GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Araik-Ruben mafiyasının halqası daralır: Xankəndi quldurlarının qara günləri irəlidə...

Araik-Ruben mafiyasının halqası daralır: Xankəndi quldurlarının qara günləri irəlidə...

Tarix: 30-01-2023, 14:07 Bölmə :GündəmXəbər / Manşet Baxış: 350

Separatçı rejimin başçısı “çətin günlər qarşıdadır” deməklə vəziyyətin ağırlaşdığını etiraf edib, Rusiya da köməyə yetmir; Bakının tələbləri yerinə yetirilməsə...


Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib ki, bir neçə gün əvvəl Rusiya kontingentinin komandirinin iştirakı ilə Azərbaycan təmsilçisi və separatçıların nümayəndələri arasında görüş keçirilib. Görüş Laçın yolundakı vəziyyətlə bağlı olub. Lavrov yaxın vaxtlarda məsələnin öz həllini tapacağını düşündüyünü bildirib. “Gündəm-Xəbər” qeyd edir ki, politoloq Elxan Şahinoğlunun fikrincə, Lavrovun nə düşündüyü bizi maraqlandırmamalıdır. Onun sözlərinə görə, Lavrov “mövcud vəziyyətlə bağlı Azərbaycan nə düşünür” sualına cavab üzərində düşünməlidir. Azərbaycanın nə düşündüyünü və nə istədiyini isə erməni separatçılarının lideri Araik Arutunyan tərəfdarlarına izah edib: “Ruben Vardanyan Qarabağı tərk etməlidir; Separatçılar mədənlərindəki işi dayandırılmalıdırlar;  Laçın dəhlizinin Rusiya sərhəd-keçid məntəqəsində rentgen skaner cihazları quraşdırılmalı və yüklərə nəzarət edənlər arasında Azərbaycan nümayəndəsi olmalıdır; separatçılara məxsus ağır hərbi texnika bölgədən çıxarılmalıdır. Araik Arutunyan və onun separatçı ətrafı rəsmi Bakının bu tələblərini yerinə yetirməyəcək. Erməni mənbələrinə görə, Arutyunyanın rəsmi Bakının tələblərinə reaksiyası belə olub: “Rəsmi Bakının tələblərini yerinə yetirsək belə dəhlizin açılacağına və ya açılandan 1-2 həftə sonra yenidən bağlanmayacağına zəmanət yoxdur. Buna cavab olaraq Azərbaycan dünən qazın verilişini bir neçə saatlıq dayandırıb. Ümumiyyətlə, çətin günlər qarşıdadır”. Bəli, separatçılar üçün bundan da çətin günlər qarşıdadır. Rəsmi Bakının iddia edildiyi kimi Rusiya hərbi kontingenti vasitəsilə separatçılara göndərdiyi tələblər prosesin başlanğıcıdır. Bundan sonra başqa tələblər irəli sürüləcək”.

Siyasi ekspert Asif Nərimanlı isə deyir ki, Laçın dəhlizində Azərbaycan nümayəndəsi dayanacaq: “Lavrov düşünür ki, Laçın yolu ilə bağlı “problem” tezliklə öz həllini tapacaq. Buna əsas kimi “Rusiya sülhməramlılarının komandirinin iştirakı ilə Azərbaycan təmsilçisi və Qarabağ nümayəndələri (ermənilərin nümayəndəsi) arasında görüşün keçirilməsi”ni göstərir. Aksiyanın tələblər icra edilmədiyi müddətdə dayanmayacağı şübhəsizdir, rəsmi Bakı bunu ən yüksək səviyyədə bəyan edib. Azərbaycana qarşı təzyiq cəhdlərinin də baş tutmaması həll yolunun yalnız bu çərçivədə mümkün olduğunu deməyə əsas verir. Sual yaranır: Lavrov aksiyanın tələblərinin qəbul edildiyinə işarə edir? İlkin tələb qanunsuz istismar edilən mədənlərdə monitorinqin aparılması idi. Lakin erməni mənbələr genişlənmiş tələblərin təqdim edildiyi iddiası ilə çıxış edir: mədənlərin qanunsuz istismarının dayandırılması; Laçın yolunda “X-ray” skaner cihazlarının quraşdırılması; yolda sülhməramlıların nəzarət-buraxılış məntəqəsində Azərbaycan nümayəndəsinin də dayanması; Qarabağda qalan erməni silahlı dəstə və hərbi texnikasının bir neçə mərhələdə bölgədən çıxarılması (10 noyabr razılaşmasının 4-cü bəndi);

