GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » GÖMRÜKDƏ SAXTA SƏNƏDLƏRLƏ YIĞILAN MİLYONLAR… - Sahibkarlar DTX-nın yeni əməliyyatına ehtiyac olduğunu deyir…

GÖMRÜKDƏ SAXTA SƏNƏDLƏRLƏ YIĞILAN MİLYONLAR… - Sahibkarlar DTX-nın yeni əməliyyatına ehtiyac olduğunu deyir…

Tarix: 2-12-2022, 19:32 Bölmə :GündəmXəbər / Manşet Baxış: 366


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Dövlət Gömrük Komitəsində ardıcıl əməliyyatlardan və ikisi general olmaqla bir qrup vəzifəli şəxsin həbs olunmasından sonra, 23 aprel 2018-ci ildən Dövlət Gömrük Komitəsinin sədri olan Səfər Mehdiyev 16 iyulda vəzifəsindən azad edildi. İki gün sonra, yəni 2022-ci il iyul ayının 18-də  Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Bağırov Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edildi. Sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası birinci müavin Şahin Bağırova həvalə edildi.


Qeyd edək ki, Şahin Bağırov gömrük orqanlarında 1992-ci ildən xidmət göstərir və inspektor vəzifəsindən DGK sədrinin birinci müavini vəzifəsinədək yüksəlib. Səfər Mehdiyev DGK-nın sədri təyin ediləndən qısa zaman sonra Ş.Bağırov sədr müavini vəzifəsindən azad edilərək, istefaya göndərilmişdi.
Səfər Mehdiyev tərəfindən gömrük sistemindən çıxarılan Şahin Bağırov daha sonra Əmlak Məsələləri Dövlət Xidmətində çalışmağa başladı. Yuxarıda qeyd etdiyimiz kimi, S.Mehdiyev DGK-nın sədr vəzifəsindən azad edildikdən sonra Ş.Bağırov yenidən Gömrük Komitəsinə, üsttəlik bu dəfə sədrin birinci müavini vəzifəsinə təyin edildi.
Bütün bu məqamları ona görə qeyd edirik ki, Şahin Bağırov bu vəzifəyə təyin edilərkən, istər hökumət rəhbərliyində, istər də vətəndaşlarda peşəkar bir gömrükçü kimi ona böyük ümid yaranmışdı. Belə ki, hər kəs Şahin Bağırovun gəlişi ilə sələfi Səfər Mehdiyevin rüşvət və korrupsiya bataqlığına saldığı Dövlət Gömrük Komitəsində bir çox problemlərin həll ediləcəyini gözləyirdi. Lakin qarşılaşdığımız problemlər və apardığımız araşdırmalar onu deməyə əsas verir ki, Ş.Bağırov ona bəslənən ümidləri heç də doğrultmaq iqtidarında deyil. Üstəlik, gömrükdə çoxsaylı qanunsuzluqlarla üzləşən sahibkarlar, eləcə də əksər vətəndaşlar Dövlət Təhlükəsizliyi Xidmətinin DGK-da yeni bir əməliyyat keçirməsinə ehtiyac olduğu qənaətindədir…

Məlumat üçün dəyərli oxucularımıza bildirək ki, “Yeni Sözçü” qəzetinin Baş redaktoru Arzuman Nəbiyev müvəqqəti istifadəsində olan və KK-903-EE dövlət nömrə nişanlı (Gürcüstan) Mercedes-Benz markalı avtomobilin koronavirus pandemiyası ilə əlaqədar, əksər soydaşlarımız kimi, 2020-ci ilin martından bu ölkəyə göndərə bilməyib və avtomobil Azərbaycanda qalıb. Avtomobilin məxsus olduğu Gürcüstan vətəndaşının təxrəsalınmaz ehtiyacları yarandığı üçün, Baş redaktoru bu günlərdə həmin maşını Gürcüstana göndərmək zərurəti ilə qarşılaşıb. O, avtomobili Gürcüstana göndərmək üçün Azərbaycanda qaldığı hər günə görə “torpaq basdı” və s. rüsumlar adı altında nə qədər pul ödəməli olduğu ilə bağlı məlumatlara aydınlıq gətirmək istəyib. Bu məqsədlə 05.10.2022-ci il tarixdə və 11. 10.2022-ci il tarixdə Dövlət Gömrük Komitəsinə və şəxsən sədrin səlahiyyətlərini icra edən birinci müavin Şahin Bağırova müraciət edib. Bir neçə gün sonra Arzuman Nəbiyevin müraciətinə DGK-nin Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi rəisi müavini Mübariz Mustafayevin imzası ilə cavab verilib. Həmin cavabda idarə rəisinin müavini yazır ki, sərhədkeçmə ilə bağlı tətbiq olunan məhdudiyyətlər 01 noyabr 2022-ci ilə kimi uzadıldığı üçün, bu məhdudiyyətlər aradan qaldırılandan sonra xarici dövlətlərdə qeydiyyatda olan və müvəqqəti istifadə məqsədilə gətirilmiş avtomobillər ölkədən çxarıla bilər.
Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi rəis müavini Mübariz Mustafayevin imzası ilə verilən cavabda daha sonra qeyd edilir ki, bu zaman koronavirus pandemiyasının yaratdığı fors-major vəziyyət nəzərə alınacaq. Fors-major vəziyyətin nəzərə alınması bütün dünyada hüquqi əsaslardan biridir. Azərbaycanda da koronavirus pandemiyasının yaratdığı fors-major vəziyyətin nəzərə alınacağı çox təbii hal olardı. Ancaq belə görünür ki, Dövlət Gömrük Komitəsi koronavirus pandemiyasının yaratdığı fors-major vəziyyəti nəzərə almaq niyyətində deyil.

