Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya İnstitutunda intihar hadisəsi baş verib.
Məlumat üçün bildirək ki, mərkəzin pasiyentlərindən olan bir nəfər gənc qız özünü binanın 3-cü mərtəbəsindəki pəncərənin birindən atıb. Hadisə nəticəsində 20 yaşlı gənc qız dünyasını dəyişib. Bu saata qədər Hematologiya və Transfuziologiya İnstitutunun səlahiyyətli nümayəndələri ilə əlaqə saxlamaq mümkün olmadığından, pasiyenti bu faciəvi addımı atmağa məcbur edən səbəblərə dair hələlik heç bir açıqlama vermək mümkün deyil. Hadisə barədə ətraflı məlumatlar daha sonra təqdim olunacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?