Gundemxeber.az » GündəmXəbər » Vasif Talıbovun yazdığı istefa ərizəsi səsləndirildi - MÖVQE
Dekabrın 21-də Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbovun istefaya verilməsi ilə bağlı xəbər yayılıb.
Xəbərdə deyilir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin fövqəladə sessiyası çağırılıb və orada V.Talıbovun istefayə verilməsi ilə bağlı ərizəsi səsləndirilib. V.Talıbovun səhhəti ilə əlaqədar istefaya getdiyi bildirilir.
Amma son zamanlar muxtar respublika ətrafında baş verən proseslər, yüksək rütbəli məmurların həbslər Vasif Talıbovun başqa səbəblərdən istefaya getdiyi düşünməyə əsas verir.
Yeni Azərbaycan Partiyasından olan deputat Aydın Hüseynov Turana bildirib ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədrinin istefası muxtar respublikasının deputatlarının səsverməsi ilə qəbul olunur.
O, qeyd edib ki, Naxçıvanın böyük iqtisadi potensialı var, eyni zamanda Naxçıvan onun digər Azərbaycan ərazisi ilə quru əlaqəsinin olmadığına görə həssas bölgəmiz sayılır. “Naxçıvanın iqtisadi potensialının ölkənin ümumi iqtisadi potensialı çərçivəsində daha da inkişaf edəcəyi barədə nikbin fikirlər səsləndirmək olar”.
Deputatın fikrincə son zamanlar Naxçıvanda gedən proseslər, xüsusilə də maliyyə və gömrük sistemində gedən proseslər o qədər də ürəkaçan deyil. “Hesab edirəm ki, ora seçiləcək məclisin sədri özünkündən əvvəl məclis sədrinin buraxdıqları səhv işləri tez bir zamanda düzəldəcək. Ümumilikdə Naxçıvanda iqtisadi potensialla yanaşı böyük intellektual potensial var. Ulu Öndərimizin Naxçıvanda işlədiyi dövrdəki necə böyük bir dövlətçilik əsasını yaradan fundamentin olduğunu biz bilirik. Vasif Talıbov bunu davam etdirə bilmədi. Amma hesab edirəm ki, o vəzifəyə təyin ediləcək şəxs həmin ənənəni davam etdirəcək dəcək və Naxçıvan daha da yüksək inkişaf mərhələsinə qədəm qoyacaq”.
Siyasi şərhçisi Nəsimi Məmmədli bildirib ki, Vasif Talıbov əslində Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Naxçıvanda demək olar ki, hakimiyyətə gəlmiş və ən uzunömürlü hakimiyyətdə olan şəxslərdən biridir. “Onun Naxçıvanda hakimiyyəti təqribən 27 il hökm sürüb. Bu hakimiyyət əslində vətəndaş-dövlət münadibətləri yox, daha çox xan-təbə münasibətləri şəklində olub. Təsadüfi deyil ki, onu Naxçıvan xanı adlandırırdılar”.
Politoloqun fikrincə, Azərbaycanda da bu illər ərzində avtoritar rejim olub. “Amma Naxçıvanla bunu müqayisə etmək mümkün olmayıb. Naxçıvanda o qədər sərt avtoritar rejim olub ki, onun ucbatından minlərlə insan qardaş Türkiyəyə, Bakıya qaçıblar. Bununla yanaşı təsəvvürə gəlməyənə qədər böyük məbləğdə dövlət vəsaitləri mənimsənib”.
Ekspert hesab edir ki, Vasif Talıbov könüllü istefa verməyib. “O, məhz hakimiyyətin ali orqanın, görünür ki, dövlət başçısının onunla bağlı qərarın kifayət qədər ciddi olduğuna nəzərə alaraq istefa verməyə məcburiyyətində qaldı. Görünür ki, İkinci Qarabağ müharibəsindən sonra yaranmış geosiyasi vəziyyətin də burada müəyyən rolu var. Çünki Naxçıvandakı rejim daha çox İran və Rusiya ilə sıx əlaqəsi olan bir rejim idi. Ola bilsin ki, Azərbaycanla Türkiyənin daha çox yaxınlaşmasının da burada rolu var”.
Politoloqun fikrincə, Naxçıvanla bağlı çox böyük işlər görülməlidir. “Naxçıvanın statusu ilə bağlı məsələ nəzərdən keçirilməlidir. Referendum keçirilərək Naxçıvana verilmiş böyük səlahiyyətlər məhdudlaşdırılmalıdır. Bu, həm Ermənistanla danışıqlar prosesində əlavə problem yaradır, eyni zamanda orada kim Ali Məclis sədri postuna təyin olunarsa həmin şəxsin özünün də Vasif Talıbov kimi bir avtoritara çevrilməsi ilə nəticələnə bilər. Ona görə də səlahiyyətlər məhdudlaşdırılmalıdır. Dövlət içində dövlət ola bilməz”.
O, əlavə edib ki, digər regionlardakı kimi bu kadr dəyişikliyi çox da müsbət nəticəsini verəcəyinə inanmır. “Amma hər halda müəyən qədər dövlət nəzarətinin artması müsbət hal ola bilər. Təəssüf ki, Azərbaycanda vətəndaş cəmiyyətinin nəzarəti işləmir. Ona görə də ən azı dövlət orqanlarının nəzarəti lazımdır ki, Naxçıvandakı özbaşınalıqları müəyyən qədər məhdudlaşdırılsın”./pressklub.az/
16-11-2017, 15:10
16-08-2017, 14:54
9-12-2019, 17:17
24-02-2020, 14:22
16-09-2017, 11:43
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?