GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bakını kim bu günə salıb: rayonlular, yoxsa Eldar Əzizov? - Faktlar

Bakını kim bu günə salıb: rayonlular, yoxsa Eldar Əzizov? - Faktlar

Tarix: 30-01-2023, 14:24 Bölmə :GündəmXəbər / Manşet Baxış: 433


Bakı şəhər İcra Hakimiyyəti Hacıbala Abutalıbovdan sonra da dəyişmədi; meriyanın ayrı-ayrı departamentlərində yeyintilər, maxinasiyalar - Bəhram Bağırzadə bunları niyə demir...


Bakı şəhər İcra Hakimiyyəti keçmiş başçı Hacıbala Abutalıbovdan sonra da ciddi surətdə dəyişmədi. BŞİH-in ayrı-ayrı departamentlərində yeyintilər, müxtəlif maxinasiya faktları zaman-zaman mətbuatın diqqət mərkəzinə düşür. Görünən odur ki, Eldar Əzizov BŞİH-in fəaliyyətində əsaslı və fundamental dəyişikliklər etməyib. Eyni zamanda, şəhərin idarəçiliyində də biz böyük irəliləyişlərən danışa bilmərik. İstər nəqliyyatın idarə edilməsi olsun, Bakı Nəqliyyat Agentliyi BŞİH-ə tabe etdirildikdən sonra heç nə dəyişmədi, istər yaşıllıqlara münasibət olsun, o cümlədən tikintilər, şəhərin kommunal təsərrüfatı problemlərlə aşıb-daşmaqdadır. Ona görə yaxşı olardı ki, bu günlərdə əməkdar artist Bəhram Bağırzadə bakılı-rayonlu söhbətini ortaya atarkən, Bakının əsas problemlərinə diqqət çəkərdi, paytaxtın məmurların cəngində olması və hər qarışının satılmasını açıq şəkildə qabardardı. Bundan əlavə, şəhərin gözəlliyinin, təbiiliyinin məhv edilməsinə toxunardı.


Bəhram Bağırzadə bundan danışsın!!!


Misal üçün bu yaxınlarda olan bir məsələyə nəzərə yetirək – “Gündəm xəbər” məlumat verir ki, Bakının qranit daşlarla döşənmiş qədim və estetik görüntüsü ilə göz oxşayan yollarından birinin daşları sökülərək asfaltlanıb. Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi ilə Azadlıq prospektinin Füzuli küçəsindən Dilarə Əliyeva küçəsinədək və Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsindək olan hissələrində yola döşənmiş qranit daşlar sökülüb. Sözügedən yol yoxuş olduğundan avtomobillərin sürəti aşağı olurdu. Qranit daşlar avtomobillərin həm müəyyən qədər sürətinə təsir edir, həm də sürücülərin sürəti aşağı salmasına səbəb olurdu. İndi isə qranit daşların sökülməsi ilə həm şəhərin estetik görüntüsü pozulmuş olub, həm də qəza şəraiti yaradır. Onsuz da yoxuş olan yola asfalt döşəmək nə deməkdir? 

Sözügedən yolda onsuz da tez-tez qəzalar baş verirdi. Asfalt örtük isə bu problemi daha da artırır. İcra başçısı Eldar Əziziovun göstərişi ilə yolun təmirini həyata keçirən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə təmiri sözügedən ərazilərdə qum əsası üzərində düzülmüş kiçik ölçülü qranit daşlarının çox hissəsinin deformasiyaya uğraması ilə əlaqələndirib. AAYDA müəyyən edib ki, yaranmış qüsurlar nəqliyyat və piyadaların hərəkətinə ciddi maneə yaratdığı müəyyən edilmişdir. Bax, Eldar Əzizovun Bakının mərkəzindəki qranit daşların sökməsini Bəhram Bağırzadə tənqid etməliydi, nəinki Bakıya axışan əyalət insanlarının hərəkətlərini...

Başqa bir nümunə - Bakıya yağanda qarı səhər şaxtasında yaşı qadınlara təmizlədirdilər. 60-da çox yaşı olan qadın şaxtalı və küləkli havada yol kənarında yığılıb qalmış, buzlaşmış qarı təmizləyirdi, videosu sosial şəbəkələrdə paylaşıldı. Görünür, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin bir texnikası yoxdu ki, belə havada insan əməyini onunla əvəz etsinlər. Bir gün Bakıya yağan qarı ahıl yaşda qadına təmizlədənlər yəqin yoldakı vəziyyətə də isti kabinetində oturaraq nəzarət edir.