Belə ki, Arzuman Nəbiyev istifadəsində olan avtomobili Gürcüstana göndərən zaman 60 ABŞ dolları məbləğində “yol vergisi”ndən əlavə, avtomobilin Azərbaycanda qaldığı hər günə görə 0.60 cent cərimə hesablayıblar. Nəticədə Baş redaktordan 828 manat pul alqdıqadan sonra, avtomobilin Gürcüstana keçirilməsinə izn veriblər.
Çox maraqlıdır ki, “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin rəsmi şəxsləri Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəis müavini Mübariz Mustafayevin imzası olan cavabı nəzərə almaqdan imtina ediblər. Belə çıxır ki, Covid-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin uzadılması və quru sərhədlərini bağlanılması ilə bağlı rəsmi qərarlara görə vətəndaşlar cəzalandırılır. Gömrük orqanlarında baş verən hadsə məhz bu cür qiymətləndirməyə imkan verir.
Çox maraqlıdır ki, Mercedes-Benz markalı avtomobilin Gürcüstana keçidinə icazə verilməsi üçün alınan 828 manatla bağlı verilən “sənəd”in rəsmiliyini təsdiq edən heç bir möhür və imza da yoxdur. “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində isə, məhz bu möhürsüz, imzasız “sənəd”lər əsasında insanlardan hər ay milyonlarla manat həcmində pul toplanılır.
Xatırladaq ki, Şahin Bağırovun Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini və sədr təyin olunanadək həmin vəzifənin müvəqqəti icrasının ona həvalə edilməsindən 4 aydan artıq vaxt keçir. Amma bu müddət ərzində Dövlət Gömrük Komitəsinin fəaliyyətində ciddi irəlilyiş hiss edilmir. Hətta gömrük orqanlarında xidmətin səviyyəsinin pisləşməsi, korrupsiyanın artması ilə bağlı söz-söhbətlər də artıb. Belə görünür ki, sahibkarların və vətəndaşların istəyi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin DGK-da yeni, ancaq daha geniş əməliyyat keçirməsi qaçılmaz olacaq.
Adının çəkilməsini istəməyən gömrük eksperti isə hesab edir ki, Şahin Bağırov savadlı kadrlardan biri olmasına baxmayaraq, DGK-dakı vəziyyəti nəzarət altına ala bilməyib. Ekspert bunun səbəbini DGK-da Kəmaləddin Heydərov və Səfər Mehdiyevə  yaxınlığı ilə tanınan kadrların Şahin Bağırovun uğur qazanmasını əngəl olmalarıdır. Hətta Dövlət Gömrük Komitəsi sədrinin birinci müavinin fəaliyyətinin “sabotaj” olunduğu ilə bağlı da iddialar var.
Bütün bu məlumatlara aydınlıq gətirilməsi üçün yaxın günlərda daha geniş araşdırma aparacağıq. DGK-da qanunsuzluqla üzləşən sahibkarların və vətəndaşların, eləcə də komitə rəhəbrliyinin mövqeyini dərc etməyə hazırıq./“Yeni Sözçü”/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gömrüyün yeni sədri MAŞIN BİZNESİNƏ BAXIRDI... - İLGİNC İDDİALAR...

    Gömrüyün yeni sədri MAŞIN BİZNESİNƏ BAXIRDI... - ...

    18-07-2022, 15:50

  • 
  • Millət vəkilinin general oğlu vəzifəsindən azad edildi - Səfər Mehdiyevin əmri ilə...

    Millət vəkilinin general oğlu vəzifəsindən azad ...

    6-11-2018, 14:20

  • 
  • Yeni sədr rəislərin yerini dəyişdi

    Yeni sədr rəislərin yerini dəyişdi ...

    4-05-2018, 16:21

  • 
  • General Səfər Mehdiyevin tələbə yoldaşını işdən çıxardı - ƏMR

    General Səfər Mehdiyevin tələbə yoldaşını işdən ...

    17-09-2022, 17:22

  • 
  • Səfər Mehdiyevin daha bir kadrı `VURULDU` - ƏMR

    Səfər Mehdiyevin daha bir kadrı VURULDU - ƏMR ...

    16-08-2022, 11:50


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (446)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu