GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » MEDİA Agentliyinin 145 Minlik Tenderinin Qalibi Kimdir? – Adı Var, Özü Yoxdur…

MEDİA Agentliyinin 145 Minlik Tenderinin Qalibi Kimdir? – Adı Var, Özü Yoxdur…

Tarix: 13-03-2023, 14:42 Bölmə :GündəmXəbər / Manşet Baxış: 234


“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” Publik Hüquqi Şəxs (MEDİA Agentliyi) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “RG GROUP COMPANY” MMC (VÖEN – 1007663201) olub.

Gundemxeber.az xəbər verir ki,Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, MEDİA Agentliyi media sahəsinin inkişafı prosesində gənclərin fəal iştirakının təmin edilməsi, onların bu sahəyə dair biliklərə yiyələnməsi, həmçinin dövlətçilik ənənələri və vətənpərvərlik ruhunda yetişməsi, sosial məsuliyyət hissinin gücləndirilməsi istiqamətində təşkil ediləcək tədbirlər üçün “RG GROUP COMPANY” MMC-yə 142 min 903 manat 90 qəpik ödəyəcək.
Qeyd olunan tədbirlərin təşkili məqsədilə “RG GROUP COMPANY” MMC müxtəlif məhsullar (bloknot, çanta, qələm, rozet, kepka, gödəkçə və s.) hazırlayacaq, həmçinin müxtəlif xidmətlər ( foto-video çəkiliş, çay-qəhvə, icarə və s.) göstərəcək.
Məlumat üçün qeyd edək ki, “RG GROUP COMPANY” MMC tender elanından 6 ay əvvəl – 30.06.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Mirmahmud Kazımovski ev 56, m. 5-də yerləşir. Şirkətin qanuni təmsilçisi Mehrəliyev Rəşid Əfqan oğludur.
“RG GROUP COMPANY” MMC ilə bağlı diqqət çəkən məqamlardan biri odur ki, açıq internet resurslarında bu adda şirkətin avtomobillər üçün motor yağları satdığı qeyd olunub. Məsələn, “Facebook”da “RG Group Company” adlı səhifə var və həmin səhifədə “rggroup.az” saytına keçid qoyulub. Qeyd olunan veb-saytda da şirkətin adı “RG Group” olaraq göstərilib.

Özünü “RG Group” kimi təqdim edən şirkətlə əlaqə saxladıq və məlum oldu ki, bu şirkətin rəsmi adı “ARG Group” MMC-dir (VÖEN – 1406279661). Şirkətdən bildirdilər ki, “Facebook”dakı səhifə və veb-sayt MMC dövlət qeydiyyatına alınmazdan əvvəl açılıb. Lakin dövlət qeydiyyatına alınan (20.12.2022-ci il) zaman məlum olub ki, “RG Group” adlı MMC artıq mövcuddur. Belə olan halda MMC-nin adını “ARG Group” olaraq dəyişdiriblər. “ARG Group” MMC-nin direktoru bizimlə söhbətdə onu da qeyd etdi ki, yaxın zamanda müvafiq dəyişikliklər ediləcək.
MEDİA Agentliyindən 145 min manatlıq tender müsabiqəsini udan “RG GROUP COMPANY” MMC barəsində isə açıq internet resurslarda heç bir məlumat yoxdur. Belə görünür ki, bu addan başqa bir şirkətin (ARG Group-un) istifadə etməsi də MMC rəhbərliyini narahat etmir.
Rəsmi saytı, sosial şəbəkə hesabları olmadığı üçün tender elanından cəmi 6 ay əvvəl yaranan “RG GROUP COMPANY” MMC-nin daha əvvəl analoji sahədə hansı fəaliyyətinin olduğu barədə də məlumat almaq mümkün deyil.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
145 min manatlıq tenderin qalibi olan “RG GROUP COMPANY” MMC-nin müvafiq sahədə hansı peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının olduğuna aydınlıq gətirmək üçün tərəfimizdən MEDİA Agentliyinə müvafiq sorğu ünvanlanıb. Agentlikdən sorğumuza veriləcək müvafiq cavab yazıya əlavə olunacaq.

Qeyd edək ki, daha əvvəl MEDİA Agentliyinin keçirdiyi başqa bir şübhəli tender müsabiqəsiylə bağlı da saytımızda yazı dərc olunub. Sözügedən şübhəli məqamlarla bağlı quruma ünvanladığımız sorğuya isə Agentlikdən hər hansı bir cavab verilməyib.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cinayətkar şəbəkəni kimlər himayə edir? – Daha bir şübhəli tender...

    Cinayətkar şəbəkəni kimlər himayə edir? – Daha ...

    14-12-2022, 19:12

  • 
  • Cavanşir Feyziyevin `SATDIM` dediyi şirkət 10 milyonluq TENDER UDDU - DETALLAR

    Cavanşir Feyziyevin SATDIM dediyi şirkət 10 ...

    9-09-2022, 09:53

  • 
  • Vüsal Kərimlinin daha bir şübhəli tenderi... - 2 aylıq şirkətə 2,1 milyon manat ödəyəcək

    Vüsal Kərimlinin daha bir şübhəli tenderi... - 2 ...

    6-07-2020, 14:22

  • 
  • "Bakı Metropoliteni" 3,7 milyonluq tenderi qanunsuz keçirib? – Qurum bu suala cavab vermir...

    "Bakı Metropoliteni" 3,7 milyonluq ...

    5-10-2021, 14:44

  • 
  • MEDİA Agentliyindən Şübhəli Tender – 100 Min Manat Kimə Verilib?

    MEDİA Agentliyindən Şübhəli Tender – 100 Min ...

    22-02-2023, 13:07


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu