GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Hakimiyyətin uğursuz kadr islahatı: “Yenilər” də özünü doğrultmadı - TƏFƏRRÜAT

Hakimiyyətin uğursuz kadr islahatı: “Yenilər” də özünü doğrultmadı - TƏFƏRRÜAT

Tarix: 25-01-2023, 09:50 Bölmə :GündəmXəbər / Manşet Baxış: 240


Bu günlərdə Mədəniyyət naziri Anar Kərimovun Prezidentin Sərəncamı ilə vəzifəsindən azad olunması Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefasının kölgəsində qaldı. Media və sosial şəbəkələrdə ikincinin daha çox müzakirə olunması da bunu təsdiq edir. Bu da təbiidir. Ən azı ona görə ki, Anar Kərimovun nazir kimi bu vəzifədə necə deyərlər, heç ili tamam olmadı. Vasif Talıbovsa nə az, nə çox, düz 27 il idi ki, Azərbaycanın Naxçıvan kimi böyük bir bölgəsinə rəhbərlik edirdi.


Amma bununla belə, Anar Kərimovun vəzifəsindən uzaqlaşdırılmasında da maraqlı cəhətlər çoxdur. İlk növbədə diqqəti çəkən məqam isə Anar Kərimovun son illər aparılan kadr islahatları, gənc kadrların önə çəkilməsi fonunda bu vəzifəyə gəlməsi idi. Başqa sözlə desək, Anar Kərimov Vasif Talıbov və digərləri kimi "köhnələr"dən deyildi.

O, hakim komandanın "islahatçı gənclər" kimi təqdim edilən yeni kadrlarından idi. Və əslində, Anar Kərimovun vəzifəsindən azad edilməsi bir daha təsdiq etdi ki, Prezident İlham Əliyev kadr islahatları məsələsində "köhnələr" və "yenilər" prinsipini tam rəhbər tutmur. Düzdür, son təyinatlar zamanı əlbəttə, gənclərə üstünlük verilir. Lakin bu heç də o demək deyil ki, vəzifəsinin öhdəsindən gələ bilməyənlərə güzəşt edilir və onlar uzun müddət vəzifədə qalırlar. Bu, qətiyyən belə deyil və Anar Kərimovun təyinatının bir ili tamam olmamış vəzifəsindən kənarlaşdırılması bunu bir daha təsdiqlədi.

"Bir daha təsdiqlədi" ifadəsini də təsadüfən işlətmədik. Çünki Anar Kərimova qədər də biz bir sıra yeni kadrlara güzəşt edilmədiyinin şahidi olmuşuq. Belə ki, ötən il sentyabrın 12-də TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı tutduğu vəzifə ilə vidalaşmalı oldu. O bu vəzifədə təqribən 1 il 8 ay çalışdı.

Eləcə də Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov ona göstərilən etimadı doğrultmadığı üçün uzun müddət vəzifəsində qala bilmədi. 2018-ci ilin fevralında icra başçısı təyin olunan bu şəxs 2020-ci il dekabrın 8-də vəzifəsindən azad edildi və həbsə göndərildi. Bir gün öncə - dekabrın 7-də hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad Rayon İcra Hakimiyyətinin inzibati binasında əməliyyat keçirdilər və bir sıra yerli məmurlar saxlanıldılar.

Göründüyü kimi, son 4-5 ildə aparılan kadr islahatları zamanı yalnız "köhnələr" deyil, "yenilər" arasında da vəzifəsi ilə vidalaşan xeyli fiqurlar var. "Köhnələr"lə bağlı məsələ aydındır. Uzun illər vəzifədə olan bu kadrlar idarəetmə sistemində kök salmaqla, yüksək vəzifələrə tanışları və yaxın qohumlarını təyin etməklə yanaşı, rüşvət və korrupsiyaya bulaşıb, qeyri-qanuni biznes şəbəkələri yaradıblar. Ölkədə sağlam idarəetmə mühitinin yaradılması üçün onların vəzifələrindən uzaqlaşdırılması labüd idi və bu iş demək olar ki, 80-90 faiz görülüb.

Bəs, "yenilər", "islahatçı"lar, "xaricdə təhsil alan"lar niyə "vurulur"? Bu suala cavab vermək üçün həmin kadrların vəzifədən uzaqlaşdırılmasında rol oynayan ümumi cəhətlərə diqqət yetirmək kifayətdir.

Nədir bu cəhətlər? Yəqin ki, ilk növbədə media və sosial şəbəkələrdə daha qabarıq nəzərə çarpan ictimai qınaq məsələsini qeyd etmək yerinə düşər. Həm Ramil Bayramlı, həm də Anar Kərimov bu mötəbər vəzifələrə təyin olunanda onlara böyük ümidlər bəslənilirdi. Güman olunurdu ki, Səhiyyə Nazirliyinin bir çox funksiya və səlahiyyətlərini əlindən alan TƏBİB illərlə səhiyyə sahəsində yığılıb qalan problemlərə əncam çəkəcək. Eynilə də Anar Kərimovun uzun illər vəzifədə olan və əksər mədəniyyət işçilərinin tənqid etdiyi Əbülfəs Qarayevin səhvlərini təkrar etməyəcəyi, mədəniyyət sahəsində dönüş yaradacağı ilə bağlı ümidlər vardı.


