GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sahibkar “EuroHome” Ticarət Mərkəzinin rəhbərinə “od püskürdü" - NARAZILIQ

Sahibkar “EuroHome” Ticarət Mərkəzinin rəhbərinə “od püskürdü" - NARAZILIQ

Tarix: 8-12-2022, 07:44 Bölmə :GündəmXəbər / Manşet Baxış: 634


Xaliq Haqverdiyev: “Baş verən yanğın hadisəsi zamanı mənə 612 min dollar dəyərində, qardaşım Xaqani Haqverdiyevə isə 604 min manat dəyərində ziyan dəydi”


Məlumdur ki, 2020-ci ilin may ayında Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan dairəsinə yaxın ərazidə Azay Möhnətovun rəhbərliyi altında fəaliyyət göstərən “EuroHome” Ticarət Mərkəzində  ikinci dəfə yanğın hadisəsi baş verir və hadisə nəticəsində xeyli sayda mağazalar yanaraq külə  dönür. Düzdür, ölkə rəhbərinin tövsiyəsindən sonra sahibkarlar sığorta şirkətlərinə üz tutsalar da, son anda onlar mallarını heç cür sığorta etdirə bilmirlər. Yəni, sığorta şirkətləri bazarı sığorta etmək qərarında olmurlar. Buna da əsas səbəb, bazar infrastrukturunun təhlükəsizlik tələblərinə cavab verməməsi olur ki, həmin vaxtlarda külli miqdarda ziyan çəkən sahibkarlardan biri də, Haqverdiyev Xaliq Murğuz oğlu olur. Bu şəxs indiyə kimi ona ödənilməli olan kompensasiyanı heç cür əldə edə bilmədiyindən, son anda üz-üzə qaldığı belə bir problemi ictimailəşdirmək, həmçinin bu haqda aidiyyatı dövlət qurumlarını məlumatlandırmaq qərarına gəlir. Dünən gundemxeber.az saytının redaksiyasına müraciət edən və Bakı şəhəri, Xətai rayonu, Birinci Əhmədli qəsəbəsi, ev-26A ünvanında qeydiyyatda olan, hal-hazırda isə Abşeron rayonu, Masazır qəsəbəsi, Səməd Vurğun küçəsində ailəlikcə müvəqqəti yaşayan Xaliq Haqverdiyev qeyd edir ki, “Mən təqribən 5-6 il bundan əvvəldən Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan dairəsinə yaxın ərazidə Azay Möhnətovun rəhbərliyi altında fəaliyyət göstərən “EuroHome” Ticarət Mərkəzində  kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başladım. Həmin vaxtlarda bu ticarət mərkəzində istifadə etdiyim mağazanın və mağazaya aid anbarın ümumi sahəsi təqribən 200 kvm idi və burada əsas etibarilə elektrik mallarının satışı ilə məşğul olurdum. Qeyd edim ki, həm mağazadan, həm də mağazanın anbarından istifadə etdiyimə görə, bu ticarət mərkəzinə ilk əvvəl 2200 manat, daha sonrakı vaxtlarda isə 1300 manat məbləğində hər ay icarə pulu ödəyirdim. Elə ki, 2020-ci ilin may ayında “EuroHome” Ticarət Mərkəzində  2-ci dəfə yanğın hadisəsi baş verdi, o halda istifadə etdiyim mağaza və mağazanın anbarı tamamilə yanıb külə döndü. Qeyd edim ki, 2019-cu ilin dekabr ayında bu ticarət mərkəzində baş verən ilk dəfə yanğın hadisəsi zamanı, qardaşım Xaqani Haqverdiyevin işlətdiyi iki mağaza və onun mağzalarına aid anbar da yanıb külə dönmüşdü. Baş verən yanğın hadisəsi zamanı mənə 612 min dollar dəyərində, qardaşım Xaqani Haqverdiyevə isə 604 min manat dəyərində ziyan dəydi. Yəni, satışını həyata keçirdiyimiz elektrik malları tamamilə yanıb külə döndü. Həmin vaxtlarda “EuroHome” Ticarət Mərkəzinin sahibi Azay Möhnətov bizə “Heç də narahat olmayın, sizə lazımi məbləğdə kompensasiya ödəniləcək” deyə vəd verirdi. 