Yaşıllaşdırma Təsərrüfatı Birliyində yeyintilər...


Bundan əlavə, Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan Yaşıllaşdırma Təsərrüfatı Birliyi və onun müxtəlif çirkab işlərə qarışan baş direktoru Həsrət Əmrahov ən çox tənqid edilən məmurlardan biridir. Bu da göstərir ki, meriyada vəziyyət nə haldadır. Demə, Bakıda qazılan quyuların və onların təmiri məhz bu quruma məxsus imiş. Məlumata görə, Həsrət Əmrahov il ərzində kağız üzərində 100 quyu qazırsa, əslində qazılan quyuların sayı heç 20-ni keçmir. Bundan əlavə olaraq, ay ərzində təmirə ehtiyacı olan quyuların sayı da beşdirsə, Həsrət Əmrahov sənəddə altmış göstərir. Təbii ki, bu minvalla birlik rəisi böyük pullar əldə edir. Su maşınları da eyni qaydada hərəkət edir. Kağız üzərində gün ərzində 200 maşının benzini və suyu yazılırsa, reallıqda 20-30 maşın hərəkət edir. Bax, bu maxinasiyanın ən həyasız formasıdır.

Məlumatda deyilir ki, H. Əmrahovun qazancı bununla məhdudlaşmır. Misal üçün yeni salınan parklara rəis təyin etmək onun səlahiyyətindədir. Buna görə iddialara görə, azı 15-20 min manat tələb olunur. O pulu verib rəis təyin olunan şəxsə minumum 4-5 işçi verilir. Böyük parklarda bu işçi sayı 40-50 də ola bilər. Həmin işçilərin adları işdə, kartları isə Həsrət Əliyevlə təyin etdiyi sahə rəislərinin cibində olur. Məlumat üçün bildirək ki bu qurumun təxminən 1200-1300 əməkdaşı var. Bunların təyinat məsələsində Həsrət müəllim və ona yaxınlığı ilə seçilən xanım əməkdaşın müstəsna rolları olur. (bu haqda gələn dəfə daha geniş yazacağıq) 

Əgər fəhlə keçmək istəyirsənsə 2-3 min manat verməlisən. Digər nəzarətçi işi isə 6-7 manatdır. Bəzən elə olur Həsrət Əmrahov virtual olaraq parkları təmir edə bilir. Məsələn hansısa parkda tamet qopubsa dərhal Həsrət Əmrahovun könlündən dərhal ora 600 kvadrat kafel vurmaq keçir, təbii ki kağız üzərində…

Onu da demək lazımdır ki, Binə qəsəbəsində dekorativ ağacların sovxozu var. İl ərzində 3-4 milyon gül əkilirdi. Oranı dağıdıb həmin gülləri pulla alıblar. 50 qəpiklik gülləri 2-3 manatdan hesablayırlar. Hərçənd ki, idarənin kifayət qədər torpaq sahəsi var, 200-ə yaxın işçisi çalışır, istixanası mövcuddur. Yəni, məqsədli şəkildə bu iş həyata keçirilib ki, həmin “parnik”lər işləməsin. Çünki əgər orada gül bitsə, Həsrət Əmrahov pul qazana bilməyəcək. Ona görə müxtəlif şirkətlərdən pulla alırlar ki, qazansınlar. Həmçinin, öz tələbə yoldaşını ora rəhbər təyin edib, halbuki bu sahədən, bitkiçilikdən bixəbərdir. Şəhərin bütün gül- çiçəyi sovxozun hesabına təmin olunurdu. Orada olan 200-ə yaxın işçinin heç 30 faizi indi qalmayıb. Həmin 30 faiz də boş-boşuna gəlib gedirlər. Bununla bağlı vaxtilə orada müdir olmuş Xanəhməd Əsgərov internet telekanalında kifayət qədər danışıb. 


Milyonluq tenderlər, maxinasiyalar...


Bu məsələləri də kənara qoyaq, gəlin maxinasiyalara və tenderlərə diqqət edək: ötən ilin sonunda Bakı Şəhər İcra Hakimiyyəti ümumi maliyyə dəyəri 182 304.04 AZN olan 4 satınalma müqaviləsi imzalayıb. Müqavilələrə “AK Fergan Company” MMC, “Limdman Company” MMC, “Kaskan Group” MMC və “Berg Gold Company” MMC ilə bağlanıb.