Yəqin, xatırlayırsız, Ramil Bayramlının TƏBİB-in İdarə Heyətinin sədri seçilməsindən qısa müddət sonra o, media və sosial şəbəkələrdə ən çox tənqid olunan hakimiyyət təmsilçisinə çevrildi. Səbəb pandemiya ilə mübarizə üçün ayrılan xəstəxanaların bəzilərində həkimlərin ağır xəstələrin yerləşdirilməsi üçün külli miqdarda rüşvət alması, bir çox xəstələrin xəstəxanalara yerləşdirilməməsi, dərman və həkimlərlə təmin edilməməsi, vaksinasiya prosesində saxtakarlıq hallarının müşahidə olunması idi. Eyni zamanda pandemiya xəstələri üçün dövlətin aldığı dərmanların apteklərdə peyda olması, test nümunələri götürülən xəstələrin cavablarının yubanması, təcili yardım xidmətinin işində problemlər TƏBİB sədrinin sürətlə gözdən düşməsinə səbəb oldu.

Eyni uğursuzluqlar Anar Kərimovla da bağlı baş verdi. Belə ki, onun dövlət əhəmiyyətli tədbirlərin təşkilində ("Xarı bülbül" festivalı, Yaylaq festivalı) səriştəsiz olduğu, nəinki mədəniyyət sahəsinin problemlərinə bələd olmadığı, hətta bir çox məşhur simaları tanımadığı üzə çıxdı. Eyni zamanda Anar Kərimovun Mədəniyyət Nazirliyi və ona tabe qurumlarda apardığı kadr islahatlarının yanlış və qərəzli olduğu, nazirin xırda intriqalar səviyyəsinə endiyi, tez-tez müxtəlif qalmaqalların mərkəzinə düşdüyü də hər kəsin yadındadır və bütün bunlar sözsüz ki, mətbuatda, sosial şəbəkələrdə geniş işıqlandırılır, nazirin nüfuzuna ciddi xələl gətirirdi.

"Yenilər"in "vurulması"nda ciddi rol oynayan faktorlardan bir də onların da qısa müddət ərzində qanunsuz yollara baş vurması, rüşvət və korrupsiyaya bulaşması idi. Biz artıq yuxarıda Cəlilabadın icra başçısının vəzifəsindən uzaqlaşdırılmasından bir gün qabaq hüquq-mühafizə orqanlarının bu rayonda əməliyyat keçirdiyini “Gündəm Xəbər” qəzetinin onlayn versiyasında qeyd etdik. Yəqin, Gömrük Komitəsində MTN-in həyata keçirdiyi əməliyyatlar da hər kəsin yadındadır. Məhz bu əməliyyatlar "yenilər"dən sayılan Səfər Mehdiyevin karyerasına son qoydu. Anar Kərimovla da bağlı eyni fikirləri səsləndirmək olar. Şübhəsiz ki, onun vəzifədən uzaqlaşdırılmasında MTN-in bu qurumda əməliyyat həyata keçirməsi, müavininin saxlanılması da həlledici rol oynadı.

Beləliklə, baş verənlər onu göstərir ki, artıq məmur-oliqarxlıq epoxası geridə qalıb. Eyni vaxtda həm yüksək vəzifə tutmaq, həm də bu vəzifənin imkanlarından yararlanıb geniş biznes şəbəkəsi yaratmaq, yaxud korrupsiya yolu ilə dövlət vəsaitlərini mənimsəmək, rüşvət üçün vətəndaşın cibinə girmək mümkün deyil. Son illər MTN-in istər rayon icra hakimiyyətlərində, istərsə də Bakıda müxtəlif nazirlik və dövlət komitələrində həyata keçirdiyi əməliyyatlar, aparılan araşdırmalardan sonra bir sıra vəzifəli şəxslərin işdən çıxarılması və həbsi də bunu təsdiq edir. Bir sözlə, dövlət vəsaitlərinin xərclənməsinə ciddi nəzarət olunur və bu vəsaitlərə əl uzadanlar dərhal vəzifədən uzaqlaşdırılırlar. Söhbət əlbəttə, 5-10 manatdan deyil, yüz minlər, milyonlardan gedir...


Elman

“Gündəm Xəbər”

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vasif Talıbov elə düz edib BUNU İŞDƏN QOVUB... - "Yaxşı olar ki, özünüzə aid işlə məşğul olun..."

    Vasif Talıbov elə düz edib BUNU İŞDƏN QOVUB... - ...

    16-07-2021, 14:37

  • 
  • İlham Əliyev Anar Kərimovu nazir təyin etdi - SƏRƏNCAM

    İlham Əliyev Anar Kərimovu nazir təyin etdi - ...

    5-01-2021, 15:56

  • 
  • Vasif Talıbov müavinini işdən çıxardı

    Vasif Talıbov müavinini işdən çıxardı ...

    16-11-2017, 15:10

  • 
  • Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilib, nazirin vəzifələrinin icrası ona tapşırılıb

    Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini ...

    20-07-2020, 18:02

  • 
  • PROKUROR NAZİR POSTUNA GƏTİRİLİR - Vasif Talıbovun kadr dəyişikliyi barədə yeni iddialar

    PROKUROR NAZİR POSTUNA GƏTİRİLİR - Vasif ...

    16-08-2017, 14:54


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu