŞMƏYİB? - Yeni sədrin MENYUSUNA...
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində son dönəmlər danışılan neqativlik, özbaşınalıqlar haqqında bəlkə də gələcəkdə kitablar, dastanlar yazmaq olar. Cavid Qurbanovun bu quruma sədrlik etdiyi dönəmdə narazılıqlar o həddə çatıb ki, artıq yazmaqla bitib tükənmək bilmir.
Cavid Qurbanov Ziya Məmmədovu qapı arasında qoyub bu quruma sədr təyin olunduqdan sonra qurumda maraqlı kadr islahatları aparıb.
Belə ki, həmin dönəmdə eks spiker Oqtay Əsədovun qohumu Zaman Novruzovu özünə müavin təyin edən Cavid Qurbanov qurumda qara işləri ona həvalə edərək özünün qara kassasına çevirir.
Vaxtilə "Azərsu" ASC-də Satış Departamentinin rəhbəri olan Zaman Novruzov demək olar ki, bu qurumda da haqqında heç də müsbət sözlər danışılmayıb. Bir sozlə hansı qurumda vəzifədə olubsa adı qalmaqallarda, korrupsiya, rüşvətdə hallanıb. Qısacası Zaman Novruzov Dəmir Yollarının sədr müavini olmamışdan əvvəl də “Azərsu"yun talan edilməsində əvəzsiz rol oynayıb.
Prezidentin muxalif sərəncamı ilə Dəmir Yolunda postunu itirən Qurbanov onu isə bir neçə ay vəzifəsini icra edən Hicran Valehov dönəmində də Zaman Novruzova gözün üstündə qaşın var deyən olmayıb.
Mənbə bildirir ki, Zaman Novruzov bir vaxtlar Oqtay Əsədov, Ağalar Vəliyev kimi dırnaqarası oliqarxların qara işinin başında dayanıb elə məhz bu bacarığına görə də Qurbanov onu özünə müavin təyin edərək bir çox qara işlərini ona həvalə etmişdir.
Qeyd edək ki, dəmiryolunda keçirilən tenderlər, eləcə də təmir tikinti, təsərrüfat işləri, həkim-sanitar xidməti Zaman Novruzovun kurasiyasına daxil idi. Mənbə bildirir ki, Zaman Novruzov olduqca böyük biznesə imkanlara malikdir hətta onun xaricidə də dəyərli mlyonlarla ölçülən muxtəlif biznes şəbəkəsi var.
Bir neçə gün bundan öncə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar cəmiyyətinin sədri vəzifəsinə yeni təyin olunan Rövşən Rüstəmov bu qurumda artıq köklü islahatlara start verməsi haqqında məlumatlar yerli KİV-ə azda olsa sızdırılır. Mənbə bildirir ki, bundan təşvişə düşən Zaman Novruzov yeni sədrə yaxınlaşmaq üçun bir çox qapıları döysədə hələ müsbət cavab ala bilməyib.
Bəs görəsən Rövşən Rüstəmov Cavid Qurbanovun qara kassalarından biri olan adı müxtəlif korrupsiya, rüşvətxorluqda hallanan bir sözlə Dəmir Yolundakı maxinasiyaların bir çoxuna şərik olan Zaman Novruzovu yenidən özünə müavin kimi vəzifəsində saxlayacaqmı? Bu suala cavab yeni sədrin yaxın zamanlardakı faliyyəti cavab verəcək.
Mənbə onu da iddia edir ki, yaxın zamanlarda sözü gedən Dəmir Yollarında ciddi yoxlamalar və araşdırmalar aparılacaq həmin araşdırmalara Cavid Qurbanovun bir çox müavinləri Qurbanov dönəmində vəzifə verdiyi bir çox şəxslər eləcə də Zaman Novruzov araşdırlamalara cəlb olunacağı deyilir.
Qarşı tərəfin də mövqeyini tanıyırıq./azerbaycanrealligi.com/
31-10-2018, 14:19
9-02-2015, 22:28
11-08-2021, 11:24
25-05-2022, 14:26
12-10-2016, 19:23
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?