Müqavilələrdə müvafiq ardıcıllıqla “Yanacaq və sürtkü materiallarının alınması” paraqrafına və “Nəqliyyat vasitələrinin cari təmir xərcləri” maddəsinə aid olan malların işlərin və xidmətlərin satınalınması”, “digər malların alınması” paraqrafına və “Maşın və avadanlıqlar” maddəsinə aid olan malların işlərin və xidmətlərin satınalınması”, “İstehlakyönlü müxtəlif xidmətlər” maddəsinə aid olan katriclərin doldurulması üçün malların işlərin və xidmətlərin satınalınması”, “Mətbəə məhsulları üzrə xərclər” və “Sair torpaq, tikili və avadanlıqlar” paraqrafına aid olan malların işlərin və xidmətlərin, o cümlədən “Dəftərxana və təsərrüfat xərcləri” paraqrafına aid printerlər üçün katriclərin satınalınması” nəzərdə tutulur.

İndi isə Bakı Şəhər İcra Hakimiyyətinin müqavilə bağladığı şirkətlər barədə məlumatları təqdim edirik.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “AK Fergan Company” MMC 20 iyul 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, 20 yanvar küçəsi, ev 1, mənzil 25-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əhmədov Xəyal Şahsuvar oğludur.

Göründüyü kimi “AK Fergan Company” MMC 5 aydır ki, yaranıb. Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Xəyal Əhmədova gəlincə, o həm də, “Berg Gold Company” MMC-nin də qanuni təmsilçisidir. Bu şirkətin də nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı isə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 30, mənzil 8-də yerləşir. Maraqlıdır ki, “Berg Gold Company” MMC “AK Fergan Company”dən bir gün sonra yəni, 21 iyul 2022-ci ildə qeydiyyata alınıb.

Bakı Şəhər İcra Hakimiyyətinin müqavilə imzaladığı digər iki şirkətə gəlincə, onların da qanuni təmsilçisi eyni şəxsdir. Reyestr məlumatlarında göstərilir ki, “Limdman Company” MMC 4 oktyabr 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Cavad xan küçəsi, ev 34, mənzil 31-də yeləşir. MMC-nin qanuni təmsilçisi Abdinova Nərgiz İbad qızıdır. “Kaskan Group” MMC-yə gəlincə, Nərgiz Abdinovun qanuni təmsilçisi olduğu bu şirkət də “Limdman Company” MMC ilə eyni tarixdə yaranıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Fətəlixan Xoyski prospekti, ev 138, mənzil 41-də yerləşir. Bəlli olub ki, Nərgiz Abdinovanın adına daha bir şirkət var – “Family 22 FN” MMC. Bu şirkət də digər iki MMC ilə eyni gündə yaranıb. Bütün bunlar isə Bakı Şəhər İcra Hakimiyyətinin satınalma müqaviləsi imzaladığı bu şirkətlərin sadəcə tender əməliyyatlarında istifadə edilməsi üçün yaradılmasına şübhələri artırır. Bütün bu iddialar, mətbuatda gedən ittihamlarla bağlı BŞİH-in mövqeyini dərc etməyə hazırıq. 


Hazırladı: Rafiq Qara


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bəhram Bağırzadə paylaşımı ilə təəccübləndirdi - Foto

    Bəhram Bağırzadə paylaşımı ilə təəccübləndirdi - ...

    19-11-2019, 15:00

  • 
  • BŞİH-də yeni təyinat

    BŞİH-də yeni təyinat ...

    16-10-2018, 17:05

  • 
  • Eldar Əzizov məmuru cəzalandırıb - EKSKLÜZİV

    Eldar Əzizov məmuru cəzalandırıb - EKSKLÜZİV ...

    22-11-2018, 10:03

  • 
  • Eldar Əzizov Qaradağın icra başçısına töhmət verilməsinə münasibət bildirdi

    Eldar Əzizov Qaradağın icra başçısına töhmət ...

    11-05-2020, 13:18

  • 
  • Eldar Əzizov BŞİH-də korrupsiyanın kökünü qazıyır - Rəfael Mehralıyev kimdir?

    Eldar Əzizov BŞİH-də korrupsiyanın kökünü qazıyır ...

    16-05-2019, 20:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (489)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu