Məlumdur ki, son illər ölkəmizin səhiyyə sisteminin bütün sahələrində lazımi naliyyətlər əldə olunub. Buna səbəb olan əsas amillərdən biri də, səhiyyə müəssisələrinin müasir avadanlıqlarla təmin olunmaları və dünyada həyata keçirilən hər növ əməliyyatların, o cümlədən oftamotologiya sahəsində də tətbiq olunan yeniliklərin ölkəmizdə uğurla həyata keçirilməsidir. Qeyd edək ki, gözün bütün seqmentlərində həyata keçirilən hər cür cərrahi əməliyyatlar, hal-hazırda həkimlərimiz tərəfindən ən yüksək səviyyədə həyata keçirilir.
Digər tərəfdən, xeyli müddət bundan öncə Milli Məclisdə “Donor haqqında” Qanun qəbul olundu və bununla da gözün buynuz qişasının köçürülməsinə rəsmən icazə verildi. Bundan əlavə, Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində (MOM-da) buynuz qişası bankı yaradıldı və ölkəmizin səhiyyə müəssisələrində çalışan baş oftamotoloqların yüksək fəaliyyətləri nəticəsində, həmçinin bütün normativ aktlar fərqlənməklə avadanlıqlar da quruldu. Dünyanın əksər ölkələrində insanların orqanları ağır xəstəliklərdən (onkoloji, vərəm və s.) başqa, normal halda donor banklarına hədiyyə olunur. Əslində bu proses ölkəmizdə də baş verməli və insanlar özlərinə yaxın olan şəxslərin orqanlarını kiminsə həyatını xilas etmək, yaxud da kiməsə işıqlı dünya bəxş etmək üçün banklara bağışlamalıdır. Bu və ya digər məsələlərlə bağlı geniş ictimaiyyətə fikirlərini açıqlayan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Qurban İsmayılov bildirir ki, “Dünyamı dəyişən zaman bütün orqanlarımı banklara heç bir şərt olmadan vəsiyyət edirəm. Orqanlar torpağın altında çürüməkdənsə, kiməsə şəfanın verilməsi daha yaxşı hal olar”.
Qeyd edək ki, Qurban İsmayılov 1990-1996-cı illərdə ATU-nun müalicə işi fakültəsində təhsil almış və o, 1996-cı ildən 1998-ci ilə kimi bu kafedarada çalışmış, 1999- 2004- cü illərdə kafedrada baş laborant, daha sonra asisent, 2013-cü ildən isə şöbə müdiri vəzifəsini daşımaqdadır. Ötən illər ərzində o, yəni 2008-ci ildə “Fakoemulsifikasiya kursu”nu, 2009-cu ildə Hindistanda “Fako kursu”nu, 2011-ci ilin 17-21 sentyabrında Vyanada “Tibbi Retina” kursunu, 2011-ci ildə Hindistanda “Fako kursu”nu, 2011-ci ildə Fransada “Fakik Afakik İol kursu”nu, 2013-cü ildə İtaliyada və RF-da “Okulyar implantların tətbiqi kursu”nu başa vurmuşdur. Ümumiyyətlə, bu şəxs yeddi Avropa ölkəsinin keçirdikləri konqreslərdə üç dəfə iştirak etmiş və müxtəlif sertifikatlar da əldə etməyə də müvəffəq olmuşdur. Qurban İsmayılov indiyə kimi 35 çap olunmuş məqalənin və tezisin müəllifidir. Eyni zamanda o, Türkiyə Cumhuriyyətləri Oftalmoloji Cəmiyyətinin də üzvüdür.
Qeyd edək ki, bu şəxsin Azərbaycan səhiyyəsində göstərdiyi səmərəli xidmətləri nəzərə alınır və ona xeyli vaxt bundan əvvəl, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru Mücahit Avcil tərəfindən “Plaket” təqdim olunur. Təqdimetmə tədbirində Mücahit Avcil Qurban İsmayılovun fəaliyyətini lazımi səviyyədə dəyərləndirir və kollektin qarşısında çıxış edərkən qeyd edir: “Bu gün Qurban İsmayılov kimi həkimlərə, müəllimlərə və s. kimi peşə sahiblərinə ciddi ehtiyacımız var. Biz hər bir həkimlə bağlı xəstələrdən lazımi münasibətlərini öyrənirik və ümid edirik ki, bundan sonra da Qurban həkim Tədris Cərrahiyyə Klinikasında nümunəvi fəaliyyəti ilə seçilənlər həkimlərimizdən olacaq”. Bəli, bu cür münasibətdən sonra Qurban İsmayılov, xoş sözlərə və ona göstərilən etimada görə Mücahit Avcila öz təşəkkürünü bildirir. Hər kəsin diqqətinə onu da çatdıraq ki, Qurban İsmayılov aztəminatlı ailələrə, tələbələrə, şəhid və qazi ailələrinə təmənnasız göz əməliyyatları aksiyaları həyata keçirir. Belə bir səbəblərdəndir ki, Tədris Cərrahiyyə Klinikasının Oftamotologiya şöbəsi, hər zaman öz həkim briqadası və texnoloji avadanlıqları ilə digər səhiyyə müəssisələrindən fərqlənib. Faktdır ki, bu şöbədə hər cür müasir avadanlıqlar quraşdırılıb və bütün zəruri əməliyyatlar burada uğurla həyata keçirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?