1. Bu adam kimlərlə sevgili olursa, həmin adamlar məhv olur. Deməli ölkə üzrə "Çdo peçka" mağazalar şəbəkəsinin sahibinin oğlu Anar ilə evləndi, ailə "bankrot" oldu. Şimal bölgəsində ailə Röyaya bir bağ evi də vermişdi. O evin aqibəti ilə bağlı məlumat yoxdur. Bilinmir ki, ailə "bankrot" olandan sonra, evi qaytardı yoxsa yox.
2.) Korpus Komandiri general Rövşən Əkbərovun oğlu ilə uzun illər sevgili olduğu iddiaları səsləndi. Bir gün məlum oldu ki, 20 il korpus komandiri olan general tələbə vaxtı Ukraynada öz kursant yoldaşını öldürüb. Adam əlli ayaqlı getdi. Röya Ayxanla sevgi yaşayan oğlu isə baş götürüb ölkədən getdi.
Röya xanımın Samir adlı bir duet ortağı var idi. "Deyin ona" mahnısı ilə möhür vurub tanınmışdı. Röya xanımın uğursuzluğu onu da məhv etdi. Adam öz dostunu bıçaqladı, məhbəsə düşdü, sənətdən getdi.
İndi araşdırılmalıdır ki, bəlkə də Səlim Müslümov da bu "çəlimsizin" uğursuzluğunun güdazına gedib.
3.) Neçə illər Naxçıvanda özünə xanlıq quran, Vasif Talıbovun başına gələnlər isə hər kəsə məlumdur. Adam Naxçıvanı Azərbaycandan tam qoparmaq istəyirdi. Demək olar ki, müəyyən qədər nail olmuşdur.
Mətbuata yayılan məlumata görə, Vasif "xan"ın oğlu Rza Talıbov Röya Ayxanla bir müddətdir eşq yaşayır, hətta Rza Röyaya dəyəri 8 milyon "əslində 2 milyon" olan villa bağışlayıb. Vasifin və Rzanın sonu isə hər kəsə bəllidir.
Bir sözlə Röya xanım o, çəlimsiz görkəmi ilə bir neçə məmuru yola salıb. Yaxşı olar ki, bu dəfə Röya Ayxan yolunu Baş prokurorluqdan salsın. Çünki, onun uğursuz qədəmlərinə hüquq sistemində haqqı tapdalananaların ehtiyacı var.
Sorğu
Yeni dizaynımız necədir?