Artıq həmin vaxtdan bir neçə il keçsə də, bu ticarət mərkəzinin rəhbərliyi bizə ödəməli olduqları kompensasiyanı vermir. Artıq bu gün elə bir dözülməz vəziyyətə düşmüşük ki, düşdüyümüz vəziyyətdən heç cür çıxa bilmirik. Baş verən yanğın hadisələri zamanı həm qardaşımın, həm də mənim satışını həyata keçirdiyimiz elektrik malları yanıb külə döndüyündən, malları nisyə götürdüyümüz xarici şirkətlərə, ayrı-ayrı şəxslərə olan borclarımızı qaytara bilməmişik. Bundan əlavə, şəxsən bu gün mənim vergiyə 1300 manat məbləğində borcum var. Hazırda Türk Həsən adlı bir şəxs var, mən ona olan borcumu qaytara bilmədiyimdən, o, Masazırda ailəlikcə yaşadığımız evi girov götürüb. Yəni, bu şəxs himayəmdə olan dörd azyaşlı uşağı, həyat yoldaşımı və məni qış fəslinin belə bir vaxtında yaşadığımız evdən çıxartmaq zorunda qoyub. Elə ki, ötən müddət ərzində “EuroHome” Ticarət Mərkəzinin sahibi Azay Möhnətovdan kompensasiya ödənilməsini tələb etmişəm, o halda mənə həm polis əməkdaşlarının, həm də bu ticarət mərkəzində müdir vəzifəsi daşıyan  Sərvan Quliyevin vasitəsilə təzyiqlər göstəriblər. Qeyd edim ki, bu şəxs Azay Möhnətovun qardaşı oğludur. Onu da bildirim ki, ötən il qardaşım Xaqani Haqverdiyev düşdüyü vəziyyətə heç cür dözə bilmədi və rəhmətə getdi. Bütün bunlara baxmayaraq, Azay Möhnətov “EuroHome” Ticarət Mərkəzində çalışan və yanğın hadisələri zamanı zərər çəkən bütün qohum-əqrəbalarının hər birinə lazımi məbləğdə kompensasiya ödətdirib. Yəni, bu haqda dəqiq məlumatlara malikik. Bizim kimi insanlara gəldikdə isə, o, hələ də bildiyi və düşündüyü addımlarını atmaqda davam edir”.

Qeyd edək ki, “EuroHome” Ticarət Mərkəzində ikinci dəfə baş verən yanğın hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov, 12 may 2020-ci il tarixdə mediaya verdiyi müsahibəsində qeyd etmişdi ki, “Mən “EuroHome” Ticarət Mərkəzində yanğın təhlükəsizliyi ilə bağlı olan nöqsanları qeyd elədim. Demək olar ki, bu nöqsanlar iri ticarət mərkəzlərinin əksəriyyəti üçün xarakterikdir. Baxmayaraq ki, bizim aidiyyəti Xidmətlər tərəfindən dəfələrlə obyekt rəhbərlərinə şifahi və yazılı göstərişlər verilib, nöqsanların aradan qaldırılması ilə bağlı vaxt verilib. Lakin qeyd etdiyim kimi, əksəriyyətində bu nöqsanlar aradan qaldırılmayıb. Belə bir səbəblərdəndir ki,  “EuroHome” Ticarət Mərkəzində ikinci dəfə yanğın baş verib”.

      Bəli, bütün bunlar onu söyləməyə əsas verir ki, “EuroHome” Ticarət Mərkəzində yanğın hadisəsinin baş verməsinə əsas səbəb, bu ticarət mərkəzinin rəhbərliyi tərəfindən vaxtında yanğın təhlükəsizliyi ilə bağlı lazımi tədbirlər görülmür. O halda sual oluna bilər ki, bəs bu hadisə ilə bağlı sahibkarlara dəymiş külli miqdarda ziyanı kim ödəməlidir? Söz yox ki, bütün ziyanlıq hadisənin baş verməsinə məsul olan şəxslər tərəfindən ödənilməli və sahibkarlara qarş olan haqsızlıqlar da aradan qaldırılmalıdır.

Yazıda ittiham olunan “EuroHome” Ticarət Mərkəzinin rəhbəri Azay Möhnətovun da mövqeyini dinləməyə hazırıq.

Mövzuya qayıdacağıq.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “EuroHome”un sahibindən açıqlama - "Bazar tezliklə bərpa olunacaq..."

    “EuroHome”un sahibindən açıqlama - "Bazar ...

    13-12-2019, 14:53

  • 
  • "Karvan"ın sahibi yoxa çıxıb-İDDİA

    "Karvan"ın sahibi yoxa çıxıb-İDDİA ...

    13-10-2014, 15:13

  • 
  • “Sədərək”də mağazası yanan sahibkar: “Sığortamız yoxdur”

    “Sədərək”də mağazası yanan sahibkar: “Sığortamız ...

    18-02-2020, 11:20

  • 
  • “EuroHome”da sahibkarlara ödəniləcək kompensasiya ilə bağlı müzakirə keçirilib

    “EuroHome”da sahibkarlara ödəniləcək kompensasiya ...

    13-12-2019, 14:01

  • 
  • “EuroHome”un direktoru HƏBS EDİLDİ

    “EuroHome”un direktoru HƏBS EDİLDİ ...

    27-04-2021, 14:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (489)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu