Xəbər verdiyimiz kimi, bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 30 il ötməsi münasibətilə Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Tədbirə YAP üzvləri ilə yanaşı, digər partiyaların sədrləri də qatılıblar.
Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov isə tədbirə qatılmayıb.
Jurnalist Heydər Oğuz yazıb ki, Vasif Talıbov partiyanın yubileyinə qatılmaq üçün Bakıya gəlib, lakin onu qapıdan içəri buraxmayıblar.
Son vaxtlar Vasif Talıbovun başını “qara buludla”rın aldığı, hətta Naxçıvanın muxtar respublika statusunun ləğv ediləcəyi ilə bağlı xəbərlər tirajlanır. Bu səbəblə onun yubiley tədbirində görünməməsi diqqət çəkib.
Qeyd edək ki, tədbirdə Prezident Administrasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyev də iştirak etməyib.\Bakupost.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?