İki məqam da tələblərin genişləndirildiyi ehtimalını gücləndirir. Birincisi, xarici işlər naziri Ceyhun Bayramovun 17 yanvarda Lavrovla telefon söhbətidir. Nazir Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət, o cümlədən təbii sərvətlərin istismarına və Laçın yolundan sui-istifadəyə qarşı etirazların Azərbaycan vətəndaşlarının legitim hüququ olduğunu vurğulayıb. Bu xüsusda, etirazçıların haqlı tələblərinin yerinə yetirilməsinin zəruri olduğunu diqqətə çatdırıb. Rəsmi məlumatdan belə nəticə çıxır ki, aksiya iştirakçılarının tələbi birdən çoxdur və bura mədənlərin qanunsuz istismarının dayandırılması ilə yanaşı, Laçın yolundan qeyri-humanitar məqsədlər üçün istifadənin qarşısının alınması da daxildir.

İkincisi, Lavrovun dedikləridir: Bakı Laçın yolundan hərbi yüklərin daşındığı məsələsini aktual olaraq saxlayır və istisna deyil ki, artıq rusların vədi ilə qane olmur, yolda nəzarət işində praktiki olaraq təmsil olunmağı tələb edir. Bütün bunların fonunda erməni silahlıların Qarabağdan çıxarılması tələbinin də irəli sürüldüyü istisna deyil. Lavrovun “problem tezliklə öz həllini tapacaq” sözləri rusların tələblərlə razılaşdığı fikrini ön plana çıxarır. Separatçıların bunu qəbul edəcəyi ehtimalı isə azdır, hərçənd, zaman keçdikcə seçim imkanlarının tükəndiyi də görünür”.

Nikol Paşinyan Ruben Vardanyanın Qarabağda olmasını istəmir. Bu, Paşinyanın Qarabağın Azərbaycana verilməsi üçün son tələbi idi. Separatçıların “sözçüsü” David Qalstyan belə deyib. O bildirib ki, erməni separatçıların lideri Araik Arutyunyanın Vardanyanla şəxsi problemi yoxdur və onun istefası məsələsi Paşinyanın təşəbbüsü ilə gündəmə gəlib: “Paşinyan Vardanyanın Qarabağda olmasını istəmir. Vardanyan hər dəfə Paşinyanla üz-üzə gələndə problemlər yaranırdı. Vardanyan ona bildirib ki, o, Ermənistandan təkcə maliyyə və humanitar yardım gözləmir, İrəvan mövcud vəziyyətin nizamlanması üçün daha ciddi işlər görməlidir. Və bu, Nikol Paşinyanın xoşuna gəlməyib”.

Yeri gəlmişkən, “Jamanak” qəzeti xəbər verir ki, Arutyunyan bir müddət əvvəl Vardanyanın tələbi ilə “təhlükəsizlik şurasının sədri” postundan uzaqlaşdırdığı Vitali Balasanyanı geri qaytarmağa hazırlaşır. Halbuki Vardanyan Vitonu uzaqlaşdırmaq üçün Arayikin qarşısında şərt belə qoymuşdu: “Ya o, ya da mən”. Həmin xəbərlərə görə, Balasanyan yaxın günlərdə əvvəlki “vəzifə”sinə qayıtmasa da, onu Arayikin “müşaviri” təyin edəcəklər. “Jamanak” yazır ki, Ruben Vardanyan və Arayik Harutyunyan arasındakı münasibətlər üzdə xoş görünsə də, arxa planda gərginlik davam edir. Qəzetin məlumatına görə, Arayik Rubenin istefa verməsi üçün təzyiqlərini davam etdirir. Yaxın günlərdə isə Vardanyana töhmət veriləcəyi belə gözlənilir.

Qəzet iddia edir ki, Vardanyanın Qarabağdan getməsinin əsas əsbəbi Azərbaycanın bunu israrla istəməsidir. Çünki məhz rusiyalı milyarder Qarabağa gəldikdən sonra separatçılıq meyilləri yenidən şiddətlənməyə başlayıb. Üstəlik,  onun açıqlamaları və atdığı addımlar da rəsmi Bakının qəzəblənməsinə səbəb olub. Bu əsnada, “Jamanak” yazır ki, Rusiya da Ruben Vardanyanın arxasından çəkilməyə başlayıb. Həmin məlumata əsasən Kreml Vardanyanın istefaya göndəriləcəyi təqdirdə hər hansı bir reaksiya verməyəcəyi barədə Ermənistan və Qarabağdakı separatçıları əmin edib. Hətta bu yaxınlarda İrəvana göndərdikləri ismarıcda da bildiriblər ki, separatçıların rəsmisi olan Vardanyan onlar üçün əvvəlki əhəmiyyətini saxlamayıb.

Ümumiyyətlə, Qarabağda separatçı-terrorçu rejim daxilində siyasi böhran yaranıb: rejimin yeni “parlament və prezident seçkiləri”nə getmək istədiyi, eləcə də Ruben Vardanyanın istefaya göndərilməsi xəbərləri yayıldı, bununla yanaşı, Araikin də istefaya getmək istədiyi, rejimin yenidən formalaşdırılması” haqda məlumatlar var; daha sonra “siyasi böhranın” həll edildiyi, yeni “seçkilər” olmayacağı, Ruben və Araikin yerində qaldığı məlumatları gəldi;

Laçın yolundakı aksiya fonunda Xankəndində baş verənlər rejimdaxili qarşıdurmanın kəskinləşməsindən xəbər verir. Və əsas proseslərin Vardanyan ətrafında yaşandığı bəllidir.

Vardanyanın önü Rusiya tərəfindən açılıb, 44 günlük müharibədən sonra erməni diasporu daxilində Paşinyanla problemləri yaranmış qanad da Rubeni dəstəkləyir. Bu vəziyyətdə hadisələrin mümkün inkişafı iki istiqamətdə ola bilər:

- Vardanyan separatçı rejimdə nəzarəti ələ alır;

- Xankəndidən İrəvan siyasətində müdaxilə edir, Qarabağda separatçı-terrorçu rejimin ləğvi reallaşarsa, Ermənistan siyasətinə transformasiya edərək, Paşinyana ciddi rəqib ola bilər; Rubenin Qarabağa gətirilməsinin əsas hədəflərindən birinin məhz bu olduğu ehtimalı böyükdür və Paşinyanı narahat edən də budur. Xankəndində yaranmış vəziyyətin də bundan qaynaqlandığını deyə bilərik. Nikol proseslərin mümkün inkişafının qarşısını almaq üçün Araikdən Rubenin uzaqlaşdırılmasını tələb edir. Lakin Ruben istefaya getməkdən imtina etdi, onu göndərmək üçün “hökuməti” buraxmaq və yeni “seçkilər” keçirmək istəyirlər.


Hazırladı: Rafiq Qara


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lavrov Nalbandyanla Qarabağı müzakirə edib - YEREVANDA QAPALI GÖRÜŞ

    Lavrov Nalbandyanla Qarabağı müzakirə edib - ...

    21-11-2017, 11:57

  • 
  • Sergey Lavrov Azərbaycana gəlir

    Sergey Lavrov Azərbaycana gəlir ...

    29-11-2019, 10:45

  • 
  • Sergey Lavrov: "Rusiya buna hazırdır"

    Sergey Lavrov: "Rusiya buna hazırdır" ...

    1-09-2016, 12:29

  • 
  • Mariya Zaxarova: "Sergey Lavrov Bakıda Qarabağ münaqişəsini müzakirə edəcək"

    Mariya Zaxarova: "Sergey Lavrov Bakıda ...

    13-12-2018, 15:09

  • 
  • Lavrovun Bakı səfərinin proqramı açıqlandı

    Lavrovun Bakı səfərinin proqramı açıqlandı ...

    10-05-2021, 13:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu